Məhkəmə qərarları › İş №3(022)-127/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-127/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-127/2024 02.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1965-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Bil\əsuvar rayonu Nəsimi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X9 göstərmişdir ki, Şəxs ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bundan sonra polis əməkdaşları Şəxs Biləsuvar RPŞ-nə gətirmişlər.Beləliklə də, Şəxs barəsində İXM-in 510-u maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatlarla bağlı göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Onun barəsində şikayət edən X3 təxminən 2 ildir Biləsuvar rayon mərkəzi xəstəxanasından tanıyır. O, Elnurə Abdullayevanı xəstəxanada görəndən sonra ondan xoşu gəlmişdir. Elnurə Abdullayevaya dəfələrlə xəstəxananın müxtəlif həkimləri vasitəsi ilə xəbərlər göndərmişdir.Təxminən 4 ay bundan qabaq o, Biləsuvar rayon xəstəxanasında diş həkimi işləyən Hənifə Mirsultanov vasitəsi ilə özünə məxsus birkart göndərmişdir ki, birkartda olan pulu Elnurə Abdullayevə özü üçün istifadə etsin. Bundan əlavə o, dəfələrlə Elnurə Abdullayevanın mobil telefonuna mesajlar göndərmiş, lakin Elnurə Abdullayevə onun hərəkətlərinə görə polisə müraciət etmişdir.O, 16 yanvar 2024-ci il tarixdə Biləsuvar rayon mərkəzi xəstəxanasında terapevt işləyən Elnarə həkimin otağına getmiş və o, Elnarə həkimdən Elnurə Abdullayevanı otağa çağırmasını xahiş etmişdir.Bundan sonra xəstəxananın mühaifizəçiləri Elvin və Rüstəm Elnarə həkimin otağına gəlib onu otaqdan çıxartmışlar.O, xəstəxananın dəhlizində olan zaman Elnurə Abdullayeva onunla qarşılaşmışdır.O, Elnurə Abdullayevaya yaxınlaşıb yüksək səslə ona görə xəstəxanaya gəldiyini və onu bir daha narahat etməməsini demişdir. Bundan sonra xəstəxananın mühaifizəçiləri onu xəstəxanadan həyətə çıxartmışlar. O,Elnurə Abdullayevanı döyməmiş, onu narahat etməkdə məqsədi ondan xoşu gəldiyi üçün evlənmək məqsədi olmuşdur. Zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Barəsində şikayət etdiyi Şəxs təxminən 2 ildir tanıyır. O, işlədiyi Biləsuvar rayon mərkəzi xəstəxanasına Şəxs son 2 ildə dəfələrlə gəlib onunla evlənmək üçün sözlər atır və narahat edirdi. O, hər dəfə Şəxs onu narahat etməməsini desə də o, özünü dəliliyə qoyaraq ona müxtəlif şəxslərdən hədiyyələr göndərsə də o, hər dəfə Şəxs onu narahat etməməsini bildirmişdir. Bir dəfə Şəxs xəstəxananın diş həkim Hənifə Sultanovun yanına gedərək onun üçün pul kartı göndərmişdir.Həmin kartı Hənifə həkim ona verərək İlyas adlı şəxsin verməsini demişdir. O, Hənifə həkimə həmin kartı qaytarmasını və Şəxs ağlının olmadığını demişdir.Həmçinin işlədiyi xəstəxananın analiz şöbəsində Zakir Cavadovun yanında qarşısını kəsərək sözü olmasını demişdir.O, həmin vaxt Şəxs xəstəxanada çıxıb getməsini demişdir. Lakin Şəxs ona qarşı narahat edici hərəkətləri davam etmişdir. 16 yanvar 2024-ci il tarixdə o, Biləsuvar rayon xəstəxanasında işdə olan zaman Şəxs xəstəxanaya gəlmiş, xəstəxanada terapevt həkim işləyən Elnarə həkimin yanına gedib onu onun otağına çağırtdırmaq istəmişdir. Xəstəxananın terapevti Elnarə həkim ona mobil telefonla zəng edib onun otağına gəlməsini və Şəxs onun otağında olmasını bildirmişdir.O, Elnarə həkimə Şəxs qovmasını demişdir. Elnarə həkim ona Şəxs otaqdan çıxmadığını demiş, o, Şəxs Elnarə həkimin otağından çıxartmaq üçün xəstəxanada mühafizəçi işləyən Rüstəm və Elvin adlı şəxslərə Elnarə həkimin otağında olan Şəxs çıxartmalarını xahiş etmişdir. Bundan sonra Elvin və İlkin adlı mühafizəçilər X11 həkimin otağından çıxardandan sonra Şəxs onunla xəstəxananın dəhlizində rastlaşmış, Şəxs onun üzrəinə yeriyərək onun qolundan tutaraq onu qaçrtmaq istədiyini demişdir. O, Şəxs onu narahat etməməsini və uzaqlaşmasını demişdir. Bundan sonra mühafizəçilər Elvin, Sakit və Kənan onu həyətə çıxartmişlar. 16 yanvar 2024-ci il tarixdə Şəxs xəstəxanada onun üzərinə hücum çəkib qolundan tutsa da onu vurmamışdır. O, onun xəstəxanada iş fəaliyətinə mane olmasına səbəb olmuşdur.Həmçinin Şəxs onu xəstəxanada nəlayiq ifadələrlə təhqir etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmişi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəxs 2-ci qrup əlil olmaqla 200 manat pensiya alır. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 100 (yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar