Məhkəmə qərarları › İş №3(022)-116/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-116/2024

27.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-116/2024 27.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X3 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni inzibati xəta üzrə barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:35 radələrində Biləsuvar şəhəri ərazisində narkotik vasitənin istehlak edilməsində şübhəli bilinərək saxlanılmış və buna görə də, onun barəsində İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərmişdir ki 03 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin X4 Şöbənin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilinən Şəxs Biləsuvar rayonu ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 12:30-da Biləsuvar şəhərində yerləşən bazarın yaxınlığında küçədə saxlanılaraq regional şöbəyə gətirilmişdir.Göstərilənlərə əsasən şübhəli şəxs, xx.xx.1969-cu il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Biləsuvar şəhəri, M.Ə.Sabir küçəsi ev 12-də qeydiyyatda olmaqla faktiki yaşayan Şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, habelə onların prekursorlarının, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verməyinizi xahiş edirəm.. Məhkəmə iclasında Şəxs məhkəmədə özünü İXM-in 206-cı maddəsi ilə tam təqsirli bilərək bildirmişdir ki, 03 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhərində narkotik vasitə marixuana almış və özü istifadə etmək üçün üstündə gəzdirmişdir. 03 yanvar 2024-cü il tarixdə Biləsuvar rayonu ərazisində polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilərək saxlamış və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, İXM-in 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan MN № ******* saylı 27 yanvar 2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 03 yanvar 2024-cü il tarixdə Biləsuvar şəhərində şəxsi istehlak miqdarından artıq olmayan narkotik vasitə olan qurudulmuş marixuana əldə edib üzərində gəzdirmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, cinayət tərkib olmadığına görə Biləsuvar Rayon Polis Şöbəsinin icraatında olan materiallar üzrə cinayət işi başlanması rədd olunmuş, Şəxs İXM-in 206-cı maddəsinin tərkibi olduğuna görə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Biləsuvar Rayon Polis X1 Bölməsinə göndərilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh kifayət edir və ona İXM-in 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 27 yanvar 2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar