Məhkəmə qərarları › İş №3(022)-1222/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1222/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1222/2024 26.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş X10, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonu Zəhmətabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində polis əməkdaşları vəzifələrini icra edərkən onların qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X22 göstərmişdir ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin İTB-in polis sahə rəisi vəzifəsində işləyir. Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndi ərazisində polis əməkdaşları vəzifələrini icra edərkən onların qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, qonşusu X18 ilə uzun müddətdir kı, aralarında mübahisə vardır. Dəfələrlə ailəsini, bacısını, qardaşını təhqir edib şərləyir. Arvadına hücum edib, təhqir edib, bununla bağlı dəfələrlə polisə şikayət etmişdir. 06 oktyabr 2024-cü il tarixdə axşam saatlarında o, X24 və qardaşı Nicat Abbasovla maşınla əkin sahələrinə getmişdir. Musa Novruzovun oğlunun əkin sahəsində avtomobilə pres yükləməsini görmüşdür. Həmin şəxsdən əkin sahəsində nə gəzdiyini soruşmuşdur. Həmin şəxs də əkin sahəsinin onlara məxsus olmasını, qardaşı Nizami Abasovdan almasını bildirmişdir. Bundan sonra onlar avtomobilə minərək qardaşı Nicat Abbasovun evinə qayıtmışlar. Onlar avtomobildən düşəndə Musa Novruzov sonuncunun arvadı Xatirə Ağayeva və övladlarının üzərinə hücum etmiş, onları təhqir edərək üzərlərinə gəldikdə X24 onları qorumaq üçün qarşılarına keçmişdir. Bu zaman Musa Novruzov bacısı Natəvanın sinəsinə yumruq vurmuşdur. Bacısının üzərinə stul atmışlar, həmin stul bacısının ayağına dəymişdir. Yusif Novruzov onu çiyinindən itələmişdir. Daha sonra Xatirə Ağayeva bacısının sinəsindən vurmuşdur. X24 Musa Novruzov və onun ailə üzvləri tərəfindən döyülmüşdür. Hadisə zamanı oraya polis əməkdaşları gəlmişdir. Polis əməkdaşlar onları aralaya bilməmişlər. Sonra Musa onun arvadını söyüb təhqir etmişdir. X11 zəng etmişdir. O da arvadına Musa Novruzov və Xatirə Ağayeva tərəfindən təhqir olunmaları barədə məlumat vermişdir. Arvadı DİN-nin 102 Zəng-xidməti mərkəzinə zəng vuraraq bu hadisə barədə məlumat vermişdir. Xatirə Ağayeva yoldaşının adını çəkərək "Çinarə Xırmandalıda pozğundur, kitabxanada pozğunluq edir" ifadəsini işlətmişdir. Hazırda barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X12 izahatında göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin PPXB-nin polis nəfəfi polis-serjantı vəzifəsində xidmət edir. 06 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad və Bağbanalr kəndində həmkarı X13 ilə birlikdə xidmətdə olmuşdur. 06 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində Biləsuvar RPŞ-nin məsul növbətçisi, polis polkovnik-leytenantı Daşqın Məmmədov istifadəsində olan mobil nömrəyə zəng edərək Zəhmətabad kəndində münaqişə olmasını bildirərək, əməliyyatistintaq qrupunun başqa hadisə yerində olmasını, onların münaqişə olar yerə yaxınlaşmalarını bildirmişdir. Onlar bundan sonra avtopatrulla hadisə yerinə getmişdir. Onlar hadisə yerinə çatdıqda Biləsuvar rayon Zəhmətabad kənd sakini X18 idarə etdiyi xidməti avtomobilə yaxınlaşmışdır. O, Musa Novruzovdan münaqişənin orada baş veribverməməsini soruşmuşdur. Musa Novruz küçənin qarşı tərəfində dayanmış şəxslərlə aralarında münaqişənin baş verdiyini demişdir. O, sağa dönərək yolun sol kənarında avtomobili saxlamışdır.İbrahim Şahmarovla birlikdə avtomobildən aşağı düşmüşlər. Həmin vaxt xidməti avtomobillərinə Biləsuvar rayon Zəhmətabad kənd sakinləri X19 və X6 yaxınlaşmışlar. Avtomobilə həmin şəxslər yaxınlaşaraq DlN-nin 102 Zəng-xidməti mərkəzinə müraciət etmələrini bildirmişlər. O da RPŞ-nin əməliyyat-istintaq qrupunun başqa hadisə yerində olmasını bildirmişdir. Şəxs baş vermiş münaqişə barədə məlumat verərəkən Musa Novruzov kənardan onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. O və X34 Novruzova ictimai qaydaya əməl etməsini tələb etmişlər. Bundan bir qədər sonra Musa Novruzov azyaşlı uşaqları ilə onlar dayandıqları yerə yaxınlaşmışdır. Həmin vaxt Musa Novruzov və Nızaməli Abbasov arasında mübahisə yaranmışdır. Onlar həmin şəxslərdən ictimai qaydayanı pozmamağı tələb etmişlər. Həmin vaxt X29 Abbasovun ünvanına nalayiq ifadə işlətmişdir. Həmin zaman X38 Novruzovun ünvanına nalayıq ifadələr işlətməyə başlamışdır. X38 Novruzovun üzərinə gəlməyə başlamışdır. O həmin şəxslərin aralarında dayanaraq onları sakitləşdirməyə çalışmışdır. O orada dayanan zaman arxasına döndükdə X7 X4 bilək nahiyələrindən tutaraq geriyə itələməsini görmüşdür. Bu zaman X31 Abbasovanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman X21 Şahmarovla həmin şəxsləri bir-birlərindən uzaqlaşdırmışlar. Şəxs, Natəvan Abbasovanı yaşadıqları evə doğru aparmışlar. Musa Novruzov isə öz evinə doğru getmişdir. Bir neçə dəqiqə sonra Musu Novruzov, övladları Asif Novruzov yenidən Şəxs və ailə üzvlərini yaşadığı evin yaxınlığında dayanaraq ucadan təhqir etməyə başlamışdır. Bu zaman Şəxs oraya yaxınlaşaraq Musa Novruzova söyüş söyməməsini bildirmişdir. Bundan sonra yenə də, mübahisə yaranmışdır. Mübahisə zamanı həmin şəxslər yenidən birbirlərini təhqir etmişlər, İbrahim Şahmarovla həmin şəxsləri yenidən bir-birlərindən ayırmışlar. Hadisə yerinə əməliyyat- stintaq qrupunun üzvləri gəlmədikləri uçun Nicat Abbasova özünə məxsus avtomobilə əyləşərək bacısı Natəvan Abasovanı və Şəxsla birlikdə Biləsuvar RPŞ-nə getmələrini bildirmişdir. Onlar özlərinə məxsus avtomobilə minərək hərəkətə başlamışlar. Musa Novruzovu da həmçinin Biləsuvar RPŞ-nə dəvət etmişlər. Sonuncu da özünə məxsut avtomobilə əyləşərək Biləsuvar RPŞ-nə gəlmişdir. Orada ictimai qaydanı pozan şəxslərin sayı çox olduğu və həmin şəxslərin hər birini eyni zamanda polis şöbəsinə apara bilməyəcəklərindən, bir neçəsini apararsaq digərlərinin hadisə yerində daha ağır hadisələrə səbəb olacaqlarını fikirləşərək onları sakitləşdirmək qərarına gəlmişlər. 06 oktyabr 2024-cü il tarixdə Biləsuvar rayonu Zəhmətabad kəndində baş vermiş münaqişə zamanı X18, X32, X33, X20, Şəxs və X14 nalayiq ifadələr işlətmişlər. Hadisə baş verən zaman X15 dəfələrlə nalayiq ifadələr işlətməməsi barədə göstərişlər vermişdir, eyni zamanda Musa Novruzov nalayiq ifadələr işlədən zaman Şəxs da onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, Şəxs hər dəfə ictimai qaydaya əməl etməsini tələb edirmişdir. Baş verən hadisə zamanı X2 Xatirə Camal qızını itələməmişdir, əksinə X31 Abasovanın bilək nahiyəsindən tutaraq geriyə doğru itələmişdir. Baş verən hadisə zamanı X31 Abasovanı bilək nahiyəsindən tutaraq itələmiş, lakin sinə nahiyəsindən tutmamışdır. Musa Novruzov isə Natəvan Abasovaya zərbə vurmamış, lakin İsa Novruzov su bidonunu Natəvan Abasovaya doğru atmışdır. Həmin su bidonu Natəvan Abasovanın ayaq nahiyəsinə dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş X1 Nurlan Şıxəli oğlunun izahatında göstərilən məzmunda izahat vermişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş X17, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaların törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm, onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İşin hallarını və Şəxs şəxsiyyətini, ailə vəziyyətini, sağlamlığını və digər halları nəzərə alaraq hesab edirəm ki, Şəxs İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır və bu inzibati tənbehin məqsədlərini təmin edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X35

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar