Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1224/2024 26.12.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X14 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1980-ci il tarixdə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 06 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisində X4 və həmin şəxsin yaxın qohumları aralarında yaranmış mübahisə zamanı, həmin şəxslərin ünvanına uca səslə nalayiq ifadələr işlədərək, ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıq-aşkar hörmətsizlik nümayiş etdirmişdir. Bundan başqa, Şəxs 06 oktyabr 2024-cü il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndi ərazisində cəmiyyətə açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə son qoyulmasına dair polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokollarda müəyyən edilmiş bir neçə inzibati xətanın Şəxs tərəfindən törədilməsinə istinad olunduğuna və həmin inzibati xəta haqqında protokollara baxılması eyni orqanın – Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aid olduğuna görə, inzibati xəta haqqında işin baxılmasına hazırlıq haqqında 26 dekabr 2024cü il tarixli müvafiq qərarlarla Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən qeyd edilən inzibati xəta haqqında protokollara birlikdə baxılması qərara alınmışdır. Belə ki, həmin inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarda Şəxs ona istinad edilən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətalar eyni vaxtda törədilmişdir və həmin inzibati xəta haqqında protokollara baxılması Biləsuvar rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolları tərtib etmiş S.V.Cəbili izahatında göstərdi ki, o, Biləsuvar rayon polis X2 bölməsinin sahə rəisi vəzifəsində işləyir. 06 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakinləri X5 və X1 İşlər Nazirliyinin “102” qaynar xəttinə müraciət edərk, həmin gün, saat 20 radələrində Biləsuvar rayonu, Zəhmətabad kəndində münaqişə baş verməsi v həmin münqaişə zmanaı döyülmələri barədə məlumat vermişlər. Biləsuvar rayon polis şöbəsinin əməkdaşları X7 və Şahmarov X3 rayonu, Bağbanlar kəndi ərazisində xidmətdə olsalar da, dərhal Biləsuvar rayonu, Zəhmətabad kəndinə yönləndirilmişlər. Həmin polis əməkdaşları hadisə yerinə çatdıqdan sonra münaqişə etmiş tərəflərdən izahat götürmüşlər. Əvvəlcə Şəxs baş vermiş manaqişə barədə izahat vermişdir. Daha sonra isə münaqişənin digər tərəfləri X9 və X4 izahat verməyə başlamışlar. Həmin vaxt Şəxs N.M.Abbasova replikalar atmış və həmin şəxsi ucadan təhqir etmişdir. Bundan sonra tərəflər yenə də mübahisə etməyə başlamışlar və ətrafda olan qohumları da münaqişəyə qarışmışlar. Həmin polis əməkdaşları dərhal tərəfləri sakitləşdirmiş və hər kəs öz evinə getmişdir. Lakin bir neçə dəqiqə sonra Şəxs N.M.Abbasovun yaşadığı evəə gəlmiş və uca səslə həmin şəxsi təhqir etməyə başlamışdır. Buna görə də polis əməkdaşları Şəxs ondan qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Lakin həmin şəxs isə polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaq və söyüşlər söyməyə və tabesizlik göstərməyə davam etmişdir. Buna görə də polis əməkdaşları həmin şəxsə qarşı fiziki güc tətbiq edərək sonuncunu Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Həmin şəxs Biləsuvar rayon polis şöbəsinə gətirildikdən sonra onun Biləsuvar şəhər sakini, 02 iyun 1996-cı il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. O, araşdırma zamanı Şəxsnun əməlində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tərkibinin olmasını müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində həmin maddələrlə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə özünü təqsirli bilməyərək, göstərdi ki, o, Biləsuvar rayonu, Zəhmətabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir himayəsində 4 övladı var, həmin uşaqlardan 2-si yetkinlik yaşına çatmış, biri isə 01 yanvar 2025-ci il tarixdə həqiqi hərbi xidmətə gedəcəkdir. X5 və X4 onun qonşularıdır. O, təxminən iki ildir ki, N.M.Abbasova və N.M.Abbasovla aralarında olan razılığa əsasən həmin şəxslərə məxsus 44 sot torpağı əkib-becərir. Lakin onunla N.M.Abbasova arasında həmin torpaq sahəsinə görə bir neçə dəfə anlaşılmaazlıq yaranmışdır. O, həmin şəxsin ailə üzvlərinə məxsus torpağı zəbt etməmiş və bunu dəfələrlə sonuncuya izah etmişdir. Sonuncu dəfə 06 oktyabr 2024-cü il tarixdə N.M.Abbasova onun evinə gəlmiş və torpaq sahəsindən istifadə etdiyinə görə onu təhqir etmişdir. O, N.M.Abbasovaya heç bir söz deməmiş və sadəcə olaraq öz mobil telefonu avsitəsilə həmin şəxsin onu söyməsini videoya çəkmişdir. Bundan sonra isə N.M.Abbasov və həmin şəxsin yaxın qohumları hadisə yerinə gələrək, onun ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər və mübahisəni sakitləşdirməyə çalışmışlar. Lakin N.M.Abbasov və həmin şəxsin yaxın qohumları qanunsuz əməllərinə davam etmişlər. O isə polis əməkdaşlarının tələblərinə tabe olmuş və həmin şəxslərlə birlikdə Biləsuvar rayon polis şöbəsinə getmişdir. O, hadisə vaxtı heç bir xuliqanlıq etməmiş, əksinə ona qarşı N.M.Abbasov və həmin şəxsin yaxın qohumları tərəfindən nalayiq hərəkətlər edilmişdir. O, həmin şəxsləri təhqir etməmiş və sonunculara qarşı hər hansı fiziki güc tətbiq etməmişdir. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş və sonuncuların tələbinə uyğun olaraq könüllu surətdə avtopatrula əyləşərək, Biləsuvar rayon polis şöbəsinə getmişdir. N.M.Abbasov və həmin şəxsin yaxın qohumları hazırda onu şərləməyə çalışırlar. Sonda, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 oğlu oğlu izahatında bildirdi ki, o, Biləsuvar rayon polis şöbəsinin post-patrul xidmətinin polis serjantı vəzifəsində işləyir. 06 oktyabr 2024-cü il tarixdə, saat 20 radələrində Biləsuvar şəhəri, Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində polis əməkdaşı Şahid1 Nadir oğlu xidmət olarkən, Biləsuvar rayon polis şöbəsinin məsul növbətçisi ona zəng edərək, Biləsuvar rayonu, Zəhmətabad kəndində münaqişə baş verdiyini və dərhal onları hadisə yerinə yönləndirmişdir. Onlar hadisə yerinə çatdıqdan sonra münaqişə etmiş tərəflərdən izahat götürmüşlər. Əvvəlcə Şəxs baş vermiş manaqişə barədə izahat vermişdir. Daha sonra isə mübahisənin digər tərəfləri N.M.Abbasov və N.M.Abbasov izahat verməyə başlamışlar. Həmin vaxt Şəxs N.M.Abbasova replikalar atmış və həmin şəxsi ucadan təhqir etmişdir. Bundan sonra tərəflər yenə də mübahisə etməyə başlamışlar və ətrafda olan qohumları da münaqişəyə qarışmışlar. Həmin vaxt hadisədə iştirak edənləri sayı çoxluq təşkil etmiş, digər polis əməkdaşları başqa hadisə yerində olduqları üçün onlar cəmi iki nəfər olmuşlar. Buna görə də onlar çətinlikdə tərəfləri sakitləşdirməyə müvəffəq olmuşlar. Onlar tərəfləri sakitləşdirdikdən sonra hər kəs öz evinə getmişdir. Lakin bir neçə dəqiqə sonra Şəxs N.M.Abbasovun yaşadığı evin qarşısına gəlmiş və uca səslə həmin şəxsi təhqir etməyə başlamışdır. Buna görə də onlar Şəxs qanunsuz hərəkətlərinə son verməsini tələb etmişlər. Lakin həmin şəxs isə onların qanuni tələblərinə məhəl qoymamışdır. Onlar həmin şəxsi çətinliklə sakitləşdirmiş və Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Nadir oğlu şahid N.Ş.Qubanovun izahatı ilə eyni məzmunlu izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokolları tərtib etmiş vəzifəli şəxsi və şahidləri dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətaları törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs himayəsində 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulan əsas inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1224/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1224/2024
26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver