Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-121/2024 06.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi ilə, Şəxs, xx xxxxxxxx 1999-cu ildə Sumqayıt şəhrində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 27 noyabr 2023-cü il tarixdə İran İslam Respublikası vətəndaşı X1 Hassan idarə etdiyi “MAZ” markalı 67AB441/67AB442 qeydiyyat nişanlı yük avtomobili ilə İran İslan Respublikasından Azərbaycan Respublikasına gələrkən, Biləsuvar Gömrük İdarəsi Rəsmiləşdirmə mərkəzi 1-ci bölməsində gömrük nəzarətindən keçən zaman gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmentin olub-olmadığını bildirdikdən sonra gömrük nəzarəti məqsədi ilə X1 Hassanın idarə etdiyi “MAZ” markalı 67AB441/67AB442 qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilən zaman həmin yük avtomobilinin yük yerinin arxa hissəsində idxalatcı fiziki şəxs Şəxs hüquqi ünvanına daxil olmuş yüklərin ******* saylı CMR-də, 26 noyabr 2023-cü il tarixli 0461 nomrəli invoysda və 27 noyabr 2023-cü il tarixli,**********2128 nömrəli qısa idxal bəyannaməsində qeyd olunan yüklərlə eyniləşdirilməsi aparılmış və eyniləşdirmə zamanı “MAZ” markalı 67AB441/67AB442 qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan ******* saylı CMR-də, 26 noyabr 2023-cü il tarixli, 0461 nömrəli invoysda və 27 noyabr 2023-cü il tarixli, **********2218 nömrəli qısa idxal bəyannaməsində qeyd edilmiş “xurma”, ”ərik qurusu”, ”alca qurusu” yüklərindən başqa, həmin sənədlərdə qeyd edilməyərək gömrük nəzarətinə bəyan edilməyən 60 kq “arı mumu” yükü aşkar edilmişdir. Buna görə də Biləsuvar Gömrük İdarəsi,Əməliyyat və Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən Şəxs barəsində 23 yanvar 2024-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə 12000-00032/24 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır, İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur, onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan nəqliyyat vasitəsinin yoxlanılması haqqında 27 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, 27 noyabr 2023-cü il tarixdə, saat 16:50-də İran İslam Respublikasının ərazisindən keçməklə Bakı şəhərinə gələn İİR-nın vətəndaşı X1 Hassanın idarə etdiyi “MAZ” markalı 67AB441/67AB442 qeydiyyat nişanlı yük avtomobil Rentgen yoxlanması zamanı yüklərdən əlavə gömrük nəzarətinə bəyan edilməyən 60 kq “arı mumu” yükü aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2023-cü il tarixli 3-16-16/2-7/1660-9/9234-6/6292 saylı ekspert rəyindən görünür ki Bakı şəhəri arıçılıq mağazalarında mövcud olan qiymətlərə əsasən təqdim edilmiş 1 kq mumun 27 noyabr 2023-cü il tarixə orta bazar qiyməti təxminən 4,00 manat, 60 kq –nın qiyməti isə 240,00 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin təhqiqatçısı X2 cinyət işinın başlanmasının rədd edilməsi haqqında 17 yanvar 2024-ci il tarixli qərarının təsviri hissəsindən görünür ki, 3-33/3-1-001989/2023 saylı material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 206.2-ci maddələrin ilə cinayət işinin başlanması, əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və malların gömrük sərhəddindən gömrük nəzarətinə bəyan edilməməklə keçirilməsinə görə vəzifəli şəxs – Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Beləliklə, Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, həmin mallar və ya nəqliyyat vasitələri az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə M.X.Rəcəbovun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını və M.X.Rəcəbovun şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, M.X.Rəcəbova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati müsadirə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində saxlanılan, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində 60 kiloqram arı mumu məhsulu müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-121/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-121/2024
06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver