Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-177/2024 07.03.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə Ünvanı Tərtər rayonu Bala Kənkərli hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 483-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalan”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.Elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan “Malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatçıların müvəkkil banklarda olan hesablarına köçürülməmiş, pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən qoşmada göstərilən bəyannamələr üzrə ümumilikdə 10.250,00 (on min iki yüz əlli) ABŞ dolları məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin ünvanına qalıq vəsaitin «köçürülməsinin təmin edilməsi, əks təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin və ya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəyinə dair bildiriş göndərilmiş, lakin vəsaitin köçürülməsinə dair indiyədək hüquqi iəxs tərəfindən heç bir məlumat verilməmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar olaraq Gömrük Xidmətinin İdarəetmə Sistemi informasiya resursuna baxış keçirərək "xxxx" MMC-nin ünvanının “ünvan 1qədar Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhgigat şöbəsində xx.xx.2023-cü il tarixdə "xxxx" MMC barəsində 01200-00039/24 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsinin sorğu-sual edilməsi və barəsində inzibati xəta haqqında protokolun tərtib olunması üçün Biləsuvar Gömrük İdarəsinə dəvət olunmuşdur. Lakin, MMC tərəfindən məktubda göstərilənlərə əməl edilməmişdir. Belə ki, baxış zamanı Dövlət Gömrük Komitəsi gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarəetmə sisteminin “Əməkdaşlıq” bölməsinin “X5 məzənnəsi” alt bölməsindəki Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqpozmanın aşkar edildiyi tarixə, yəni 30.12,2023-cü il tarixinə xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülleteni”ndə göstərilmiş 1 ABŞ dollarının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin 1,70 manat olması müəyyən edilmişdir. Odur ki, 1 ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsinin 1,70 manat olmasını əzərə alsaq, hüquqpozma predmeti olan 10.250,00 (on min iki yüz əlli) ABŞ dollarının 17.425,00 (on yeddi min dörd yüz iyirmi beş) manat təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə "Arzu 2022” MMC tərəfindən **********8494 sorğu nömrəli bəyannamə üzrə ümumilikdə miqdarı 17.425,00 (on yeddi min dörd yüz iyirmi beş) manat təşkil edən xarici valyuta vəsaitləri ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməmişdir. Qeyd olunan faktla bağlı 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə 01200-00039/24 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx"MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında qəbul edilmiş qərarla razı olmadığını bildirdi. Protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, nümayəndələrini göndərməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də, məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsində təqisiri sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdir. İş materiallarında olan ümumilikdə hazırda qalıq borc 10.250,00 (on min iki yüz əlli) ABŞ dollarının 17.425,00 (on yeddi min dörd yüz iyirmi beş) manat məbləğində təşkil edir. İşin müəyyən edilmiş hallarından görünür ki, 3175,67 ABŞ dolları xarici valyuta vəsaitləri ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülmüş, hazırda qalıq borc 5406,22 ABŞ dolları təşkil edir. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə "xxxx" MMC tərəfindən İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, "xxxx" MMC-nin barəsində İXM-in 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, ”Arzu- 2022” MMC-nin barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 5406,22 ABŞ dolları dəyərinin otuz faizi məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(022)-177/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-177/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver