Məhkəmə qərarları › İş №3(022)-177/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-177/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-177/2025 04.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X9, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X10 nümayəndəsi vəkil Nümayəndə1, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X10 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 nömrəli qərarından X18 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati materialın icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 nümayəndəsi vəkil Nümayəndə1 göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı guya törətdiyinə görə X18 barəsində 1000 (bir min) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin qərar qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, qərar ləğv edilməklə inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, X8 xx.xx.2021-ci il tarixdə keçmiş X12 İdarəsində texnik-mexanik vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 001/F nömrəli əmrinə əsasən X24 Xidməti Pubik Hüquqi Şəxsin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən onun tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşəcəyindən və AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış .əmək müqaviləsinin 4 təqdim həftəsindən sora ləğv ediləcəyi barədə ona imza etdirilməklə bildiriş verilmişdir. 4 təqvim həftəsi xx.xx.2024-cü il tarixdə bitmiş və həmin tarixli 13-k saylı əmirə əsasən bağlanmış əmək müqaviləsinə xitam verilmiş və ona həmin əmrlə orta aylıq əmək haqqının 1,4 misli miqdarında müavinət verilmişdir. Əmək qanunvericiliyinin tələblərinə müvafiq olaraq o, həftədə bir gün əmək haqqı ödənilməklə əmək funksiyalarının icrasından azad olunmuşdur. Qeyd olunanlardan da göründüyü kimi tərəfindən AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta pozuntusuna yol verilməmişdir. Bundan başqa, AR İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati təhbeh inzibati xətanın törədildiyi gündən ən geçi üç ay keçənədək verilə biləri " Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, Əliheydər Xanışovla əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müfəttişİiyf məhz həmin gündən Ə.Xanışovun əmək hüquqlarının pozulmasını iddia edir və buna görə də 23 yanvar 2025-ci il tarixdə onu inzibati məsuliyyətə cəlb etmişdirir. Əmək müfəttişliyi həmin vaxt onu inzibati məsuliyyətə cəlb etməyə səlahiyyətli olmamış və səlahiyyət həddini aşmaqla onu inzibati məsuliyyətə cəlb etmişdir. Qanunun yuxarıda qeyd olunan tələblərindən məlum olduğu kimi, həmin təşkilat əgər Ə.Babayevin əməlində inzibati xətanın tərkib ələmətləri olduqda onu xx.xx.2024-cü il tarixə qədər olan müddət ərzində (əgər X22 Sistemlərinin istismarı İdarəsi hüquqi şəxsdirsə) inzibati məsuliyyətə cəlb edə bilərdi.X22 Sistemlərinin İstismarı İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinin 2-ci abzasına əsasən X22 Sistemlərinin İstismarı İdarəsi hüquqi şəxs deyidir. 23 yanvar 2025-ci il tarixdə Elektron qaydada keçirilən iclas zamanı idarənin hüquq məsləhtçisi tərəfindən qanunun tələbi dönə-dönə iclasa sədrlik edən şəxsin diqqətinə cəlb edilməklə X22 Sistemlərinin İstismarı İdarəsinin hüquqi şəxs olmaması bildirilmişdir. Lakin bütün bunlara baxmayaraq qanunun tələbinə zidd olaraq iclas keçirilmiş, inzibati xətanın törədilməsi barədə və qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərar qəbul edildiyi andan qanunsuzdur.Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Lakin qanuniliyi təriflərindən mübahisələndirilən qərardan, o cümlədən inzibati xəta haqqında protokoldan mübahisəsiz qaydada məlum olur ki, hər iki dəfə inzibati xətaya Salyan rayonunda baxılmışdır.Əmək müfəttişliyinin mövqeyinə görə, əgər Ədalət Babayevin əməlində inzibati xətanın tərkib əlamətləri var idisə, həmin işə qanunun tələbi baxımından Salyan rayonunda yox, Biləsuvar rayonu ərazisində baxılmalı idi. Qanunun bu tələbi də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən pozulmuşdur. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı bir şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətinə görə pul əvəzi ödənilməlidir.Lakin o, bunlara görə yox, qərarda qeyd edildiyi kimi son haq-hesab işçiyə vaxtında ödənilmədiyi üçün inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd edilmiş maddələrdə isə son haq-hesabın vaxtında verilməməsinə görə məsuliyyət nəzərdə tutulmamışdır. Qeyd etdiyi hallar qanuniliyi tərəfi mübahisələndirilən qərarın qanunsuz və əsassızlığının bariz nümunəsidir. Qeyd olunanlardan göründüyü kimi, X19 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən inzibati xəta törədilmədiyi halda və ya təqsirli olmağı sübuta yetirilmədən və qanuna zidd sübutlardan istifadə etməklə Ədalət Babayevin əleyhinə qərar qəbul edilmişdir.Buna görə də hesab edir ki, bütün qeyd olunanlara rəğmən qanuniliyi tərəflərindən mübahisələndirilən qərar ləğv edilməklə, inzibati materialın icraatına xitam verilməlidir.X3 nümayəndəsi Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati materialın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsi Nümayəndə2 X10 şikaytinin əsassız olduğuna görə təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 nömrəli inzibati xəta haqqında iş üzrə Qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərardan şikayət vermiş X10 nümayəndəsi Nümayəndə1 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin nümayəndəsini dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərarının ləğv edilməsinə dair X18 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan DƏMX-nin X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki,X4 işdən çıxarılarkən son haqq-hesabı vaxtında ödənilmədiyinə görə X18 barəsidə İXM-nin 192.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və o, 1000 manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərarının qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeiyində X23 Xidməti Publik Hüquqi X28 X2 İdarəsinin 17 sentyabr 2024-cü il tarixli 13-k saylı əmrindən görünür ki, X5 Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-in X13 İdarəsində mühəndis-hidrotexnik vəzifəsi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddsinin «b» bəndinə əsasən (işçilərin sayı və ya ştatı ixtisar edildikdə) xx.xx.2024-cü il tavrixdən ləğv edilmiş, X7 Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti verilmişdir. İş materiallarına əlavə edilmiş Ödəniş tapşırığından görünür ki, X7 işdən çıxdıqdan sonra Biləsuvar Su X2 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Biləsuvar Su X2 İdarəsinin X19 Xidməti X6 rəisi əvəzi Anar Şabanova ünvanlanmış 29 dekabr 2024-cü il tarixli 474 saylı məktubunda Əlihedər Xanışova 2024-cü ilin sentyabrında işlədiyi günlərə görə əmək haqqı, məzuniyyət, son haqq-hesab və kompensasiyaya görə xx.xx.2024-cü il tarixdə 1287,82 manat onun kart hesabına ödənildiyi göstərilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərarının ləğv edilməsi üçün X10 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti X6 inzibati tənbeh vermə haqqında 23 yanvar 2025-ci il tarixli, MN №1613694 saylı qərarı qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X25

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar