Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1242/2023 20.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X2 oğlunun katibliyi, Şəxs, xx xxxx 2000-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, heç yerdə işləməyən, orta təhsilli, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayan, barəsində Biləsuvar rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətalar haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 04 dekabr 2023-cü il tarixdə, saat 17:50 radələrində, nəqliyyat vasitəsini idarə etmə hüququ olmaqla, «Mersedes Benz C 220 CDİ minik” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobili, Biləsuvar şəhəri H.Əliyev küçəsində dövlət qeydiyyat nişanını izolyasiya lenti ilə örtməklə və bununla da həmin dövlət qeydiyyat nişanının görüntüsünü çətinləşdirilən örtüklərdən istifadə etməklə idarə etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.9-cü maddəsi ilə Biləsuvar Rayon Polis X3 X4 Patrul Xidmətinin baş inspektoru X1 04 dekabr 2023-cü il tarixdə İXP seriyalı 58779477 saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tövsif olunmuşdur.İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs cavanlığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş «Mersedes Benz C220 CDİ minik” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat nişanının görüntüsünü çətinləşdirilən örtüklər müsadrə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş örtüklər müsadirə edilməklə, 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1242/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1242/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver