Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1285/2023 15.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1984-cü il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmamış, Biləsuvar şəhəri, Babaək küçəsində yerləşən 2 nömrəli evdə qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(022)-30/2020 saylı icra sənədinə əsasən Şəxs 19 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat, yəni minimum aylıq əməkhaqqı məbləğinin 0,48 misli miqdarında, sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 15 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(022)-30/2020 saylı qətnaməsi ilə borclu Şəxs 19 yanvar 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 19 avqust 2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Həmin icra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, izahatı alınmışdır. Şəxs borcunu ödəmək təklif edilmiş, lakin borclu müxtəlif bəhanələrlə icra sənədini tam və vaxtında icra etməkdən yayınmışdır. Belə ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəmədiyinə görə onun barəsində 2 dəfə inzibati xəta haqqında protokol, o cümlədən sonuncu dəfə 19 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin həmin tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Lakin həmin tarixdən sonra da borclu aliment borcundan heç bir ödəniş etməmişdir. Belə ki, Şəxs 15 dekabr 2023-cü il tarixli izahatında maddi imkanın aşağı olduğunu və aliment borcunu ödəməyə maddi gücünün çatmadığını bildirmiş və kredit verilməsi ilə əlaqədar banka müraciət etdiyini, ona kredit veriləcəyi təqdirdə, tələbkara olan borcunu ödəyəcəyini bildirmişdir. Hazırda Şəxs tələbkara olan aliment borcu 6.000 manat təşkil edir. Borclu aliment ödəməkdən qəsdən yayınır və bu hal alimentin xeyrinə tutulması qət edilmiş tələbkarın və onun yetkinlik yaşına çatayan uşağının mənafinə ziddir. Buna görə də onun tərəfindən borclu barədə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə verilmişdir. Sonda, N.B.Bəhmənov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilərək, göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə ondan Zərərçəkmiş şəxs xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin onun maddi imkanı olmadığına görə o, aliment borcunu tam ödəyə bilməmişdir. Buna görə də onun barəsində icra məmuru tərəfindən 19 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin qərarı ilə isə o, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 20 gün müddətinə inzibati həbs inzibati qaydad həbs edilmişdir. O, bundan sonra da tələbkara olan borcunu ödəyə bilməmişdir. Belə ki, o, hazırda işsizdir və maddi imkanı aşağıdır, buna görə də tələbkara olan aliment borcunu ödəyə bilmir. Lakin o, banka ona kredit verilməsi məqsədi ilə müraciət etmişdir və ona kredit veriləcəyi təqdirdə tələbkara olan 6.000 manat məbləğində aliment borcunu tam şəkildə ödəyəcəkdir. O, hazırda törətdiyi əməldən peşmandır və ona kifayət qədər vaxt veriləcəyi təqdirdə tələbkara olan aliment borcunu ödəyəcəkdir. Sonda, Şəxs əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə borcludan onun xeyrinə hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilsə də, Şəxs aliment öhdəliyini icra etir. Buna görə də həmin şəxs barəsində 19 avqust 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin qərarı ilə isə həmin şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Lakin həmin vaxtdan sonra da Şəxs müxtəlif bəhanələr gətirərək, aliment borcunu ödəməmişdir. Hazırda həmin şəxsin ona 6.000 manat məbləğində borcu vardır. Sonda, N.N.Məmmədova borclu barədə ağır inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, icra sənədi üzrə tələbkarı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(022)-30/2020 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 21 fevral 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 3(022)-507/2022 tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, sonuncu barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törətdiyi əməldən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini, habelə Şəxsin hazırda da məhkəmə qətnaməsini icra etməməsini, habelə uzun müddət ərzində də sonuncunun icra sənədinin icrasını təmin etməməsini nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 15 dekabr 2023-cü il tarixdən, saat 16:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1285/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1285/2023
15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver