Məhkəmə qərarları › İş №3(022)-115/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-115/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-115/2024 25.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayonu Yol patrul xidməti inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar şəhəri M.B.Qasımov küçəsi ev 28-də qeydiyyatda olan və yaşayan, bir il ərzində eyni maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməmiş Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, o, idarə etdiyi “X6 minik” markalı ** EM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 15 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhəri H.Əliyev prospektində idarə etdiyi nəqliyyat vasitəsini qarlı havada yol hərəkəti qaydasını kobud şəkildə zıq-zaq hərəkətləri etməklə pozaraq avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayonu Yol patrul xidməti inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs idarə etdiyi “X6 minik” markalı ** EM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə 15 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhəri H.Əliyev prospektində idarə etdiyi nəqliyyat vasitəsini qarlı havada yol hərəkət qaydasını kobud şəkildə pozaraq zıq-zaq hərəkətləri etməklə avtoxuliqanlıq hərəkətlərinə yol vermişdir.Bunu o və onunla birlikdə xidmət edən polis əməkdaşları görmüş və dərhal onun saxlanılması üçün qanunauyğun tədbirlər görülmüşdür. Hadisənin törədildiyi ərazi avtomobillərin və insanların sıx hərəkət etdiyi ərazidir və həmin qərəzli hərəkətlərlə cəmiyyətə açıqca hörmətsizlik ifadə edilmişdir. Bununla əlaqədar, Şəxs saxlanılaraq onun izahatı alınmış və barəsində İnzibati xəta haqqında iş üzrə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, özünü törədilmiş əməldə təqsirli bilərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 511.1.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona İXM-in 511.1.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 25 yanvar 2024-cü il tarixdən saat 17:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar