Məhkəmə qərarları › İş №3(022)-1208/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1208/2023

30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1208/2023 30.11.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X11 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X12 X5 təcrübə üzrə baş inspektoru X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1972-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xətanın törədilməsinə görə bir il müddətində barəsində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, H.Aslanov küçəsi, ev 85 yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da Biləsuvar rayonu, Günəşli kəndi ərazisində yerləşən mərkəzi yolda, sürücülük hüququ və nəqliyyat vasitəsinin sahibi həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etdiyi «QAZ 53B yük” markalı, **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə körpünü keçdiyi zaman əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş və həmin nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, yüngül bədən xəsarəti yetirilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X7 göstərdi ki, Şəxs 28 oktyabr 2023-cü il tarixdə, saat 11:00-da Biləsuvar rayonu, Günəşli kəndi ərazisində yerləşən mərkəzi yolda inşa edilmiş körpünü keçdiyi zaman sürücülük hüququ və nəqliyyat vasitəsinin sahibi həmin avtomobildə olmadığı halda etibarnaməsi olmadan idarə etdiyi «QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol hissəsi ilə həmin yolda əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş və həmin nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarətləri almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Biləsuvar rayon polis şöbəsində təhqiqat aparılmış və Şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə 27 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2, 86, 207.5.2 və 212-ci maddələrinə əsasən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin Şəxs əməlində inzibati xəta tərkibinin olması müəyyən edildiyinə görə, həmin şəxs barəsində toplanmış material Biləsuvar rayon polis X12 Polisi bölməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və buna görə də onun tərəfindən sonuncu barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, o, Biləsuvar şəhəri, H.Aslanov küçəsində yerləşən 85 nömrəli evdə yaşayır. O, Biləsuvar rayon sakini X2 məxsus “QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını arabir idarə etsə də, onda həmin nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sürücülük vəsiqəsi və etibarnaməsi yoxdur. O, həmin avtomobillə Biləsuvar rayonu ərazisində kanalizasiya sularını çəkməklə məşğuldur. O, 28 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində Biləsuvar rayonu, Günəşli kəndinə sifarişlə gəlmişdir. O, kəndin mərkəzində şor kanalının üzərində tikilmiş körpünü keçdiyi zaman qarşıdan gələn qırmızı rəngli, sonradan adını bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi «VAZ- 21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Həmin hadisə zamanı onun idarə etdiyi nəqliyyat vasitəsinin sol hissəsi ilə «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan hissəsi toqquşmuşdur. Onun maşının sol tərəfi əzilmişdir. Hadisə onun təqsiri ucbatından baş vermişdir. O, hadisə baş verdiyi zaman spirtli içki qəbul etməmiş və sərxoş vəziyyətdə olmamışdır. Hadisə nəticəsində digər nəqliyyat vasitəsinı maddi ziyan dəyməklə bərabər, həmçinin həmin avtomobilin sürcüsü Zərərçəkmiş şəxs də yüngül xəsarətlər almışdır. O, hal-hazırda əməlindən peşmandır. Yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı ödəmiş və sonuncu ilə barışıq əldə etmişdir. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o, Biləsuvar rayonu, İsmətli kəndində ailəsi ilə birlikdə yaşayır və arvadı X3 məxsus «VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 28 oktyabr 2023-cü il tarixdə, saat 10 radələrində arvadı R.H.Qənbərovanı Biləsuvar rayon mərkəzi xəstəxanasına aparmaq üçün öz evindən yola çıxmışdır. O, yolda olduğu zaman həmkəndliləri X1 və X8 da avtomobilinə mindirmişdir. O, Biləsuvar rayonu, Günəşli kəndində olduğu zaman kəndin mərkəzində yerləşən mağazanı keçdikdən sonra şor kanalının üzərində inşa edilmiş körpünü keçməyə başlamışdır və həmin vaxt qarşı tərəfdən gələn “QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın sol yan hissəsi ilə onun idarə etdiyi nəqliyyat avsitəsini vurmuşdur. Hadisə vaxtı onun idarə etdiyi maşının sol hissəsi tamamilə əzilmiş və ona maddi ziyan dəymişdir. Habelə həmin vaxtı o da yüngül xəsarətlər almışdır. Yol-nəqliyyat hadisəsi zamanı onun darə etdiyi avtomaşında olan sərnişinlər isə xəsarət almamışlar. “QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürcüsü Şəxs ona dəymiş maddi ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda onun Şəxs qarşı hər hansı şikayəti və ya iddiası yoxdur. Sonda, Zərərçəkmiş şəxs Şəxs etdiyi əməlinə görə bağışladığını və həmin şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə görə ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin idarə edilməsi nəticəssində zərərçəkmiş şəxsin sağlamllğına yüngül bədən xəsarətinin yerinə yetirilməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs «QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan həmin avtomaşını idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. İş materiallarında olan canlı şəxsin ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 1213 saylı rəyindən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ-21011” markalı, **-OR- *** dövlət qeydiyyat nişanlı avtomaşın sürcüsü Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, inzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs "QAZ 53B yük” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşını həmin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmiş və bu zaman yol-hərəkəti qaydalarını pozması nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ-21011” markalı, **-OR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarətləri yetirməklə, yuxarıda qeyd edilən inzibati xətanı törətmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokolda Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur və iş üzrə inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmanlığını və zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tamamilə ödəməklə, onunla barışıq əldə etməsini onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar