Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1287/2023 18.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X7 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1979-cu il tarixdə Lerik rayonu Lərmərud kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, “südçülük sovxozu” yaşayış massivində yerləşən nömrəsiz evdə yaşayan, barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(022)-246/2023 saylı icra sənədinə əsasən 12 dekabr 2014-cü il tarixdə anadan olmuş X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment Şəxs Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Borclu Şəxs eyni icra sənədinə münasibətdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh almasına baxmayaraq, inzibati tənbeh vermə haqqında həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində, təkrarən, Biləsuvar rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(022)-246/2023 saylı icra sənədində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və həmin icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən 18 dekabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(022)-246/2023 saylı icra sənədinə əsasən Şəxs X1 üçün hər ay 150 manat sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra sənədi icraata daxil olduğu müddət ərzində borclu dəfələrlə icra şöbəsinə dəvət edilmiş və sonuncuya borcunu ödəmək təklif edilmişdir. Lakin Şəxs müxtəlif bəhanələrlə tələbkara olan borcunu ödəməkdən yayınmışdır. Buna görə həmin şəxs barəsində onun tərəfindən 04 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin hakiminin həmin tarixli qərarı ilə sonuncu barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarı ilə Biləsuvar rayon Məhkəməsinin həmin qərarı dəyişdirilmiş və borclu barədə 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Lakin Şəxs ona tətbiq olunmuş tənbeh tədbirini çəkdikdən sonra da öz öhdəliklərini icra etməmişdir. Belə ki, həmin tarixdən indiyə qədər borclunun ünvana çoxsaylı bildiriş və xəbərdarlıqlar göndərilsə də, Şəxs tələbkara olan nəinki qalıq aliment borcunu ödəməmiş, hətta aylıq aliment ödənişlərini də həyata keçirməmişdir. Şəxs yalnız bu gün, barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyini bildiyinə görə, aliment borcundan cəmi 120 manat ödəniş etmişdir. Hazırda borclunun icra sənədi üzrə G.N.Niftullayevə 1.530 manat məbləğində aliment borcu yaranmışdır. Tələbkar isə borclunun borcunu tam şəkildə ödəməsini tələb edir. Rəsmi iş yeri və öz adına tələbin yönəldilməsinə yol verilən əmlakları olmasa da, Şəxs əmək fəaliyyəti ilə məşğul olub, qazanc əldə etməsinə baxmayaraq, borcunu tam ödəməməsinə görə Şəxs barəsində onun tərəfindən təkrarən inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Sonda, E.F.Nəsirov Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək, göstərdi ki, o, hazırda heç bir yerdə işləmir və tələbkara olan borcunu növbəti aydan qəbul ediləcəyi iş yeri üzrə alacağı əmək haqqı hesabına ödəyəcəyinə söz verir. Belə ki, Maddi imkanı olmadığına görə tələbkara borcunu ödəyə bilməmiş və onun barəsində icra məmuru tərəfindən 04 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və Biləsuvar rayon Məhkəməsinin hakiminin eyni tarixli qərarı ilə onun barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. X5 Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. O, inzibati həbsdən azad edildikdən sonra tələbkara olan borcundan cəmi 120 manat ödəyə bilmişdir. Sonda, Şəxs ona icra sənədinin icrasına şərait yaradılması üçün barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs oğlu izahatında göstərdi ki, borclu Şəxs hər dəfə müxtəlif vədlər verməklə, ona olan aliment borcunu ödəyəcəyinə söz versə də, məhkəmədən getdikdən sonra heç bir ödəniş həyata keçirmir. Buna görə də o, Şəxs barəsində inzibati həbs növündə inzibati xətanın tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, icra sənədi üzrə tələbkarı və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarından görünür ki, Biləsuvar rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2(022)-246/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən 16 mart 2023-cü il tarixli qərarla icraata başlanılmış, tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmiş, bu barədə borclu rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(022)- 827/2023 tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, sonuncu barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnizbati xəta haqqında iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 3(106)-337/2023 saylı qərarının surətindən görünür ki, Biləsuvar rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 3(022)-827/2023 tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmiş və Şəxs barəsində, əvvəli 06 oktyabr 2023-cü il, saat 16:50-dən hesablanmaqla, 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən isə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs əməlindən peşman olmasını və himayəsində 1 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Belə ki, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunması inzibati xətanın tərkib əlaməti olduğuna görə Azərbaycan Respublikası İXM-nin 33.3cü maddəsinə görə iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal hesab edilə bilməz. İnzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, uzun müddət ərzində də Şəxs icra sənədinin icrasını təmin etməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyimri) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 18 dekabr 2023-cü il tarixdən, saat 12:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1287/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1287/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver