Məhkəmə qərarları › İş №3(022)-1295/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1295/2023

21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1295/2023 21.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X6 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, 27 iyul 1999-cu ildə Hacıqabul rayonu Nəvahı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Hacıqabul rayonu Nəvahı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq 0,312 qram çəkidə qurudulmuş marixuana növündə narkotik vasitəsini satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən 19 dekabr 2023-cü il tarixdə, saat 17:35 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist 5” kafesinin yaxınlında olarkən, polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, Biləsuvar rayon polis şöbəsində üzərinə keçirilmiş baxış zamanı həmin qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş S.X.Muradov göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X2 19 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı əsasında toplanmış material ilkin olaraq, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırılmış və bundan sonra həmin materialların araşdırılmasının davam etdirilməsi ona həvalə edilmişdir. Belə ki, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 27 iyul 1999-cu ildə Hacıqabul rayonu Nəvahı kəndində anadan olmuş Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 19 dekabr 2023-cü il tarixdə, saat 17:35 radələrində Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan təxminən 5 dəqiqə sonra Şəxs Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində yerləşən “Turist 5” kafesinin yaxınlığında saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırma zamanı toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə 20 dekabr 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edildiyindən, Şəxs barəsində həmin maddə ilə Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində inzibati icraat açılması məsələsinə baxılmasından ötrü toplanmış material üzrə qəbul edilmiş qərarın surəti Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir. Onun tərəfindən araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, tanışı X3 ilə birlikdə, sonuncunun idarə etdiyi “BMW” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağcabədi rayonudan Bakı şəhərinə geri qayıdan zaman Biləsuvar şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Polis əməkdaşları tərəfindən onların üzərinə baxış keçilmişir. Baxış keçirilməzdən əvvəl onlardan üzərlərində narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bu zaman o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuana qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. O, narkotik vasitə istifadəçisi deyil, lakin həmin narkotik vasitəni Hacıqabul rayonu Nəvahı kəndində heyvan otaran zaman yerdən tapmışdır. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs cavanlığını və törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İşin hallarını və Şəxs şəxsiyyətini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 20 dekabr 2023cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,312 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,312 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar