Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-160/2025 12.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X7 məhkəmə-iclas katibliyi, inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş –sahə müfəttişi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1989-cu il tarixdə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunumş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 09 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkının Mahmudçala adlanan ərazisində qanunsuz ov edərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində sahə müfəttişi X5 tərəfindən 10 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında iştirak etmiş: Sahə müfəttişi X4 qeyd etmişdir ki, Şəxs 09 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkının Mahmudçala adlanan ərazisində qanunsuz ov edərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində tərəfindən 10 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunaraq aidiyyatı üzrə baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq R.T.Həsənov inzibati xəta törətmiş şəxs barəsində hansı qərarın qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, inzibati xətanın törədilməsində özünü təqsirli bilir. Hadisə qeyd edildiyi kimi olmuşdur. Əməlindən peşmandır. Əvvəllər inzibati xəta törətməyə görə məsuliyyətə cəlb edilməyib. Məhkəmədən nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər: 09 yanvar 2025-ci il tarixində Şirvan Milli Parkının Mahmudçala ovçuluq təsərrüfatında Azərbaycan Respublikası “Ovçuluq” haqqında, “Ətraf mühitin mühafizəsi haqqında” və Ekoloji təhlükəsizlik haqqında”, “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” Qanunları yoxlanılarkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsini pozduğuna görə Biləsuvar rayonu Xırmandalı kəndində yaşayan Şəxs qanunamüvafiq olaraq 09 yanvar 2025-ci il tarixli AA 003141 nömrəli Akt və 10 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmişdir. 10 yanvar 2025-ci il tarixli MN № ******* saylı protokola əsasən Şəxs 09 yanvar 2025ci il tarixdə Şirvan Milli Parkının Mahmudçala adlanan ərazisində qanunsuz ov edərkən saxlanılmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.2-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs 09 avqust 2024-cü il tarixli izahatından görünür ki, 09 avqust 2024-cü il tarixdə Şirvan Milli Parkının Mahmudaçala adlanan ərazisində ov edib qayıdarkən təsərrüfat işçiləri saxladılar. Ov mövsümünün bağlı olduğunu bilmirdim. 5 müxtəlif adda tanımadığım çöl quşunu vurmuşam. Əşyaların və sənədlərin götürülməsi haqqında 09 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs “Webleyseott” markalı, üstüstdə modeli, OB 0083 nömrəli, 16 (on altı) ədəd dolu ov tüfəngi götürülmüşdür. Ov tüfəngi müsadirə edilərkən çəkimiş fotoşəkillər sənədlərə əlavə olunmuşdur. Təbiətə vurulmuş zərərə görə ödəniş cədvəlindən görünür ki, 4(dörd) baş fitçi ördək(cürə)-hər bir baş üçün 5.5 manat, cəmi: 22 (iyirmi iki manat), 1 (bir) baş sultan quşuhər bir baş üçün 330 manat, cəmi: 330 (üç yüz otuz) manat, cəmi dəymiş ziyan 352 manat olmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəszliyi Agentliyi X1 3-44-13/2-029/2025 saylı, 10 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, sözügedən quşlara baxış keçirilən zaman quşların ov aləti ilə ovlanması aşkar edilmişdir. Quşlarda- 4 ədəd fitçi ördək və 1 ədəd sultan quşunda qansızlaşdırma aparılmadığı üçün insan istehlakına yararsız hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 272.1-ci maddəsinə əsasən balıq və digər su bioresurslarının mühafizəsi qaydalarının pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə yeddi yüz manatdan min yeddi yüz manatadək məbləğdə cərimə edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-ci maddəsinə əsasən məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş həddə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-160/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-160/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver