Məhkəmə qərarları › İş №3(022)-1240/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1240/2023

04.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1240/2023 04.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X4 Patrul Bölməsinin yol patrul xidməti baş inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1973-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində yerləşən 16 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edilməsi ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, 03 dekabr 2023-cü il tarixdə, saat 00:54-də radələrində, «VAZ 21074» markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili, Biləsuvar rayonu ərazisində, təkrarən alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə və işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, o, Biləsuvar rayon polis X4 polisi bölməsinin yol patrul xidmətinin baş inspektoru vəzifəsində işləyir. Biləsuvar rayon polis şöbəsinin daxili iş bölgüsünə əsasən o, 03 dekabr 2023-cü il tarixdə, saat 00:54-də Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində xidməti vəzifəsini icra edərkən, «VAZ 21074» markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin nəqliyyat vasitəsini işıq cihazlarından istifadə qaydalarını pozmaqla idarə etdiyini aşkar etmişdir. Bununla əlaqədar həmin avtomobilin sürücüsünə saxla işarəsi verilmiş və qeyd olunan avtomaşın saxlatdırılmışdır. Bundan sonra keçirilmiş yoxlama zamanı «VAZ 21074» markalı, **-XC-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Şəxs olduğu müəyyən edilmişdir. Şəxs spirtli içki iyi gəldiyinə görə həmin şəxsin sərxoşluğunun müəyyən edilməsi məqsədilə tibbi müayinəyə göndərilmişdir. Müayinə zamanı Şəxs alokoqol qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində avtomobili idarə etməsi aşkar olunmuşdur. Həmçinin portala baxış zamanı müəyyən edilmişdir ki, Şəxs bir il ərzində təkrarən sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü tam təqsirli bilərək, göstərdi ki, 02 dekabr 2023-cü il tarixdə, axşam vaxtı o, qohum evində olan məclisdə spirtli içkilər qəbul etdikdən sonra yaşadığı evə qayıtmaq üçün, gecə saatlarında, Biləsuvar şəhəri, Ş.Qurbanov küçəsində «VAZ 21074» markalı, **- XC-*** dövlət nömrə nişanlı avtomobil sərxoş vəziyyətdə idarə etmişdir. Bundan sonra yol patrul xidmətinin əməkdaşları ona saxla əmrini vermişlər və o, avtomaşını saxlamışdır. Bundan sonra ondan alkoqol iyi gəldiyi üçün o, tibbi müayinəyə cəlb edilmiş və sərxoş vəziyyətdə olduğu məlum olmuşdur. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, hazırda səhv etdiyini etiraf edir və əməlindən peşmandır. Sonda, Şəxs barəsində yüngül inzibati tənbeh tədbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunması inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulduğuna görə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 329.3 və 333.2-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 333.2-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, barəsində inzibati xətaya görə inzibati cərimə tətbiq olunmuş Şəxs təxminən 10 ay sonra yenidən sərxoş vəziyyətdə avtomobili idarə etməsi hazırki vəziyyətdə inzibati cərimə tətbiq olunması yolu ilə inzibati tənbehin məqsədlərinə nail olunmadığını göstərir. Buna görə də hesab edirəm ki, Şəxsbarəsində inzibati cərimənin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 dekabr 2023-cü il tarixdən saat 16:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar