Məhkəmə qərarları › İş №3(022)-1206/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1206/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1206/2023 28.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X6 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Biləsuvar rayonu Amankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Biləsuvar rayonu Amankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs 26 noyabr 2023-cü il tarixdə saat 22:00 radələrində Biləsuvar şəhər mərkəzində özünə məxsus Opel markalı **-FG-*** dövlət qeydiyyat nömrəli avtomobillə yol hərəkət qaydasını kobud şəkildə pozmuş və ictimai asayışın bərpası zamanı polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində BMV markalı 99- YP-122 dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı X7 rayonu H.Əliyev küçəsində xidmət aparan zaman Opel markalı **- FG-*** dövlət qeydiyyat nömrəli avtomobilinin sürücüsü əvvəcədən tanıdığı Nahid adlı şəxs manevr etmə qaydalarnı pozduğu üçün tərəfindən sürücüyə avtomobili saxlaması üçün sayrışan işıqlar və xüsusi səs siqnalları vasitəsi ilə işarə vermiş, həmin vaxt sürücü yolda hərəkətdə olan “Kia” markalı avtomobillə qəza törətdikdən sonra avtomobili yüksək surətlə idarə edərək S.Vurğun küçəsinə daxil olaraq təhlükəli manevrlər edərək insan və həyat sağlamlığına real təhlükə yaratmış, bir qədər uzaqlaşdıqdan sonra yaşadığı binanın qarşısına çataraq avtomaşını saxlayıb qapıları bağlayıb binaya daxil olmuşdur. Onlar onu çağırıb qanun pozuntusunu izah etmək istədikdə o, yaşadığı evin pəncərəsini açaraq yanında olan əvvəlcədən tanıdıqları ünvan 3 ünvanına nəlayiq ifadələr işlətməklə üzərlərinə daş parçası və şüşə qablar atmağa başlamışlar. Rizvan adlı şəxs əlində lezva tutaraq onlara hədə-qorxu gəlirmiş, onlar ona avtomobilini iştirakları ilə müvəqqəti duracağa yerləşdirilməsini bildirmişlər, lakin o, qanuni tələblərinə məhəl qoymayıb öz hərəkətlərini davam etdirmiş, polis əməkdaşları avtomobili duracağa aparılmasını təmin etmək üçün həmin yerə Evakuator çağırmış, çağrılmış Evakuator avtomobili götürmək istiyərkən həmin şəxslər Evakuatru daşlamağa başlamış, əmliyyat qurupunun köməkliyi ilə avtomaşının tərəflərindən duracağa aparılması təmin olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində “Opel” markalı **-FG-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə manevr etmə qaydalarını pozduğu üçün, BMV markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı X7 rayonu H.Əliyev küçəsində xidmət aparan zaman ona avtomobili saxlaması üçün sayrışan işıqlar və xüsusi səs siqnalları vasitəsi ilə işarə vermiş, həmin vaxt o, yolda hərəkətdə olan “Kia” markalı avtomobillə qəza törətdikdən sonra avtomobili yüksək surətlə idarə edərək S.Vurğun küçəsinə daxil olaraq təhlükəli manevrlər edərək insan və həyat sağlamlığına real təhlükə yaratmış, bir qədər uzaqlaşdıqdan sonra yaşadığı binanın qarşısına çataraq avtomaşını saxlayıb qapıları bağlayıb binaya daxil olmuşdur. Onlar onu çağrıb qanun pozuntusunu izah etmək istədikdə o, yaşadığı evin pəncərəsini açaraq yanında olan ünvan 3 ünvanına nəlayiq ifadlər işlətməklə üzərlərinə daş parçası və şüşə qablar atmağa başlamışlar. O, öz hərəkətlərinə davam etdirmiş, polis əməkdaşları avtomobilin duracağa aparılmasını təmin etmək üçün həmin yerə Evakuator çağırmış, ona görə də polis işçilərinə nalayiq ifadələr işlətmiş, buna səbəb əsəbi və sərxoş olması olmuşdur. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. X1 izahat verərək bildirmişdir ki, Biləsuvar Rayon Polis Şöbəsi PPX-nin Bölüyünün polis nəfəri vəzifəsində çalışır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində BMV markalı **-YP-*** dövlət qeydiyyat nömrəli avtopatrulla DYPB-nin YPX inspektoru polis baş serjantı X8 rayonu H.Əliyev küçəsində xidmət aparan zaman Opel markalı **-FG-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü əvvəcədən tandığı Nahid adlı şəxs manevr etmə qaydalarnı pozduğu üçün tərəfindən sürücüyə avtomobili saxlaması üçün sayrışan işıqlar və xüsusi səs siqnalları vasitəsi ilə işarə vermiş, həmin vaxt sürücü yolda hərəkətdə olan “Kia” markalı avtomobillə qəza törətdikdən sonra avtomobili yüksək surətlə idarə edərək S.Vurğun küçəsinə daxil olaraq təhlükəli manevrlər edərək insan və həyat sağlamlığına real təhlükə yaratmış, bir qədər uzaqlaşdıqdan sonra yaşadığı binanın qarşısına çataraq avtomaşını saxlayıb qapılanı bağlayıb binaya daxil olmuşdur. Onlar onu çağırıb qanun pozuntusunu izzah etmək istədikdə o, yaşadığı evin pəncərəsini açaraq yanında olan əvvəlcədən tandıqları ünvan 3 ünvanına nəlayiq ifadlər işlətməklə üzərlərinə daş parçası və şüşə qablar atmağa başlamışlar. Rizvan adlı şəxs əlində lezva tutaraq onlara hədə qorxu gəlirmiş, onlar ona avtomobili iştirakları ilə müvəqqəti duracağa yerləşdirlməsini bildirmişlər, lakin o, qanuni tələblərinə məhəl qoymayıb öz hərəkətlərinə davam etdirmiş, polis əməkdaşları avtomobili duracağa təmin etmək üçün həmin yerə Evakuator çağırmış, çağrılmış Evakuator avtomobili götürmək istiyərkən həmin şəxslər Evakuatru daşlamağa başlamış, əməliyyat qurupunun köməkliyi ilə avtomaşının tərəflərindən duracağa aparılması təmin olunmuşdur. İşdə olan 28 noyabr 2023-cü il tarixli AZA N 020172 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 28 noyabr 2023-cü il tarixdə saat 09:30-da inzibati qaydada tutulmuş və 28 noyabr 2023-cü il tarixdə azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, habelə şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 28 noyabr 2023-cü il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar