Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-178/2024 23.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X11, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X6 nümayəndəsi vəkil Nümayəndə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan Regional şöbəsinin nümayəndəsi X4 iştirakları ilə, X6 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X10 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 nümayəndəsi vəkil Nümayəndə göstərmişdir ki, X1 Rayon Mərkəzi X15 şəxsin direktoru vəzifəsində işləyir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Salyan Regional Ərazi Şöbəsinin 02 fevral 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X10 700 manat məbləğində cərimə edilmişdir.Həmin qərar qanunsuz və əsassızdır. Belə ki, qərara görə cərimə edilməsinə səbəb xəstəxananın keşmiş əməkdaşı, hazırda pensiyaya çıxmış həkim X5 2022-ci ili yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin verilməməsi və o, xəstəxanaya direktor təyin edilməmişdən əvvəlki illərdə, yəni ona həkim məsləhət komissiyasının üzvü olduğu üçün həvəsləndirici sabit əlavələrin verilməməsidir. Halbuki o, xəstəxanaya 2021-ci ilin iyun ayından direktor təyin olunmuşdur. Onun 2021-ci ilin iyul ayının 28-də əmri ilə həkim məsləhət komissiyası yaradılmış və Ə.Cəfərzadə həmin komissiyanın üzvü olmamışdır. O,direktor təyin olunmamışdan əvvəlki illərdə isə Ə.Cəfərzadənin həkim komissiyasının üzvü olması barədə xəstəxananın arxivində heç bir rəsmi əmr olmamış, Cəfərzadə Əhmədağa 2023-cü ilin aprel ayından pensiyaya çıxdığı üçün işdən azad edilmişdir. 1-cisi xəstəxananın keşmiş əməkdaşı X2 Əmək Müfəttişliyi Xidməti Salyan Regional Ərazi Şöbəsinə müraciət edərək bu iki məsələni mübahisələndirmiş və müəssisə tərəfindən inzibati xəta törədildiyini göstərmişdir. Hazırkı inzibati xəta haqqında iş üzrə icraata başlama İnzibati Xətalar Məcəlləsini! 99.1.3-cü maddəsinə əsasən, yəni "fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar" əsasında başlanmışdır. 2-cisi, İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiy gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin 'təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Ə.Cəfərzadə 25 aprel 2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" bəndinə əsasən, yəni yaş həddinə görə işdən azad edilməklə son haqq-hesabı ödənilmişdir. Şikayətçi Ə.Cəfərzadə 2022-ci ilin yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin verilməməsini bilmişdir.Çünki işdən azd olunan günə kımı, yəni 25 aprel 2023-cü il tarixədək həmin əlavələri almışdır. Göründüyü kımi şikayətçi işlədiyi müddətdə yəni 1 il 3 ay bu müavinətləri alaraq, 1 il 3 ay qabaq bir ayının verilməsindən məlumatlı olmuş və heç bir şikayəti olmamışdır. Lakin 2 il sonra o, şikayət edir ki, 2 il əvvəl 1 aylıq əlilliyə görə əmək haqqına əlavə verilməmişdir. Hesab edir İXMnin 38-ci maddəsinə görə əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 1 il keçənədək verilə bilindiyindən və hazırda 2 ildən çox bir müddət keçdiyi üçün ona verilən inzibati tənbeh qanunsuzdur. , Həmçinin guya o, xəstəxanaya direktor təyin edilməmişdən əvvəlki illərdə, yəni Ə.Cəfərzadə həkim məsləhət komissiyasının üzvü olduğu üçün ona həvəsləndirici sabit əlavələr verilməmişdir. O, xəstəxanaya direktor təyin olunarkən, yəni 2021-ci ilin iyun ayında tərəfindən müvafiq əmrlə həkim məsləhət komissiyası yaradılmış, Əhmədağa Cəfərzadə həmin komissiyanın üzvü olmamışdır. O, direktor təyin olunmamışdan əvvəl Ə.Cəfərzadənin həkim məsləhət komissiyasının üzvü olması barədə xəstəxanın dəftərxanasında heç bir əmr yoxdur. Belə olan təqdirdə tərəfindən Ə.Cəfərzadəyə 2021-ci ildən əvvəlki illər üçün heç bır əmr olmadan həkim məsləhət komissiyasının üzvü kimi həvəsləndirici sabit əlavələr verilməsi qanunsuz olduğundan verilə bilməz. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. İXM-nin 53.1.6-cı mədəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatması inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən haldır. Hesab edir ki, Qanunun göstərilən normasına görə onun inzibati qaydada cərimə edilməsi qanunsuzdur. Adı çəkilən qərarlar qəbul olunarkən İXM-nin 3, 4, 5, 6, 7, 8 və 12ci maddələrinin tələbləri pozulmuşdur. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə görə bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 5.1-ci maddəsinə görə insan və vətəndaş hüquqları və azadlıqlar dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları va vazifali şaxslar məsuliyyət daşıyırlar. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X18 Xidməti Salyan Regional Ərazi Şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı İXM nin göstərilən normaları pozulmaqla qəbul olunmuşdur. Ona görə də X6 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsi X9 bildirmişdir ki, X3 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən (bundan sonra-Xəstəxana) əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinə etdiyi müraciətə Xidmətin Şirvan-Salyan Regional şöbəsində baxılmışdır. Ə.Cəfərzadə müraciətində vaxtilə həkim məsləhət komissiyasının üzvü olmasına baxmayaraq ona fəaliyyət göstərdiyi hər ay üçün sabit 200 manat həvəsləndirici əlavənin ödənilmədiyini, həmçinin əlilliyi olan şəxs olmasına baxmayaraq 2022-ci ilin yanvar ayı üçün əmək haqqına artımın tətbiq edilmədiyini bildirmişdir.Bununla bağlı xəstəxanadan təqdim edilmiş məktubda Ə.Cəfərzadəyə həkim məsləhət komissiyasının üzvü qismində həvəsləndirici əlavənin ödənilməməsinə səbəb kimi Ə.Cəfərzadənin həkim məsləhət komissiyasının üzvü təyin edilməsi barədə müvafiq əmrin olmadığı (əgər belə əmr verilibsə də, həmin əmrin əldə edilməsinin mümkün olmadığı) vurğulanmışdır.Lakin, araşdırmaya təqdim etdiyi “Uşaqlar üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər əsasında müəyyən olunmuşdur ki, Ə.Cəfərzadə həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərmişdir. Belə olduğu təqdirdə, Ə.Cəfərzadəyə fəaliyyət göstərdiyi hər ay üçün sabit 200 manat həvəsləndirici əlavə ödənilməməklə, xəstəxana rəhbərliyi tərəfindən hüquq pozuntusuna yol verilmişdir (İcbari Tibbi Sığorta üzrə X16 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’’ publik hüquqi şəxsin tabeliyindəki tibbi müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 17.3-1-ci bəndi). Müraciətdə qaldırılan digər məsələyə münasibətdə, yəni əlilliyi olan şəxs olmasına baxmayaraq 2022-ci ilin yanvar ayı üçün Ə.Cəfərzadənin əmək haqqına artımın tətbiq edilməməsi ilə bağlı müvafiq təsdiqedici sənədlər araşdırmaya təqdim edilməsə də, araşdırma zamanı Xəstəxananın direktoru tərəfindən sözegedın fakt (2022-ci ilin yanvar ayı üçün əlilliyi olması səbəbindən Ə.Cəfərzadənin əmək haqqına artımın tətbiq edilməməsi halı) etiraf olunmuşdur. Həmin hüquq pozuntusuna yol verilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 185 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin problemləri üzrə kompleks Proqramın 5.4-cü bəndinin tələbləri pozulmuşdur. Həmin bəndin şərtlərinə görə əmək kollektivinin razılığı vardırsa, orqanizm funksiyalarının 61-80 faiz pozulmasına görə Ə.Cəfərzadənin əmək haqqının 20-25 faiz artırılması təmin edilməli idi (sənədlər əsasında müəyyən olur ki, əmək kollektivi bu məsələyə razılıq vermişdir).Sadalanan hüquq pozuntularına yol verməklə, Xəstəxana rəhbərliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) nəzərdə tutulan inzibati xətalar törədilmişdir.Bu səbəbdən, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə Xəstəxananın direktoru X10 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılmış, 700 manat inzibati cərimə növündə tənbeh edilmişdir. Xüsusi ilə qeyd edilməlidir ki, hüquqi mahiyyətinə görə işçinin (üstəlik də, əmək münasibətləri davam edən işçinin) əmək haqlarını ödəməmək uzanan inzibati xəta hesab olunmalıdır. Çünki, əməl sonlanmayıb. Belə ki, inzibati xətanın tərkibini təşkli edən obyektiv cəhət hələ ki, mövcuddur. İXM-nin 38.2-ci maddəsinə əsasən uzanan xətalara görə məsuliyyətə cəlb etmə müddəti, xətanın törədildiyi deyil, xətanın aşkara çıxarıldığı gündən hesablanır.Digər tərəfdən, işəgötürənin işçiyə hər hansı əmək haqqı borcu yaranmışdırsa, bu əməl, yəni inzibati xəta işçinin işdən çıxdığı günədək (onunla son haqq-hesab aparılanadək) davam edir. Bu məsələylə bağlı qanunverici Əmək Məcəlləsində öz mövqeyini sərgiləmişdir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsində qeyd olunur: Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi, yuxarı abzaslarda qeyd olunan ödənişlər (2022-ci ilin yanvar ayı üçün əlilliyi olması səbəbindən Ə.Cəfərzadənin əmək haqqına edilməli olan artımı və həkim məsləhət komissiyasının üzvü kimi ödənilməli olan 200 manat məbləğində aylıq əlavəni) heç olmazsa, işçi - Ə.Cəfərzadə işdən çıxan günü (xx.xx.2023-cü il) ona ödənilməli idi. Nəzərə alsaq ki, Ə.Cəfərzadə xx.xx.2023-cü il tarixdə işdən azad olunub, həmin təqdirdə açıqaşkar müəyyən edilir ki, hadisənin üstündən 1 il müddət ötməyib, deməli sözügedən inzibati xətaya görə inzibati məsuliyyət istisnasız tətbiq edilməlidir. Ona görə də X6 şikayətinin təmin edilməməsini, X18 Xidmətinin Şirvan-Salyan regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə Qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərardan şikayət vermiş X6 nümayəndəsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan regional şöbəsinin nümayəndəsini dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan Regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair X10 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Biləsuvar Rayon Mərkəzi X15 şəxsin direktoru X6 barəsində xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qəbul edilməsinə səbəb xəstəxananın keşmiş əməkdaşı, hazırda pensiyaya çıxmış həkim X5 2022-ci ili yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin verilməməsi və həkim məsləhət komissiyasının üzvü olduğu üçün həvəsləndirici sabit əlavələrin verilməməsi omuşdur. X10 şikayətində İXM-nin 38-ci maddəsinə istinad edərək inzibati xətanın baş verməsindən dörd aydan çox keçməsini əsas gətirməklə barəsində inzibati tənbeh itədbirinin tətbiq edilməsini qanunsz hesab etmişdir. Azərbaycan Respublikası İXM-nın 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-nın 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İşin müəyyən edilmiş hallarından görünür ki, X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə (dövlət büdcəsindən maliyyələşən müəssisəsinin işçisi çalışmanın yaş həddinə çatdıqda) xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən:
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yuxarıda maddi hüquq normalarının tələblərinə əsasən X3 xx.xx.2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə işdən azad edilməsi ona son haqqhesabın ödənilməsi zərurətini yaratmışdır.Lakin işçi ilə son haqq-hesab aparılarən 2022-ci ili yanvar ayında 1 aylıq əlilliyə görə əmək haqqına əlavənin ödənilməməsi həmin inzibati xətanın baş verdiyini göstərir. Bundan əlavə, X10 şikayətində Ə.Cəfərzadənin həkim məsləhət komissiyasının üzvü olmadığı, xəstəxanaya direktor təyin olunarkən, yəni 2021-ci ilin iyun ayında tərəfindən müvafiq əmrlə həkim məsləhət komissiyasının yaradıldığını, Əhmədağa Cəfərzadənin həmin komissiyanın üzvü olmadığı üçün ona həkim məsləhət komissiyasının üzvü kimi həvəsləndirici sabit əlavələr verilməsinin qanunsuz olduğunu göstərmişdir. İş materiallarına əlavə edilmiş Uşaqlar üçün Tibbi-Sosial Ekspert Komissiyasına göndərişlər əsasında müəyyən olunmuşdur ki, Ə.Cəfərzadə həkim məsləhət komissiyasının üzvü kimi fəaliyyət göstərmiş və həmin sənədləri imzalamışdır. Belə olduğu təqdirdə, Ə.Cəfərzadəyə fəaliyyət göstərdiyi hər ay üçün sabit 200 manat həvəsləndirici əlavə ödənilməməklə, xəstəxana rəhbərliyi tərəfindən hüquq pozuntusuna yol verilmişdir (İcbari Tibbi Sığorta üzrə X16 Heyətinin 21 yanvar 2020-ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi’’ publik hüquqi şəxsin tabeliyindəki tibbi müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasının 17.3-1-ci bəndi). Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan- Salyan regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün X6 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı:
X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan Regional şöbəsinin xx.xx.2024-cü il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Şirvan-Salyan regional şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
X21