Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1221/2024 25.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məhləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1992-ci il tarixdə Biləsuvar rayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, faktiki nikah münasibətində olan, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Çaylı kəndində qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı icra sənədinə əsasən Şəxs ödənilməmiş borcun əvəzi qismində cəmi 7.117 manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxsnun xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 25 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru E.F.Nəsirov məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxsilə icra sənədi üzrə borclu Şəxs arasında 07 iyun 2022-ci il tarixdə barışıq sazişi bağlanmış, buna görə də Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)- 329/2022 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Həmin barışıq sazişinə əsasən Şəxs tələbkara olan cəmi 6.117 manat məbləğində borcunu 01 iyul 2022-ci il tarixdən başlayaraq, hər ay hissə-hissə 500 manat olmaqla ödəməli, öhdəliyini vaxtda icra etmədiyi halda kompensasiya qismində daha 1000 məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs ödəməlidir. Lakin həmin barışıq sazişi bağlandıqdan və iş üzrə icraata xitam verildikdən sonra Şəxs sazişin şərtlərini pozmuş və Zərərçəkmiş şəxs olan borcunu ödəməmişdir. Buna görə də Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı icra sənədi məhkəmə tərəfindən icraaya yönəldilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi P.A.Mirzəyevə təklif edilmiş, lakin həmin şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, borcunu ödəyəcəyinə dair vədlər vermişdir. Belə ki, Şəxs həmin icra sənədinin icraata yönəldilməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq borclu tələbkara olan borcundan hissə-hissə şəklində cəmi 4.200 manat ödəniş etmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, icra qeydi üzrə müəyyən edilmiş borcunu ödəməsi həmin şəxsə təklif edilmiş, lakin Şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək, maddi vəziyyəti aşağı olduğu üçün borcunu ödəyə bilmədiyini bildirmiş və tələbkara olan borcunu ödəyəcəyinə dair vədlər vermişdir. Həmçinin borclu barəsində 14 noyabr 2024-cü il tarixdə axtarış elan edilmiş və həmin şəxs bu gün könüllü olaraq özünü icra qurumuna təqdim etdikdən sonra verdiyi sonuncu izahatında da tələbkara olan borcunu etiraf etmişdir. O, həmin izahatında əvvəllər tak, lakin taksiçilik fəaliyyəti ilə məşğul olduğunu, lakin hazırda sürücülük hüququ məhdudlaşdırıldığı üçün tələbkara olan borcundan heç bir ödəniş edə bilmədiyini bildirmiş və iş tapdıqdan sonra borcunu hissə-hissə hər ay 500 manat olmaqla ödəyəcəyini vəd etmişdir. O, Şəxs maddi və əmlak vəziyyətinin yoxlanılması üzrə bütün tədbirləri həyata keçirsə də, sonuncunun icra qeydi üzrə tələbin yönəldilə biləcəyi hər hansı əmlakı və qazancı müəyyən edilməmişdir. Digər tərəfdən isə tələbkar icra qeydinin tam və birdəfəlik şəkildə icra edilməsini tələb edir. Buna görə də onun tərəfindən həmin şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Bu gün Şəxs borcundan daha 150 manat ödəniş etmişdir. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, onunla Zərərçəkmiş şəxs arasında 07 iyun 2022-ci il tarixdə barışıq sazişi bağlanmış, buna görə də Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Lakin həmin barışıq sazişi bağlandıqdan və iş üzrə icraata xitam verildikdən sonra o, maddi vəziyyəti aşağı olduğu üçün sazişin şərtlərini pozmuş və Zərərçəkmiş şəxs olan borcunu ödəyə bilməmişdir. Buna görə də Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı icra sənədi məhkəmə tərəfindən icraaya yönəldilmişdir. O, həmin icra sənədi icraatda olduğu müddətdə tələbkara olan borcundan bu günə qədər cəmi 4.200 manat, bu gün isə daha 150 manat ödəniş etmiş, borcunun qalan hissəsini isə hazırki tarixədək ödəyə bilməmişdir. O, taksiçilik fəaliyyəti ilə məşğul olaraq, tələbkara olan borcundan hər ay müəyəyn ödənişlər etsə də, bir müddət onun sürücülük hüququ məhdudlaşdırıldığı üçün o, taksiçiliklə məşğul ola bilməmiş və ödəniş etməmişdir. Hazırda 2 həftədir ki, o, yeni iş tapmışdır və orta hesabla həftədə 300 manat qazanmaq ehtimalı vardır. Bu gün o, borcundan 150 manat ödəsə də, növbəti bazar ertəsi günü daha 350 manat ödəyəcəyinə, növbəti aydan isə ayda 500 manat ödəməklə borcunu tam qaytaracağına söz verir. Həmçinin o bildirdi ki, əgər onun barəsində inzibati həbs növündə tənbeh tədbiri seçilərsə, o, işini itirəcək və tələbkara olan borcunu ödəyə bilməyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu, himayəsində 2 azyaşlı uşağı olduğunu və ailəsini dolandıran yeganə şəxs olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı icra sənədi icraatda olduğu təxminən 2 il 5 ay ərzində borclu ona olan borcundan cəmi 4.350 manat ödəniş etmişdir. Hazırda Şəxs ona olan qalan borcunu da hissə-hissə ödəyəcəyinə məhkəmə qarşısında söz verdiyinə görə o, həmin şəxsin həbs olunmasını istəmir və hesab edir ki, həmin şəxsə bu dəfə inzibati cərimə tətbiq etməklə, Şəxs daha bir şans vermək məqsədəuyğundur. Sonda, Zərərçəkmiş şəxs borclu barəsində inzibati cərimə tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs ilə icra sənədi üzrə borclu Şəxs arasında 07 iyun 2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən Şəxs ilə barışıq sazişi bağlamışdır. Biləsuvar rayon Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2(022)-329/2022 saylı qərardadı ilə həmin barışıq sazişi təsdiq edilmişdir. Lakin Şəxs həmin barışıq sazişin şərtlərini pozuduğuna görə barışıq sazişi məhkəmə tərəfindən icraaya yönəldilmişdir. Həmin icra sənədi üzrə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 22 avqust 2022-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməyə görə məhkəmələr tərəfindən borcular barəsində inzibati həbs tətbiq edilməsi barədə qərarlardan verilmiş şikayətlərə dair “Kərimov və başqaları Azərbaycana qarşı” işi üzrə 22 iyul 2021-ci il tarixli qərarında müəyyən etdiyi hüquqi mövqeyə görə ərizəçiləri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqpozmada təqsirli bilərək, onlara inzibati həbs cəzası kəsən daxili məhkəmələr ərizəçilərin təqsirini müəyyən edərkən, həmin şəxslərin üzrlü səbəb olmadan öz kreditorlarına borclarını qaytarmaq barədə qərarları yerinə yetirib-yetirmədiklərini araşdırmağa borcludurlar. Borcluların öz maddi öhdəliklərini yerinə yetirməmələrinə haqq qazandırmaq üçün göstərdikləri səbəblər təqsirin səciyyələndirilməsi üçün həlledici idi, çünki onlar məsuliyyətdən azad olmaq üçün əsas yarada bilərdi. Borcluların maliyyə vəziyyətinin və öhdəliklərini yerinə yetirməməkdə vicdanlılığının fərdi qiymətləndirilməsi vacib idi. Cinayət xarakterli, lakin inzibati aspektləri olan müvafiq prosedur ittihamı təqdim edən tərəfdən borcunu yerinə yetirməyən borcluların faktiki olaraq, iddia etdiklərinin əksinə olaraq, borclarını ödəmək üçün maliyyə imkanlarına malik olduğunu sübut etməyi tələb edirdi. Belə olan halda aydın idi ki, ərizəçilərin daxili məhkəmələrdə irəli sürdükləri arqumentlər, xüsusən də onların tələblərə əməl etməmələrinin səbəbinin borcları ödəmək üçün maddi imkanlarının olmaması ilə bağlı arqumentləri həlledici əhəmiyyət kəsb edirdi. Qanunun faktiki redaksiyası və ərizəçilərin göstərdiyi üzrlü səbəblərin əsaslı olub-olmaması barədə aydın cavab və məhkəmə qərarı tələb edirdi. Bununla əlaqədar, ərizəçilərin icra məmurunun tələblərinə əməl etməməsinin səbəbi onların maddi imkansızlığı olsaydı, bu 4 saylı Protokolun 1-ci maddəsinə əsasən “heç kəs müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz” tələbinin pozuntusu olardı. Yerli məhkəmələr tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməməsinin səbəbləri tam araşdırılmamış, əksinə özləri borcluların məhkəmə qərarının icrasına mane olan maliyyə çətinliklərinin faktiki doğruluğuna dair heç bir şübhə ifadə etmədən ərizəçilərin qeyri-müəyyən maliyyə vəziyyətlərinə istinad etmişlər. Bundan başqa, Konstitusiya Məhkəməsi məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati həbs və ya tənbeh tətbiq edilərkən bütün faktların məhkəmələr tərəfindən ətraflı araşdırılması tələbini, borclunun hərəkətlərində qəsdin olub-olmamasının qiymətləndirilməsinin vacibliyini vurğuladığı halda, sanksiya tətbiq etmiş məhkəmələr tərəfindən məhkəmə icraçısının tələblərini yerinə yetirmək üçün bütün mümkün vasitələrdən istifadə edilib-edilməməsi araşdırılmamışdır. Yuxarıda qeyd edilənlər isə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinin pozuntusu hesab edilmişdir. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 4.6-cı maddəsinə əsasən heç kəs yalnız hansısa mülki müqavilə öhdəliyini yerinə yetirməyə qadir olmadığına görə tutula, həbsə alına və ya azadlıqdan məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının” 4 saylı protokolunun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına əsasən azadlıqdan məhrum edilə bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 2 azyaşlı uşağının olmasını inzibati xətaya görə onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1221/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1221/2024
25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver