Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1284/2023 26.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar rayon X3 X6 dövlət avtomobil müfəttişi X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxxx 1985-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, 2-ci dərəcəli əlil, Biləsuvar rayonu Nərimankənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs, 08 dekabr 2023-cü il tarixdə, saat 19:20 radələrində, Biləsuvar - Bəhrəmtəpə yolunun Biləsuvar rayonunun ərazisindən keçən 17-ci kilometrində, özünə məxsus malqaranı magistral yolda nəzarətsiz qoyması nəticəsində həmin heyvanlardan bir camış balası, Biləsuvar-Bəhrəmtəpə yolu ilə Biləsuvar istiqamətinə hərəkətdə olan “VAZ 21074” markalı 15 BZ 544 dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxaraq həmin avtomaşına dəymiş və nəticədə nəqliyyat vasitəsinin qabaq hissəsini əzildiyinə görə Şəxs tərəfindən ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Buna görə də Biləsuvar rayon X7 X6 Baş Dövlət avtomobil müfəttişi X2 tərəfindən 08 dekabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İntibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar rayon X3 X6 Dövlət Avtomobil müfəttişi X2 məhkəmədə bildirdi ki, Şəxs 08 dekabr 2023-cü il tarixdə, saat 19:20 radələrində, sutkanın qaranlıq vaxtı, Biləsuvar - Bəhrəmtəpə yolunun Biləsuvar rayonunun ərazisindən keçən 17-ci kilometrində, özünə məxsus mal-qaranı magistral yolda nəzarətsiz qoyması nəticəsində həmin heyvanlardan bir camış balası, Biləsuvar- Bəhrəmtəpə yolu ilə Biləsuvar istiqamətinə hərəkətdə olan “VAZ 21074” markalı 15 BZ 544 dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxaraq həmin avtomaşına dəymiş və nəqliyyat vasitəsinin qabaq hissəsini əzmiş, bununla da Şəxs tərəfindən Zərərçəkmiş şəxs maddi zərər vurulmuşdur. Buna görə də onun tərəfindən 08 dekabr 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, lakin inzibti xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, o, Biləsuvar rayonu Nərimankənd kəndində yaşayır. 2-ci dərəcəli əlil olduğuna görə heç yerdə işləmir və malqara saxlamaqla məşğuldur. 2023-cü ilin dekabr ayının əvvəllərində o, mal-qarasını örüşə apardığı vaxt ona məxsus bir camış balası sürüdən ayrılaraq qaçıb getmişdir. O, camış balasının itməsi barədə polisə ərizə verməmişdir. 08 dekabr 2023-cü il tarixdə, axşam vaxtı, Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar rayonu ərazindən keçən 17-ci kilometrində ona məxsus həmin camış balasının Biləsuvar-Bəhrəmtəpə yolu ilə hərəkətdə olan “VAZ 21074” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxaraq həmin avtomaşına dəydiyini öyrənmişdir. Həmin hadisə nəticəsində ona məxsus camış balası tələf olmuş, avtomobilə isə maddi zərər vurulmuşdur. Sonda Şəxs maddi vəziyyəti ağır olduğuna görə zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmədiyini, əlilliyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iş üzrə Zərərçəkmiş şəxs inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, 08 dekabr 2023-cü il tarixdə saat 19:20 radələrində özünə məxsus “VAZ 2107” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə-Biləsuvar istiqamətində hərəkətdə olarkən Biləsuvar rayonu Nərimankənd kəndi ərazinsində idarə etdiyi avtomobilin qarşısına bir çamış balası çıxmış və avtomobilin qabaq hissəsinə dəyməklə avtomaşına xeyli zərər vurmuşdur. Ona vurulmuş maddi zərər hal-hazıradək ona ödənilmədiyinə görə o, məhkəmədə mülki iddia qaldıracaqdır. Sonda S. E.Qarayev Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən səmimi peşman olmasını və ikinci dərəcə əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən halları, inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Eyni zamanda Zərərçəkmiş şəxs izah edilməlidir ki, vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mübahisə olarsa, həmin tələblə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Avtomobilinin əzilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1284/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1284/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver