Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-155/2025 04.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X9 məhkəmə-iclas katibliyi, şikayət vermiş şəxs X5, protokol tərtib etmiş şəxs Biləsuvar Rayon Polis X13 Xidmətinin polis kapitanı X6 iştirakı ilə, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X6 TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X10 tərəfindən X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis İdarəsinin yol patrul xidməti tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsi barədə şikayət Biləsuvar Rayon Məhkəməsinin icraatına qəbul edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 rayon Yol Patrul Xidməti baş inspektor polis kapitanı X2 rayonu, Əsgərabad kəndindən Təyyarə meydanı küçəsi ilə hərəkətdə olan zaman 25 yanvar 2025-ci il tarixdə əsassız olaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Belə ki, o sözügedən ərazidə yol hərəkət qaydalarına riayət edərək hərəkətdə olan zaman qarşıdan gedən avtomobili ötdüyü üçün barəsində tərtib edilmiş 25 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və ədalətsiz hesab edir. Məhkəmə iclasında: Məhkəmə iclasında çıxış edən inzibati qərardan şikayət verən X7 bildirdi ki, 25 yanvar 2025-ci il tarixdə Biləsuvar rayon, Əsgərabad kəndindən Təyyarə meydanı küçəsi ilə hərəkət edərkən mal bazarı ilə Gübrə anbarı aralığında ötmə əməliyyatı etmiş, qarşıda X15 Polis əməkdaşları “Ay işığı” restoranının yanında işarə edərək ona saxla əmri vermişdilər. Avtomobili saxladıqdan sonra Yol Patrul Xidməti avtomobilindən düşən yol polisi inspektoru Orxan ona yaxınlaşdı və saxlama səbəbini deyərək, sənədlərini istədi. Ona ötmə əməliyyatı edərkən qaydanı pozduğunu dedilər. Halbuki, həmin ərazidə yolun gediş-gəlişin ayıran xətt nə də ötmə qadağandır nişanı, nədə yolun gediş-gəlişini ayıran xətt yoxdur. Mənim inzibati pozuntunu etdiyimi tam sübut etmədən, inspektor görüntülər olmadan mənə İXP ******* (TP7002634 qərar) saylı inzibati protokol tərtib etdi. Hesab edirəm ki, X15 Polis Bölməsi 25 yanvar 2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəmdə TP7002634 saylı qərarla 100 manat cərimə, 3 cərimə balı yolun həmin hissəsində nişan və yolayrıcı xətt olmadığından yazıldığı üçün ədalətsizdir və ləğv edilməlidir. Məhkəmə iclasında çıxış edən inzibati protokolu tərtib etmiş şəxs Biləsuvar Rayon Polis X13 Xidmətinin polis kapitanı X10 bildirdi ki, həmin ərazi yaşayış məntəqəsi hesab olunduğu üçün sürət həddi həmin ərazidə 50 km/saatdır. Həmçinin yolda düz xətt mövcuddur. Bu da həmin yolda ötmə əməliyyatı qadağandır deməkdir, həmçinin həmin ərazidə ötmək qadağandır işarəsi vardır. X3 ötmə əməliyyatını həyata keçirərkən əks istiqamətə çıxaraq inzibati xəta törətmişdir. Məhkəmədən qərarın qüvvədə qalmasını xahiş edirəm. Məhkəmə icalsında sədrlik edən tərəfindən verilmiş suallara cavab olaraq X7 bildirdi ki, həmin ərazisə surət həddinin 50 km/saat olduöunu bilirdi və həmin surət həddini aşmamışdır. Həmçinin, M.Ə.Əliyev yolda düz xəttin mövcud olduğunu görmədiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 25 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, X7 Azərbaycan Resppublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin şifahi verilmiş sorğusuna əsasən Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X10 tərəfindən 25 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qəbul olunmasına və müvafiq protokolun tərtib olunmasına əsas olan videogörüntüləri sübut qismində məhkəməyə təqdim olunaraq iş materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərdən görünür ki, həqiqətən də X7 25 yanvar 2025-ci il tarixdə Biləsuvar rayonu, Əsgərabad kəndindən Təyyarə meydanı küçəsi ilə hərəkətdə olan zaman idarə etdiyi “VAZ 21015 minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə ötmə əməliyyatını həyata keçirən zaman əks istiiqamətə çıxaraq inzibati xəta törətmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış zamanı aydın olur ki, şikayətçi X7 hərəkətdə olan zaman qabağındakı hərəkət olan avtomobili ötərkən yolda quraşdırılmış ötmək qadağandır işarəsinə məhəl qoymayaraq, düz xətti keçərək inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır; 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Qanununun: İ bəndinə əsasən ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki: 1) girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; 2) eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; 3) qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir. İV. Hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. V. Ötmə: 1) nizamlanan yolayrıclarında — əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə); 2) piyada keçidlərində — piyadalar olduqda; 3) dəmiryol keçidlərində və onlara 100 metrdən az qaldıqda; 4) ötən və ya yanından keçən nəqliyyat vasitəsini; 5) yoxuşun axırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində — əks istiqamətli hərəkət zolağına çıxmaqla; 6) tunellərdə qadağandır. İşə baxan məhkəmənin mövqeyi: Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə toplanmış sübutlara hərtərəfli, tam və obyektiv qiymət verərək, eləcə də iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də X7 “VAZ 21015 Minik” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olan zaman qarşı tərəfdə hərəkət olan avtomobili ötərkən yolda quraşdırılmış ötmək qadağandır işarəsinə məhəl qoymayaraq, düz xətti keçərək, bununla da qanunvericiliyin tələbini kobud qaydada pozmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, X5 şikayət ərizəsində müvafiq qərar tərtib edilərkən çəkilmiş video görüntülərə əsasən onun təqsirli olduğu qeyd edilsə də, həmin görüntülərdə M.Ə.Əliyevin öz təqsirini etiraf etməməsi və məsuliyyətdən yayınmaq cəhdləri (yol nişanını görməmək) məhkəmə araşdırması zamanı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X10 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli qərar qanunvericiliyin tələblərinə uyğundur və X5 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X7 tərəfindən verilmiş qərardan şikayət təmin edilməməli, Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X10 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında” TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddələrini rəhbər tutub, məhkəmə, QƏRARA ALDI: X7 tərəfindən verilmiş şikayət təmin edilməsin. Biləsuvar rayonu yol patrul xidməti baş inspektoru polis kapitanı X10 tərəfindən X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP seriyalı ******* nömrəli, 25 yanvar 2025-ci il tarixli qərar qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-155/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-155/2025
04.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver