Məhkəmə qərarları › İş №3(022)-1297/2023

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-1297/2023

22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-1297/2023 22.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati materiala inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Biləsuvar RM-in 2(022)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs hər ay 100 AZN aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir”. Lakin tərəfimdən qeyd olunan inzibati xəta haqqında material üzrə işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolun düzgün tərtib olunmaması və tərtib edilmiş materialın natamam olması və işə baxılarkən onun tamamlanmasının mümkün olmaması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-cı maddəsinə görə ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsi həmin maddə ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. Lakin icra məmuru tərəfindən Şəxs tərəfindən ictimai işlər növündə cəzanın və ya inzibati tənbehin həyata keçiriləcəyi yerlərinin siyahısını və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı vaxtında müvafiq icra hakimiyyəti orqanına göndərilməməsinə, yaxud ictimai işlərin həyata keçiriləcəyi yerlərlə bağlı sorğulara vaxtında cavab verilməməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokola Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Biləsuvar rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli və 15 sentyabr 2023-cü il tarixli qərarlarının əlavə edilsə də, məhkəməyə daxil olmuş 22 dekabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs inzibati xəta haqqında qərarlar üzrə inzibati tənbehi çəkib qurtardıqdan sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə nəzərdə tutulmuş qaydada icra məmurunun hər hansı qanuni tələblərini icra etməməsinə dair məlumat göstərilməmiş və icra məmurunun borcluya hər hansı tələblər irəli sürməsi barədə heç bir sübut təqdim edilməmiş, inzibati xətanın mahiyyəti kimi yalnız Biləsuvar rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(022)- 49/2023 saylı icra sənədinin məzmunu qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işi digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq surətdə tərtib edilib-edilməməsi məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinin tələbinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyətli olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana və vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-cı maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş material natamam olduğuna və işə baxılarkən onun tamamlanması mümkün olmadığına görə həmin material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 geri qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrinə əsasən QƏRARA ALDİM: Biləsuvar rayonu Əsgərabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-1.1-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material onu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 geri qaytarılsın. Biləsuvar rayon Məhkəməsinin sədri R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar