Məhkəmə qərarları › İş №3(022)-175/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-175/2024

11.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-175/2024 11.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Biləsuvar rayonu Çaylı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Biləsuvar şəhər H.Əliyev prospektində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda DYPB-nin YPX inspektoru polis baş serjantı Əhməd Məmmədzadə xidmətdə olarkən PMK dairəsi adlanan ərazidə dövlət qeydiyyat nişanı olmayan “İJ planet-5” markalı motoskletin hərəkət etməsini görüb, sürücüyə tərəfindən sayrışan işıq və səs siqnalı vasitəsi ilə saxla işarəsi vermiş, bu zaman polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Biləsuvar şəhər H.Əliyev prospektində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda DYPB-nin YPX inspektoru polis baş serjantı Əhməd Məmmədzadə xidmətdə olarkən PMK dairəsi adlanan ərazidə dövlət qeydiyyat nişanı olmayan “İJ planet-5” markalı motoskletin hərəkət etməsini görüb, sürücüyə sayrışan işıq və səs siqnalı vasitəsi ilə saxla işarəsi vermiş, lakin o polisin qanuni tələbinə məhəl qoymayaraq onlardan uzaqlaşmaqa çalışıb motoskleti əsl yoldan çıxararaq əkin sahələrinə tərəf sürmuş və orada saxlayıb düşüb qaçmağa başlamışdır. Həmin vaxt PPXB-nin əməkdaşlarının köməkliyi ilə polis serjantı Teymur Rüstəmli, polis serjantı Kənan Qubadlı, polis serjantı Aqil Həsənli, polis serjantı Mahir Abızadə tərəfindən saxlanılmışdır. Lakin sürücü həmin əməkdaşların ünvanına nalayiq küçə söyüşləri işlədib onu buraxmalarını tələb etmiş, dəfələrlə sürücünü nizam-intizama dəvət etsələr də, o, polisin qanunu tələbinə tabe olmadığı üçün sürücü RPŞ-yə gətirilib NH-yə təhvil verilmiş, məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayonu Çaylı kənd sakini Şəxsdur. Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Biləsuvar şəhər H.Əliyev prospektində PMK dairəsi adlanan ərazidə dövlət qeydiyyat nişanı olmayan “İJ planet-5” markalı motoskletlə hərəkət etmişdir, bu zaman həmin ərazidə xidmətdə olan polis əməkdaşları ona sayrışan işıq və səs siqnalı vasitəsi ilə saxla işarəsi vermişlər. Lakin o polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq onlardan uzaqlaşmaqa çalışıb motoskleti əsl yoldan çıxararaq əkin sahələrinə tərəf sürmüş və orada saxlayıb düşüb qaçmağa başlamışdır. Bu vaxt PPXB-nin əməkdaşlarının köməkliyi ilə saxlanılmışdır, lakin polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də, o, polisin qanunu tələbinə tabe olmamış, onların ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon PŞ-nın DYPB-nin YPX inspektoru X7 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 13:15 radələrində Biləsuvar şəhər H.Əliyev prospektində **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda DYPB-nin YPX inspektoru polis baş serjantı Əhməd Məmmədzadə xidmətdə olarkən PMK dairəsi adlanan ərazidə dövlət qeydiyyat nişanı olmayan “İJ planet-5” markalı motoskletin hərəkət etməsini görüb, sürücüyə sayrışan işıq və səs siqnalı vasitəsi ilə saxla işarəsi vermiş, lakin o polisin qanuni tələbinə məhəl qoymayaraq onlardan uzaqlaşmaqa çalışıb motoskleti əsl yoldan çıxararaq əkin sahələrinə tərəf sürmuş və orada saxlayıb düşüb qaçmağa başlamışdır. Həmin vaxt PPXB-nin əməkdaşlarının köməkliyi ilə polis serjantı Teymur Rüstəmli, polis serjantı Kənan Qubadlı, polis serjantı Aqil Həsənli, polis serjantı Mahir Abızadə tərəfindən saxlanılmışdır. Lakin sürücü həmin əməkdaşların ünvanına nalayiq küçə söyüşləri işlədib onu buraxmalarını tələb etmiş, dəfələrlə sürücünü nizamintizama dəvət etsələr də, o, polisin qanunu tələbinə tabe olmadığı üçün sürücü RPŞ-yə gətirilib NH-yə təhvil verilmişlər. Daha sonra onlara məlum olmuşdur ki, həmin şəxs Biləsuvar rayonu Çaylı kənd sakini Şəxsdur. Biləsuvar rayon PŞ-nın DYPB-nin YPX inspektoru polis baş serjantı X4 şahid X7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İşdə olan 10 fevral 2024-cü il tarixli AZA N 020126 saylı inzibati qaydada tutma haqqında protokola əsasən Şəxs 10 fevral 2024-cü il tarixdə saat 16:50-də inzibati qaydada tutulmuş və 11 fevral 2024-cü il tarixdə azad edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati xəta haqqında iş materiallarından görünür ki, Şəxs barədə 10 fevral 2024cü il tarixdə inzibati qaydada tutma tətbiq edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar