Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1318/2023 29.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X5 oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxxx 1967-ci il tarixdə Biləsuvar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, müvəqqəti olaraq ünvan 2B saylı evin 15 saylı mənzilində yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq narkotik vasitə tiryəki satış məqsədi olmadan, şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Biləsuvar rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili X3 27 dekabr 2023-cü il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı əsasında toplanmış material ilkin olaraq, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırılmış və bundan sonra həmin materialların araşdırılmasının davam etdirilməsi ona həvalə edilmişdir. Belə ki, Biləsuvar rayon polis şöbəsinin təhqiqat bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx xxxxxxx 1967-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 27 dekabr 2023-cü il tarixdə, saat 18:20də Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar rayon polis şöbəsinə aparılmışdır. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibinin olması müəyyən edildiyinə görə onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Bakı şəhərində olduğu zaman yerdən tapdığı bükülünü açdığı zaman içərisində tanımadığı predmetin olması ona məlum olmuşdur. O, sonradan həmin maddənin narkotik vasitə tiryək olduğunu öyrənmişdir. O, şəkər xəstəsi olduğuna görə xroniki ağrılardan əziyyət çəkir və həmin ağrıları azaltmaq məqsədi ilə həmin narkotik vasitəni istehlak etmişdir. Lakin 27 dekabr 2023-cü il tarixdə Biləsuvar şəhərində polis əməkdaşları tərəfindən saxlanılmışlar. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və İİ dərəcəli əlil olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən edilməsi meyarlarının” 3.1.2-ci maddəsinə görə xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – orqanizmin funksiyalarının 61-80 faiz həddində pozulması müəyyən edilir. Buna görə də işin hallarını və Şəxs şəxsiyyətini, o cümlədən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq, hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 27 dekabr 2023cü il tarixdə, saat 18:20-də inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-1318/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1318/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver