Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-145/2025 06.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, Rəhimli Azad Elşad oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində: - 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, - 29 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23860530 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat, - 20 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24257876 saylı inzibati tənbeh vermə haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 50 manat məbləğlərində inzibati cərimələr tətbiq edilmişdir, Şəxs yuxarıda göstərilən həmin elektron qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyinə görə onun barəsində Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən 21 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə İXP seriyalı, 6836224, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq məhkəmə inzibati xəta haqqında materiala tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş: Nəqliyyat vasitəsinin saxlanılması barədə 08 yanvar və 10 yanvar 2025-ci il tarixli qərarların çıxarışlarından görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 96.1.6-cı maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarların qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə Şəxs məxsus “Mersedes Benz” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saxlanılması və Baş Dövlət Yol Polis İdarəsinin mühafizə olunan duracağına yerləşdirilməsi barədə qərarlar qəbul edilmişdir. İnzibati xəta haqqında İXP seriyalı, 6836224, ******* və ******* nömrəli protokollardan görünür ki, Şəxs tərəfindən inzibati xətaya görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı, 29 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23860530 saylı və 20 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24257876 saylı elektron qərarlar qanuni qüvvəyə mindikləri gündən 3 ay müddətində icra etməmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı elektron qərardan görünür ki, Şəxs tərəfindən 22 sentyabr 2024-cü il tarixdə, saat 14:54 radələrində “Mersedes Benz” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş qaydada və müddətdə illik texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat, 29 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23860530 saylı elektron qərardan görünür ki, Şəxs 29 sentyabr 2024-cü il tarixdə, saat 00:32 radələrində “Mersedes Benz” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş qaydada və müddətdə illik texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat, və 20 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24257876 saylı elektron qərardan görünür ki, Şəxs 20 oktyabr 2024-cü il tarixdə, saat 07:54 radələrində “Mersedes Benz” minik markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qanunla müəyyən edilmiş qaydada və müddətdə illik texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəticədə onun barəsində 50 manat məbləğlərində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. “AsanPay” ödəniş portalından çıxarışdan görünür ki, hazırda Şəxs tərəfindən 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı və 20 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24257876 saylı inzibati xəta haqqında qərar üzrə müəyyən edilmiş məbləğ dövlət büdcəsinə ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 109.2-ci maddəsinin tələbinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir; 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 529-cu maddəsinin qeydinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-ci maddəsi ilə tövsif olunmuşdur, inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə Şəxs barəsində çıxarılmış və qanuni qüvvəyə minmiş 29 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23860530 saylı inzibati xəta haqqında işlər üzrə müvafiq elektron qərar hazıradək icra edilmədiyinə görə həmin şəxsin inzibati məsuliyyətdən azad edilməsinə əsaslar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Həmçinin, məhkəmə hesab edir ki, hazırda Şəxs tərəfindən 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı və 20 oktyabr 2024-cü il tarixli, EQ seriyalı 24257876 saylı inzibati tənbeh qismində ona təyin edilmiş məbləği tam ödədiyi üçün inzibati məsuliyyətdən azad edilməli və iş üzrə icraata həmin protokollar üzrə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs 04 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23385582 saylı və 20 oktyabr 2024cü il tarixli, EQ seriyalı 24257876 saylı inzibati tənbeh vermə haqqında qərarlar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətdən azad edilsin və barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs 29 sentyabr 2024-cü il tarixli, EQ seriyalı 23860530 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-145/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-145/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver