Məhkəmə qərarları › İş №3(022)-153/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-153/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-153/2025 07.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, şikayət vermiş şəxs X5 iştirakı ilə, 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən tərtib edilmiş 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı qərardan X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh tədbirinin verilməsinə dair MN №1786381 saylı qərarın qanunsuz, ədalətsiz və əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir. X10 şikayətini onunla əsaslandırmışdır ki, 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 adlı şəxs 11 dekabr 2024-cü il tarixdə ona Azərbaycan Respublikası İXM-nin 234.05 və 253.4-cü maddəsi ilə nəzərdə tutulmuş MN ******* nömrəli və yenə 11 dekabr 2024-cü il tarixdə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan MN № ******* nömrəli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında MN № ******* nömrəli qərar tərtib etmişdir. 3 X8 və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi inzibati tənbeh vermə haqqında MN №1786381 nömrəli qərarını qanunsuz və əsassız hesab edir. Belə ki, 11 dekabr 2024-cü il tarixdə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan MN № ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri Biləsuvar rayon məhkəməsinə göndərmiş, Biləsuvar rayon məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 3(022)-1179/2024 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. 3 X8 və Təbii Sərvətlər İdarəsi bir gün ərzində, yəni 11 dekabr 2024-cü il tarixdə MN ******* nömrəli və yenə 11 dekabr 2024cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokollara dair inzibati tənbeh vermə haqqında qərarlar qəbul etmiş, 11 dekabr 2024-cü il tarixdə İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan MN № ******* nömrəli inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri Biləsuvar rayon məhkəməsinə göndərmiş, digərini isə sonraya saxlamışdır. Müharibə veteranıdır, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarda və inzibati tənbeh vermə haqqında qərarlarda onun vəzifəli şəxs olması qeyd olunmuşdur. Lakin, o, vəzifəli şəxs deyildir. Bundan əlavə, tərtib olunmuş inzibati tənbeh vermə haqqında MN № ******* saylı qərarda “Biləsuvar ş.H.Əliyev küçəsində yerləşən “Ay İşığı” şadlıq evinin ərazisində çinar ağaclarının zədələnməsi və orada formalaşan tullantıların qalaqlanaraq yandırılması, nəticədə X10 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234.05 və 253.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi” göstərilmişdir. Bu tamamilə əsassız bir ittihamdır. Biləsuvar ş.H.Əliyev prospektində yerləşən “Ay İşığı” şadlıq evinin həyətində müxtəlif növ ağacları o, əkmiş və onların hər birinə ayrı-ayrılıqda qulluq göstərir. Ağacların sağlam böyüməsi üçün vaxtı- vaxtında onların normal inkişafı üçün lazım olan qidalandırıcı vasitələrdən də istifadə edir. Bu isə şadlıq evinin həyətində təbiət mənzərəsinin gözəlləşdirilməsi və oraya gələn qonaqların zövqünü oxşamaq üçün yaradılmış bir şəraitdir. Şadlıq evinin həyətində hər hansı bir tullantıların yandırılması şadlıq evinin içərisidə və həyətində olan otaqların tüstü və ya his ilə dolması və bunun da qonaqların normal istirahətinə mane olacaq deyə belə bir hal heç vaxt baş verə bilməz. Göründüyü kimi onun iştirakı olmadan inzibati protokolu tərtib etmiş vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələblərini kobud şəkildə pozmuş, protokola dair izahatı alınmamış, protokolda müvafiq qeyd aparılmamış, protokolun surətini sonradan çətinliklə almışdır, protokolun məzmunu barədə heç bir məlumatı olmamış, protokol ona təqdim olunmadığına görə protokolu imzalamamışdır.Göründüyü kimi inzibati xəta hadisəsi olmadığı halda qərəzli olaraq barəsində əsassız və qanunsuz olaraq inzibati protokol tərtib olunmuş və buna dair inzibati tənbeh vermə haqqında MN №1786381 saylı qərar qəbul edilmişdir. Odur ki, 3 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X6 tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh tədbirinin verilməsinə dair MN № ******* saylı qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 şikayətin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərardan X10 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, X10 izahatında “Biləsuvar ş.H.Əliyev küçəsində yerləşən “Ay İşığı” şadlıq evinin ona məxsus olduğunu, həmin şadlıq evinin həyətində ağacların onun tərəfindən əkildiyini, orada əkilən ağacların kəsilərək ərazinin səliqəli şəkilə saılnmasının onun tərəfindən icra edildiyini, 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən həmin işlərin görülməsinin qadağan edilməsi ilə bağlı ona hər hansı bir xəbərdarlığın edilmədiyini, tullantıların yandırılmasına gəlincə isə həmin tullantıların “Ay İşığı” şadlıq sarayının ərazisində deyil, ərazidən kənarda icra edildiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə baxış zamanı X10 fotoşəkillərdə göstərilən ərazinin ona məxsus “Biləsuvar ş.H.Əliyev küçəsində yerləşən “Ay İşığı” şadlıq evinə aid olduğunu bildirmişdir. İş materiallarında olan 25 dekabr 2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 barəsində İXM-nin 234.05-ci maddəsi ilə 2500 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı X5 izahatı və iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən X10 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 dekabr 2024-cü il tarixli MN № ******* saylı qərarın qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqzidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 dekabr 2024-cü il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı m: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X8 və Təbii Sərvətlər idarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 25 dekabr 2024cü il tarixli MN № ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar