Məhkəmə qərarları › İş №3(022)-15/2024

Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-15/2024

08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-15/2024 08.01.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, X4 barəsində Azərbaycan Respublikası DİN X10 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 12 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X7 Azərbaycan Respublikası DİN X10 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 12 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 Rayon Məhkəməsinə elektron ərizə verərək, Azərbaycan Respublikası DİN X10 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında 12 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. X4 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlirəm ki, şikayət baxılmadan X5 qaytarılmalıdır. Eyni zamanda, X4 diqqətinə çatdırılmalıdır ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X4 barəsində Azərbaycan Respublikası DİN X10 İdarəsi (DYPİ) tərəfindən qəbul edilmiş İnzibati xəta haqqında 12 noyabr 2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsinə dair şikayət baxılmadan X5 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar