Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-176/2023 28.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) Ağazadə Qoşqar Kamal oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 1982-ci ildə Ermənistan Respublikası, Masis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, boşanmış, himayəsində 1 uşağı olan, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Nərimanov küçəsində yerləşən 38A saylı evdə qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 1,841 qram olan bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və tanışı X2 idarə etdiyi “Toyota Corolla” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar rayonuna gələrək, üzərində daşıyarkən 06 dekabr 2022-ci il tarixdə, saat 22:05 radələrində Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən «İdrak» marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, Biləsuvar Rayon Polis Şöbəsində üzərinə keçirilmiş baxış zamanı həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş R.B.Kazımzadə göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. 06 dekabr 2022-ci il tarixdə Bakı şəhər sakini X2 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Şəxs Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən «İdrak» marketin yaxınlığında, tanışı X3 ilə birlikdə, sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən saxlanılmış, Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış, orada video çəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar olunmuşdur. Toplanmış məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin təhqiqatçısı X5 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, Bakı şəhərində yaşayır. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir müddət əvvəl, Bakı şəhərində tanımadığı şəxsdən özü üçün qurudulmuş marixuana almış və həmin maddəni şəxsi istehlakı məqsədilə üzərində daşımışdır. 06 dekabr 2022-ci il tarixdə o, tanışı X3 ilə birlikdə, sonuncunun idarə etdiyi “Toyota Corolla” markalı, ** EX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Biləsuvar şəhərinə gəlmişdir. 06 dekabr 2022-ci il tarixdə, saat 22:05 radələrində o, Biləsuvar rayonu ərazisində olarkən mülki geyimli polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Biləsuvar Rayon Polis Şöbəsinə dəvət etmişlər. Biləsuvar Rayon Polis Şöbəsində videoçəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Bu zaman o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İşdə olan məhkəmə-bioloji ekspertizasının 07 dekabr 2022-ci il tarixli, 19/12444 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 1,841 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata 0,02 qram sərf olunmuş, qalıq – 1,821 qram qalmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxsun törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 1 uşağın olmasını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 1,821 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilməlidir. Habelə məhkəmə hesab edir ki, Şəxs barəsində 27 yanvar 2023-cü il, saat 21:30dən inzibati tutma tətbiq edildiyinə görə inzibati həbsin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 40 (qırx) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs müddətinin əvvəli 27 yanvar 2023-cü il tarixdən saat 21:30-dan hesablansın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 1,821 qram olan narkotik vasitə - qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-176/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-176/2023
28.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver