Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-178/2023 13.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X3 oğlunun iclas katibliyi ilə, Şəxs, Bakı şəhəri Nizami rayonu Bəkir Çobanzadə küçəsi, (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490, 491.3 və 492.1-ci maddələri ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: Hüquqi şəxs olan Şəxs ünvanına “Mersedes-Benz/Krone NA” markalı, 06BUG846/34ZU1805 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daxil olan müxtəlif adda mallar 28 dekabr 2022-ci il tarixli **********2197 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilsə də, bəyan edilən mallar təyinatı üzrə Cənub Ərazi Baş Gömrük İdarəsinə heç bir məlumat verilmədən, yük məmuru təyin edilmədən, eləcədə eyniləşdirmə aparılmadan qoşqunun üzərində olan AZ DGK 179x1 nömrəli gömrük təyinatının XİF iştirakçısı tərəfindən qırılaraq boşaldılmışdır. Belə ki, 05 yanvar 2023-cü il tarixldə araşdırma zərurəti ilə əlaqədar olaraq malların gömrük orqanının icazəsi olmdan boşaldıldığı yerdə - Ələt-Astara yolunun 98-ci kilometrliyində m hissəsi, Biləsuvar rayonu, otlaq-örüş sahəsində olub-olmamasını və tamlığını müəyyən etməkdən ötrü baxış keçrilmiş, baxış zamanı gömrük orqanının icazəsi olmadan boşaldılan malların istifadə edilmədiyi və tamlığının pozulmadığı müəyyən edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin baş təhqiqatçısı X2 tərəfindən 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında 12000-00079/23 saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icrat aparılan hüquqi şəxsin nümayəndəsi və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, həmin şəxlər məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla, Şəxs inzibati xəta törətməsində təqsri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490, 491.3 və 492.1-ci maddələrinə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 490-cı maddəsində gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına görə, həmin Məcəllənin 491.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına... görə və 492.1-ci maddəsində isə gömrük təyinatinın, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə” görə inzibati məhsuliyyət nəzərdə tutulmuşdur İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən bir əsas tənbehə əlavə edilə bilər. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs Azərbaycan Respublikası İXM-nin 490, 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq, hesab edirəm ki, həmin hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-nin 490, 491.3 və 492.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-nin 492.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını və Şəxs fəaliyyətini nəzərə alaraq, hesab edirəm ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490, 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxsbarəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsi ilə, 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-178/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-178/2023
13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver