Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1214/2023 01.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs Məmmədzadə (Babayeva) Süsən Elşad qızının iştirakı ilə xx.xx.1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti il məşğul olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-1008/2020 saylı icra sənədinə əsasən borclu Şəxs 21 avqust 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment X4 xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 01 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-1008/2020 saylı icra sənədinə əsasən Şəxs 21 avqust 2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 120 manat miqdarında sabit pul məbləğində aliment tutularaq X6 verilməlidir. İcra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. Borclu Şəxs tələbkara hazırda ödənilməmiş 1080 manat aliment borcu vardır. Ona görə də icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs bildirmişdir ki, o, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-1008/2020 saylı qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk etdiyini, hazırda rəsmi olaraq heç bir yerdə işləmədiyini və fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu, borcunu tam olaraq ödəməyə maddi imkanın olmadığını göstərdi. Bundan əlavə, izahatında himayəsində mütəmadi olaraq ona qulluq göstərilməsini tələb edər İ qrup əlil atasının olduğunu, anası yanıq xəsarətləri aldığı üçün onun yardımına və xidmətlərinə ehtiyacı olduğuna görə vaxtının xeyli hissəsini validenlərinə xidmət göstərilməsinə sərf etdiyini, buna baxmayaraq bir-neçə gün ərzində aliment borcunun çox hissəsini ödəyəcəyini göstərmişdir. Məhkəmə iclasında tələbkar şəxs X7 təqdimatın təmin olunmasını xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)- 1008/2020 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarına əsasən icra məmuru tərəfindən Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(022)-1008/2020 saylı qərarına əsasən icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş və bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Elektron informasiya sistemindən görünür ki, Şəxs İ qrup əlilə xidmətinə görə 100 (yüz) manat təminat alır. İşin yuxarıda qeyd olunan hallarını, Şəxs şəxsiyyətini və törədilən əməlin xarakterini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə tənbeh kifayət edir. İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izah edirəm ki, İXMin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X12
Məhkəmə qərarları › İş №3(022)-1214/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1214/2023
01.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver