Məhkəmə qərarları › İş №3(022)-1174/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1174/2025

12.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1174/2025 12.01.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1948-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsillu, sürücü, məhkumluğu olmayan, Cəlilabad rayonu Babalı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Xidməti alayından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 04 dekabr 2025-ci ildə saat 10:40 radələrində köhnə Ələt-Astara-İran sərhədi yolunun Biləsuvar rayonu ərazisindən keçən 113-cü kilometrliyində idarə etdiyi VAZ- 21013 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saatda 30 km sürətlə Biləsuvar rayon dairəsində ikinci dərəcəli yol ilə həkətdə olarkən, «dayanmadan keçmək qadağandır» 2.5 yol nişanın tələbini pozmaqla Ələt-Astara baş yoluna çıxaraq avtomobilin qabaq sağ hissəsi Astara rayonu istiqamətdə öz hərəkət zolağı ilə saatda 40- 50 km sürətlə hərəkətdə olan X4 idarə etdiyi DAF yük markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfdən yanacaq çəninə çırpılmış, nəticədə sonuncu avtomobilin sürücüsü Şəxs, sərnişinləri X6, X7, X5 və X12 xəsarət alaraq Biləsuvar MRX-ya müraciət edib tibbi yardım almışlar. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində X Tağım YPX inspektoru polis baş serjantı X10 tərəfindən xx.xx.2025-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərmişdir ki, xx.xx.2023-cü ildən «B1,B» dərəcəli sürücülük vəsiqəsi olmaqla özünə məxsus VAZ-21013 minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 04 dekabr 2025-ci ildə təxminən saat 09:20 radələrində o, həmin avtomobili idarə etməklə Cəlilabad rayonu Babalı kəndindən çıxıb köhnə Ələt- Astara yoluna çıxdıqdan sonra Ələt qəsəbəsi istiqamətinə, yəni Biləsuvar rayonuna yola düşmüşdür. Həmin vaxt avtomobildə qabaq oturacaqda böyük qızı X7, arxa oturacaqda sağ tərəfdə arvadı X6, ortada kiçik qızı X5 və sol tərəfdə nəvəsi X12 əyləşmişdir. Avtomobili texniki cəhətdən saz vəziyyətdə idi və yükü yox idi. Saat 10:40 radələrində Biləsuvar rayon dairəsində köhnə Ələt-Astara avtomobil yolunu keçib Biləsuvar rayonuna tərəf getməli idi. Həmin vaxt avtomobili saatda 30 km sürətlə idarə edirdi. O, həmin vaxt qızı Kəmalənin xəstə olması ilə bağlı fikirli və həyəcanlı olduğu üçün Astara rayonu istiqamətində hərəkətdə olan yük avtomobilinin gəldiyini görməmiş və həmin yerdə olan dayanmadan keçmək qadağandır nişanını gömədiyi üçüün orada dayanmadan yolayrıcına daxil olmuşdur. Eyni zamanda sağdan Astara rayonu istiqamətində hərəkətdə olan DAF markalı, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobiln gəldiyini də gec görmüşdür. Həmin yolayırıcının ortasına çatanda sağdan gələn həmin yük avtomobilin benzin çəninə avtomobilinin qabaq şağ hissəsi toxunmuş və zərbənin təsirindən avtomobil fırlanaraq arxa sağ tərəfə çırpıldığı üçün yolun sol tərəfinə tullamışdır. Nəticədə o və avtomobilində olan sərnişini yüngül sıyrıq xəsarətləri almışlar. Bundan sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə onları Biləsuvar RMX-ya aparmışlar. Hazırda əməlindən peşimandır. Məhkəmə iclasının vaxtı və yeri barədə Biləsuvar Rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarında olan yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı X Tağım YPX inspektoru polis baş serjantı X10 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs zərərçəkmiş şəxslərə yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. İş materiallarına əlavə edilmiş 26 mart 2024-cü il tarixli 288 saylı tibbi müayinə aktından görünür ki, müayinə nəticəsində Şəxs sərxoş olmaması aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 411 saylı ekspert rəyindən görünür ki, 2011-ci il təvəllüdlü azyaşlı X8 məhkəmə-tibbi müayinəsinə, adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, ilk məlumatı nəzərə alaraq və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: X1 sağ bud nahiyəsində əzilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağalamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yolnəqliyyat hadisələrinə dail işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Hakim Şahbazov tərəfindən qəbul edilmiş HK-1/1321saylı 15 dekabr 2025-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və tibbi müayinə aktı ilə tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 327.8-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə də, işdə olan sübutlarla Şəxs təqsiri tam sübuta yetirildiyinə görə o, inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Nüsrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar