Məhkəmə qərarları › İş №3(022)-127/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-127/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-127/2025 22.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, bir il müddətində barəsində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Biləsuvar RPŞ-nın X3 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayonu Bağbanlar kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə əri Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu vurması və yerdə sürüməsi, alt dodağının selikli qişasında qansızma və əzilmiş səthi yara, alt çənə nahiyəsində sıyrıq, sağ diz oynağı nahiyəsində sıyrıq və qançır ilə nəticələnən, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdiyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X6 izahatında göstərmişdir ki, Biləsuvar rayonu Bağbanlar kəndində yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə əri Şəxs ilə aralarında baş vermiş mübahisə zamanı onu vurması və yerdə sürüməsi Zərərçəkmiş şəxs alt dodağının selikli qişasında qansızma və əzilmiş səthi yara, alt çənə nahiyəsində sıyrıq, sağ diz oynağı nahiyəsində sıyrıq və qançır ilə nəticələnən, lakin sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdiyini bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə işdən evə gəlmiş, az yaşlı uşaqları ilə bir neçə dəqiqə oynadıqdan sonra yaxınlıqda olan marketə siqaret almaq məqsədi ilə getmiş, geri qayıdanda həyət qapısının bağlı olmasını görmüş, qapını döymüş, həyat yoldaşı qapını gec açmış, evə daxil olanda həyat yoldaşına məxsus mobil telefonun üzü üstə olmasını və ekranın işığının yanmasını görmüş, telefonu götürüb baxanda ekranın işığı sönmüş və kilidə düşmüş, Rəvanə Axunzadəyə telefonun kilidini aç baxım demişdir. Rəvanə Axunzadə telefonun kilidini açmamış, telefonu A.Axunzadənin əlindən alaraq küçəyə qaçmışdır. A.Axunzadə onun dalınca qaçaraq küçədə tutmuş, Rəvanəni evə gətirmiş, Rəvanə Axunzadə yenidən küçəyə qaçmış, onu yenidən küçədə saxlayaraq evə gətirmiş, həmin vaxtı sol əli ilə Rəvanə Axunzadənin ağzından bir sillə vurmuş və Rəvanə Axunzadənin ağzı qanamışdır. Rəvanə Axunzadə evdə olan otaqlardan birinə keçmiş, təxminən 20 dəqiqədən sonra otağa baxanda Rəvanənin otaqda olmadığını, otağın pəncərəsindən çıxaraq qaçdığını bildirmişdir. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, barəsində şikayət etdiyi Şəxs Əli oğlu onun əridir. xx.xx.2024-cü il tarixində həyat yoldaşı Şəxs Əli oğlu işdən yaşadıqları evə gəlmiş, ona yuyunmasını bildirmişdir.Daha sonra Şəxs ondan mobil telefonunu istəmiş, özünə məxsus mobil telefona baxmaq üçün ona vermiş, lakin heç bir məlumat əldə edə bilmədikdə onunla mübahisə etmişdir. Şəxs onun saçından tutaraq evin içərisində sürümüş, əlində olan su stəkanını onun sol üz nahiyyəsinə vurmuş, sillə ilə başına yumruqla vurmuş, qarın nahiyyəsini və ağzı ilə alt dodağını dişləyərək ona xəsarət yetirmişdir. Onların mübahisəsi təxminən 15-20 dəqiqə çəkmiş, yanlarında başqa bir şəxs olmamışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2024-cü il tarixli 500 nömrəli Məhkəmə-Tibbi Ekspertiza və X5 publik hüquqi şəxsinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağı selikli qişasında qansızma və əzilmiş səthi yara, alt çənə nahiyyəsində sıyrıq, sağ diz oynağı nahiyyəsində sıyrıq və qançır müəyyən olunmuşdur. Müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 21 yanvar 2025-ci il tarixli AZA N 020105 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını, habelə törədilən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə nail olunmasına kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 21 yanvar 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar