Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1149/2023 20.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1980-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 3 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində qeydiyyatda olan, və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(022)-1560/2015 saylı icra sənədinə əsasən 12 iyul 2009-cu il tarixdə anadan olmuş X3, 20 avqust 2010-cu il tarixdə anadan olmuş X2 və 10 dekabr 2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 30 sentyabr 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment Şəxs alınaraq, Zərərçəkmiş şəxs verilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 20 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(022)-1560/2015 saylı icra sənədinə əsasən 12 iyul 2009-cu il təvəllüdlü X3, 20 avqust 2010-cu il təvəllüdlü X2 və 10 dekabr 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 30 sentyabr 2015-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş və sonuncuya borcunu ödəmək təklif edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə tələbkara olan borcunu ödəməkdən yayınmışdır. Buna görə həmin şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmusu E.O.Ağayev tərəfindən 27 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin hakiminin həmin tarixli qərarı ilə sonuncu barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin vaxtdan sonra borclu Şəxs aliment borclarını və aylıq aliment ödənişlərini ödəsə də, artıq 4 aydır ki, borclu aliment üzrə heç bir ödəniş həyata keçirmir. Bununla əlaqədar borclunun ünvana çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, sonuncu aylıq aliment ödənişlərini də həyata keçirməmişdir. Hazırda Şəxs tələbkara olan borcu 960 manat təşkil edir. Şəxs 20 noyabr 2023-cü il tarixli izahatında hazırda heç bir yerdə işləmədiyini və buna görə də heç bir gəlir mənbəyi olmadığını qeyd etmişdir. Bundan başqa, borclu izahatında iş tapıb işləyəcəyi təqdirdə aliment borcunu ödəyəcəyini bildirmişdir. Lakin hazırda tələbkar borclunun aliment borcunu tam şəkildə ödəməsini tələb edir. Şəxs əmək fəaliyyəti ilə məşğul olub, qazanc əldə edəcəyi təqdirdə aliment borcunu və aliment öhdəliyini icra etməsi tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyinə uyğun deyildir. Buna görə də Şəxs barəsində onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.G.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, anlayır ki, tələbkarla birgə nikahından doğulmuş uşaqların saxlanması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 240 manat sabit pul məbləğində aliment ödəməlidir. Onun barəsində icra məmuru tərəfindən 2020-ci ildə inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmiş və və 15 gün müddətinə həbs olunmuşdur. O, həmin vaxtdan sonra aliment borcunun əksər hissəsini ödəsə də, heç bir yerdə işləmədiyinə və maddi vəziyyəti pisləşdiyinə görə hazırda onun tələbkara olan 960 manat aliment borcu yaranmışdır. O, hazırda işləmir və maddi vəziyyəti ağırdır. Buna görə də o, son bir neçə ay ərzxində aliment öhdəliyini icra edə bilməmişdir. Ona 2 il həbs cəzası verilsə də, o, heç bir yerdə işləmədiyinə görə aliment ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 26 oktyabr 2015-ci il tarixli, 2(022)-1560/2015 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 13 noaybr 2018-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 3(022)- 301/2020 tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, sonuncu barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını və himayəsində 3 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, habelə uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 20 noyabr 2023-cü il tarixdən, saat 16:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Şəxs
Məhkəmə qərarları › İş №3(022)-1149/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1149/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver