Məhkəmə qərarları › İş №3(022)-1241/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1241/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1241/2023 08.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1971-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar rayonu, Ağalıkənd kəndində qeydiyyatda olan, və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən Şəxs vurulmuş maddi ziyana görə 10.000 anat və iş üzrə dövlət rüsumunun əvəzi qismində 30 manat, cəmi 10.030 manat məbləğində pul vəsaiti alınıb, Zərərçəkmiş şəxs verilməlidir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında 08 dekabr 2023-cü il tarixli, 14814553 nömrəli protokoldan görünür ki, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru N.B.Bəhmənov borclu Şəxs Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)- 725/2021 saylı icra sənədinBiləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)- 725/2021 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyini və icra sənədini üzürsüz səbəbdən icra etmədiyini hesab edərək, sonuncu barəsində 08 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən Şəxs Zərərçəkmiş şəxs xeyrinə cəmi 10.030 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədi 2021-ci ildə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və borclu Şəxs həmin vaxt cəzaçəkmə müəssisəsində cəza çəkdiyinə görə həmin qətnamənin icrasına dair bildiriş Şəxs cəza çəkdiyi müəssisəyə göndərilsə də, həmin bildirişin borcluya təqdim edilib-edilməməsi barədə Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə heç bir məlumat daxil olmamışdır. 2023-cü ilin oktyabr ayında Şəxs cəzaçəkmə müəssisəsindən azad edildiyi ona məlum olduqdan sonra o, 03 noyabr 2023-cü il tarixdə, icra sənədinin icrası ilə bağlı Şəxs yaşadığı ünvana poçt vasitəsilə xəbərdarlıq məktubu göndərərək, borcunu ödəməsini tələb etmişdir. Lakin həmin xəbərdarlığın Şəxs təqdim edilib-edilməməsi barədə poçt orqanı ona heç bir məlumat verməmişdir. Buna görə də o, Şəxs Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, ona icra sənədinin icrası ilə bağlı xəbərdarlıq məktubunu şəxsən təqdim etmiş və icra sənədinin icrasını tələb etmişdir. Həmin vaxt Şəxs cəzaçəkmə müəssisəsində icra sənədi üzrə heç bir ödəniş etmədiyini ona bildirmişdir. Daha sonra isə tələbkarın müvafiq icra hakimiyyəti orqanın rəhbərinin şəxsi qəbulunda olması və Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli icra sənədinin onun tərəfindən icra edilmədiyi barədə ondan şikayət etməsi ona məlum olmuşdur. Buna görə də o, Şəxs təkrarən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edərək, həmin şəxsin icra sənədini icra etmək niyyətində olmadığını müəyyən etdikdən sonra məcbur qalıb borclu barədə inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Belə ki, Şəxs 08 dekabr 2023-cü il tarixli izahatında tələbkara heç bir borcu olmadığını, ünvan 2tnaməsi ilə razılaşmadığını və buna görə də tələbkara heç bir ödəniş etməyəcəyini bildirmişdir. Borclu 10.030 manat məbləğində olan borcundan, qətnamə icraya yönəldilməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq, heç bir ödəniş həyata keçirməmişdir. Tələbkar isə borclunun borcunu tam şəkildə ödəməsini tələb edir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə ondan Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 10.030 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edildiyi vaxt o, cəzaçəkmə müəssisəsində olmuş və buna görə də onun barəsində məhkəmədə tələbkar tərəfindən iddia qaldırılmasından və ya barəsindən məhkəmə tərəfindən qətnamə qəbul edilməsindən onun heç bir xəbəri olmamış, həmin qətnamənin surəti ona təqdim edilməmişdir. Belə ki, o, Cəlilabad rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin istintaqı zamanı o və digər təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın müqabilində 6.000 manat məbləğində ödəniş etmiş və həmin şəxslə barışıq əldə etmişlər. O, 2023cü ilin avqust ayında cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra işləmək üçün Bakı şəhərinə getmişdir. O, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli qətnaməsindən yalnız 30 noyabr 2023-cü il tarixdə, Biləsuvar rayon İcra və Probasiya Şöbəsinə dəvət edildiyi zaman xəbər tutumuşdur. Çünki ona daha əvvəl Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.B.Bəhmənov tərəfindən hər hansı bildiriş və ya xəbərdarlıq təqdim edilməmişdir. O, bundan sonra ünvan 2tnaməsinin surətini almaq üçün poçt vasitəsilə ərizə ilə Biləsuvar rayon Məhkəməsinə müraciət etmiş, qətnamənin surətini yalnız bu gün məhkəmədən almışdır. O, icra məmuruna yazdığı 08 dekabr 2023-cü il tarixli izahatında da bildirdiyi kimi həmin qətnamə ilə razı deyil və həmin qətnamədən apellyasiya şikayəti vermək niyyətindədir. Əgər o, onun əleyhinə belə bir qətnamə qəbul edilməsindən daha öncə məlumatı olmuş olsaydı, həmin qətnamədən apellyasiya şikayəti verərdi. O, qətnamə ilə tanış olduqdan sonra həmin qərardan apellyasiya şikayəti verəcəkdir. Lakin bütün bu hallara baxmayaraq, icra məmuru qanunsuz olaraq, onun barəsində inzibati xəta haqqında protokol tərtib edərək, məhkəməyə göndərmişdir. Sonda, Şəxs barəsində ədalətli qərar qəbul edilməsini mhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş vəzifəli şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi nəzərdə tutulan inzibati xəta törətməsində təqsiri müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 26 oktyabr 2021-ci il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borcluya bildiriş ünvanlanmışdır. İşdə olan Şəxs tərəfindən 04 dekabr 2023-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinə daxil olmuş ərizənin surətindən görünür ki, Şəxs ünvan 2tnaməsinin surətinin ona təqdim edilməsi barədə 30 noyabr 2023-cü il tarixdə Biləsuvar rayon Məhkəməsinə müraciət etmiş və həmin qətnamə Şəxs 08 dekabr 2023-cü il tarixdə təqdim edilmişdir. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(073)-6/2021 saylı hökmünün surətindən görünür ki, Şəxs Azərbaycan Respubliaksı CM-nin 177.2.1, 177.2.2-ci və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, ona 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş poçt zərfinin surətindən görünür ki, Şəxs ünvanlanmış ünvan 2tnaməsinin olduğu poçt zərfi, ünvan sahibi həbsdə olduğuna görə təqdim edilməmişdir. İşin məhkəmə iclasında tədqiq edilib, öyrənilmiş hallarından görünür ki, borclu Şəxs ünvan 2tnaməsindən və icra sənədi üzrə icraat başlanmasından həmin vaxt cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə məlumatsız olmuşdur. ünvan 2tnaməsinin surəti yalnız 08 dekabr 2023-cü il tarixdə Şəxs təqdim edilmişdir. ünvan 2tnaməsinin icrasına dair Şəxs 30 noyabr 2023-cü il tarixdən öncə rəsmi bildiriş və ya xəbərdarlıq təqdim edilməsinə dair iş materiallarında heç bir sübut yoxdur. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinin icrası ilə bağlı borclu S.C.Nəhmədova yalnız 30 noyabr 2023-cü il tarixdə rəsmi məlumat verilmiş və həmin icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş 10 günlük müddət hələ bitməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə grə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddə ilə inzibati xəta tərkibini yaradır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müəyyən etdiyi hüquqi mövqeyə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Hesab edirəm ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədini icra etməmiş Şəxs hərəkətləri qəsdlə əhatə olunmamışdır. Çünki, Cəlilabad rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli, 1(073)-6/2021 saylı hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Şəxs cəzaçəkmə müəssisəsində cəza çəkdiyi vaxt ünvan 2tnaməsi qəbul edilsə də, mülki işin icraatı barədə həmin şəxsə heç bir məlumat verilməmiş və qətnamənin surəti poçt vasitəsilə Şəxs qeydiyyat ünvanı üzrə göndərilsə də, borclu qeydiyyatda olduğu ünvanda yaşamadığına görə ünvan sahibinə təqdim edilmədən geri qaytarılmışdır. Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)- 725/2021 saylı icra sənədi üzrə icraatın başlanmasına dair Şəxs 30 noyabr 2023-cü il tarixdən əvvəl rəsmi qaydada məlumat verilməsi barədə icra məmuru tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna görə də hesab edirəm ki, Biləsuvar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(022)-725/2021 saylı icra sənədinin könüllü icrası ilə bağlı həmin şəxsə rəsmi qaydada yalnız 30 noyabr 2023-cü il tarixdə rəsmi bildiriş təqdim edildiyi üçün borclu tərəfindən icra sənədinin könüllü icrası üçün müəyyən edilmiş 10 gün müddətin başlanğıcı 30 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə olan halda işdə olan sübutlarla təsdiq olunur ki, Şəxs icra sənədinin könüllü qaydada icra edilməsi üçün verilmiş 10 günlük müddətin tamamlanması gözlənilmədən sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla, məhkəməyə təqdim edilmişdir. Halbuki, qüvvədə olan icra qanunvericiliyi icra sənədinin könüllü qaydada icra edilməsi üçün müəyyən edilmiş müddət bitmədən hətta məcburi icra tədbirlərinin görülməsini qadağan edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İşin məhkəmə iclasında müəyyən edilməklə yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında material üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115, 117, 129 və 130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar