Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-1319/2023 29.12.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X1 Bölməsinin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, bir il müddətində eyni maddə ilə nəzərdə tutulan inzibati xəta törətməmiş, Biləsuvar rayonunun Aşağı-Cürəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Şəxs 28 dekabr 2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X9 izahatında göstərmişdir ki, 28 dekabr 2023-cü il tarixdə Biləsuvar RPŞ-nin İƏQ-nin tərkibində olan zaman Biləsuvar RPŞ-nin təhqiqatçısı X7 rayonu Aşağı Cürəli kəndində yaşayan X3 ərizəsi əsasında həmin kənd sakini Şəxs izahatının alınması üçün istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlayarkən Şəxs mobil telefonda polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək RPŞ-nə gəlməkdən imtina etmişdir. Bu səbəbdən istintaq-əməliyyat qrupu üzvləri ilə vətəndaşın yaşadığı ünvana getmişlər. Həmin ünvanda Şəxs sərxoş vəziyyətdə yaşadıqları evin həyətində və küçədə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ucadan səs-küy salıb ictimai qaydanı kobud şəkildə pozmuşdur. Onlar Şəxs dəfələrlə nizam- intizama dəvət edib, onu sakitləşdirmək istəsək də o onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunzidd əməllərinə davam etmişdir. Dəfələrlə xəbərdar olunmasına baxmayaraq Şəxs tabesizlik etdiyi üçün onun barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər.Şəxs RPŞ-nin inzibati binasında da öz qanunazidd hərəkətlərinə davam edərək yenidən ucadan nəlayiq söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən digər polis əməkdaşlarının köməkliyi ilə onu Növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında X10 inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, 28 noyabr 2023-cü il tarixdə Biləsuvar rayon polis şöbəsinin təhqiqatçısı Mahsun Kərimov onun mobil telefonuna zəng edərək onu izahatının alınması üçün Biləsuvar RPŞ-yə dəvət etmişdir. O, sərxoş olduğu üçün RPŞ-nin əməkdaşlarının ünvanına nəlayiq ifadələr işlətməklə RPŞ-yə getməkdən imtina etmişdir.RPŞ-nin əməkdaşları onun ünvanına gələrək onu RPŞ-yə dəvət etmişlər, lakin bu zaman sərxoş və əsəbi olduğumdam onları təhqir etməklə RPŞ-yə getməkdən imtina etmiş, onu nizam intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Daha sonra onu polis şəbəsinə gətirərək növbtçi hissəyə təhvil vermişlər. Hazırda əməlimdən peşimandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, Biləsuvar RPŞ-nin İB-nin təhqiqatçı vəzifəsində işləyir. Biləsuvar rayonu Aşağı Cürəli kəndində yaşayan X3 ərizəsi əsasında həmin kənd sakini Şəxs izahatının alınması üçün istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Bu zaman vətəndaş Şəxs mobil telefonda polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək RPŞ-nə gəlməkdən imtina etmişdir. Bu səbəbdən istintaq-əməliyyat qrupu üzvləri ilə vətəndaşın yaşadığı ünvana getmişlər. Şəxs sərxoş vəziyyətdə yaşadıqları evin həyətində və küçədə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ucadan səs-küy salıb ictimai qaydanı kobud şəkildə pozmuşdur. Onlar Şəxs dəfələrlə nizam intizama dəvət edib, onu sakitləşdirmək istəsələr də də o onların qanuni tələbləriminə qəsdən tabe olmayaraq öz qanunzidd əməllərini davam etdirmişdir. Dəfələrlə xəbərdar olunmasına baxmayaraq Şəxs tabesizlik etdiyi üçün onun barəsində qanuni tədbir görülməsi üçün RPŞ-nə gətirmişlər. Şəxs RPŞ-nin inzibati binasında da öz qanunazidd hərəkətlərinə davam edərək yenidən ucadan nəlayiq söyüşlər söyməyə başlamışdır. Bu səbəbdən digər polis əməkdaşlarının köməkliyi ilə onu Növbətçi hissəyə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, X5 barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və X5 şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, X10 barəsində İXMin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 29 dekabr 2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X11
Məhkəmə qərarları › İş №3(022)-1319/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-1319/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver