Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1290/2023 27.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən Biləsuvar rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) X2 oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxx 1986-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, subay, fərdi əməklə məşqul olan, məhkumluğu olmayan, Biləsuvar rayonu Bağbanlar kəndində qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 19 dekabr 2023-cü il tarixdə ov üçün müvafiq lazımi icazə olmadan və qadağan edilmiş yerdə - Biləsuvar rayonunun “Nar bağı” adlı ərazisində özünə məxsus olan, qeydiyyata alınmış MR-155 markalı, 12 çaplı,********** nömrəli ov tüfəngi ilə iki ədəd “bəzgək” adlı çöl quşunu ovlamışdır. Buna görə də Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsinin sahə rəisi X1 tərəfindən 20 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilmiş xüsusatları təsdiq edərək göstərdi ki,”Nar bağı” adlı əraziyə yaxın yerlərdə əmisinin çöl sahələri vardır və həmin ərazilərə nəzarət etmək üçün oraya getmişdir. Orada olduğu zaman quşların uçduğunu görüb və özünə məxsus MR – 155 markalı ov tüfəngi ilə 2 ədəd “bəzgək” quşu ovlamışdır. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirdi, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alıram. Törətdiyi əməldən səmimi peşman olmasını Şəxs məsuliyyəti yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını, inzibati xətanın xarakterini və Şəxs şəxsiyyətini, onun təqsirlilik dərəcəsini və əmlak vəziyyətini, habelə iş üzrə yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs barəsində barəsində inzibati cərimə tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxsa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin işin halarını, silahın dövlət qeydiyyatına alınmasını və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 26.3-cü maddəsinin tələblərini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərini təmin etmək üçün inzibati xətanın törədilməsində alət olmuş ov tüfənginin müsadirə edilməsinə zərurət yoxdur və həmin ov tüfəngi Şəxs qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, inzibati xətanın törədilməsində alət olmuş müvafiq qeydə alınmış MR-155 markalı 12 çaplı, ********** nömrəli ov silahı qeydiyyatdadır. Həmçinin iş materiallarına əlavə edilmiş 19 dekabr 2023-cü il tarixli aktdan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bir ədəd MR-155 markalı 12 çaplı, ********** nömrəli ov silahı götürülərək Biləsuvar Rayon Polis Şöbəsində saxlanılmışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 6 (altı) ay müddətində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan 1(bir) ədəd MR-155 markalı 12 çaplı, ********** nömrəli ov silahı Şəxs qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar rayon Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar rayon Məhkəməsinin sədri Rəfayil Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1290/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1290/2023
27.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver