Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-18/2025 31.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X14, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X13, onun müdafiəçisi və nümayəndəsi Nümayəndə, 3 X20 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsinin 05 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X17 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X3 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsinin 25 noyabr 2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X17 şikayətinə dıqiqləşmə ərizəsi təqdim edərək göstərmişdir ki, ünvan 1i ünvanında yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsi kanalın təmizlənmə işləri zamanı kanalın içərisində yulğun kolları çıxarılmasında onu təqsirli bilərək bu haqda 24 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokol tərtib etmişdir. Bu protokolla bağlı o, onlara izah etmişdir ki, həmin kanalı o, təmizləməmişdir.Lakin onun bu izahatını qəbul etməyərək barəsində 05 noyabr 2024-cü il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda göstərilir ki, X4 Ovçuluq Təsərüfatının ərazisində otlaq sahə kimi götyürdüyü ərazidə 100 metrədək kanalı yenidən təmizləyərək qazmış, 8 yulğun kolunu çıxardaraq məhv etmişdir. Ona görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 253-2-ci maddəsi ilə təqsiril bilinərək 2000 manat məbləğində cərimə olunması haqda 05 noyabr 2024-cü İl tarixli MN ******* saylı qərar qəbul edilmişdir.Qəbul edilmiş qərarla razı deyil, onu qanunsuz və əsassız hesab edir. Belə ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin 28 dekabr 2017-ci il tarixli 430 saylı sərəncamı və 28 dekabr 2017-ci il tarixdə bağlanmış torpaq icarə müqaviləsi əsasında ona dövlət ehtiyat fondundan 15 hektar heyvandarlıq məqsədi ilə Biləsuvar rayonunun Mahmudçala ərazisindən örüş-otlaq sahəsi icarəyə verilmişdir.Həmin ərazidə heyvandarlıqla məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. İcarəyə verilmiş örüş otlaq sahəsində müxtəlif növdən bitkilər və eyni zamanda yulğun kolları vardır. Həmin yulğun kollarının kəsilməsinin qadağan olması ona aydın olduğundan bu vaxta kimi ərazidə bitmiş yulğun kollarına tərəfindən heç bir zərər vurulmamışdır. Digər tərəfdən həmin yulğun kolları eyni zamanda qış aylarında şaxta və soyuqlardan sonra onun yarpaqları yerə tökülür və heyvanlar üçün yemə çevrilir.Yay aylarında isə heyvanlar açıq düzən yerdə məhz bu kolların hesabına kölgə yer tapırlar və istidə orada yatırlar. Bundan başqa, yaz və yay aylarında bal arıları həmin yulğun kolunun çiçəklərindən ən keyfiyyətli bal alırlar. Yulğun kolunun xeyri və əhəmiyyəti çoxdur. İcarəsində olan torpaq sahəsinin yaxınlığında bir kanal vardır. Həmin kanal kolxoz vaxtlarında çəkilmişdir. Bu kanal həmin ərazidə olan torpaqların şoranlığının qarşısını alınması məqsədi ilə çəkilmişdir. Çünki ərazi qeyd olunduğu kimi Mahmudçala adlanan ərazi massivində yerləşir və torpaqların tamamilə şoranlaşmasının qismən də olsa qarşısını alır.Bundan başqa, həmin kanalın suyundan yay aylarında istifadə olunur və ya təsərüfatda olan camışlar həmin kanalın suyunda yatırlar. Həmin kanal xeyli vaxt idi ki, təmizlənmirdi. Bu ilin iyul ayının sonlarında həmin kanal qazılaraq təmizlənmişdir. Nəticədə torpağa yeni nəfəs gəlmişdir. Şoranlıq azaldığından torpaq üzərində fəslə uyğun bitən bitkilərin sayı və onların yaşam müddəti artmışdır. Eyni zamanda ətrafda olan yulğun kollarının inkişafında da fərq vardır. Həmin kanal "HUNDAY" ekskavator ilə təmizlənmişdir. Bu işlər Biləsuvar rayon Suvrama Sistemləri İdarəsi tərəfindən icra edilmişdir.Həmin kanalın yenidən qazılması onun fiziki qüvvəsi və maddi imkanı daxilində deyildir. Kanalın təmizləmə işlərini icra edə biləcək texnikası da yoxdur. İdarə bir qayda olaraq kanalın təmizləmə işlərini icra edirsə, onun bu işə mane olmağa heç bir hüququ yoxdur. Bundan başqa, kanal təmizlənən vaxtlarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsi həmin ərazi üzrə bəs hara baxırdı? Çünki, bu iş 2-3 gün müddətdə icra edilmişdir.Həmin vaxtlarda əgər iş yerlərində olsaydılar, yəqin ki, gəlib orada görülən işlərin şahidi olmaqla və müvafiq göstərişlərini vermiş olardılar. Kanal 2-3 gün ərzində təmizlənib, iyul ayının sonlarında ptotokol tərtib edilib, oktyabr ayında həmin protokol onun barəsindədir. Çünki kanala yaxın onun təsərüfatıdır. Hansı ki, orada onun təsərüfatından başqa 14 təsərrüfat vardır.O, bu qərarla qəti razılaşmır və onu qanunsuz hesab edir. Odur ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər idarəsinin 05 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs X13 müdafiəçisi və nümayəndəsi Nümayəndə Maarif İmanovla eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X16 şikayəti qəbul etməyərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsinin 05 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Dövlət Su X5 Su Meliorasiya Xidməti X31 X21 Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi X18 izahatında göstərmişdir ki, Biləsuvar rayonunun Mahmudçala adlanan ərazisində X13 və digər şəxslərin istifadə etdiyi su kanalı X21 Sistemlərinin İstismarı İdarəsinin balansında deyildir. Ona görə də həmin kanalın təmizlənməsi işləri də 2024-cü ildə həmin idarə tərəfindən həyata keçirilməmiş, nə də X21 Sistemlərinin İstismarı İdarəsinin tabeliyində olan texnikalardan həmin kanalın təmizlənməsi işlərində istifadə edilməmişdir. İş materiallarndan görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2017-ci il tarixli 430 saylı sərəncamına əsasən Biləsuvar rayon Xırmandalı kənd sakini X15 Dövlət Fondu torpaqlarından (Mahmudçala ərazisi) heyvandarlıq məqsədi ilə 15,0 (on beş) hektar örüş sahəsi 15 il müddətinə icarəyə verilmiş və X17 ilə torpaq sahəsinin icarəyə verilməsi haqqında 28 dekabr 2017-ci il tarixli 106 saylı icarə müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında X17 izahatında X6 ərazisində icarəsində olan 15 ha torpaq sahəsindən su kanalı keçdiyini, lakin həmin su kanalından təsərrüfatda səmərəli şəkildə istifadə etmək üçün Biləsuvar rayon İcra Hakimiyyətinə müraciət etdiklərini və həmin su kanalının X24 idarəsi tərəfindən həmin idarəyə məxsus texnikalardan istifadə edilməklə qazılaraq təmizləndiyini göstərmişdir.Lakin məhkəmə iclasında dindirilmiş X21 Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi X1 ərazisində olan su kanalının işlədiyi idarənin balansında olmadığı üçün həmin kanalın da qazılaraq təmizlənməsi işinin onlar tərəfindən icra edilmədiyini göstərmişdir. İş materiallarında olan Şirvan Milli Parkı X6 08 oktyabr 2024-cü il tarixli AA 003052 № li aktından görünür ki, X6 ərazisində növbəti reyd zamanı X15 otlaq sahəsi kimi verilmiş ərazisində qazıntı işələrinin aşkar olunduğu, araşdırma zamanı qazılmış, yəni yenidən təmir olunmuş kanalda yulğun kollarının qırılması faktının aşkar olunduğu, kanalın yanındakı evdə yaşayan X22 çağırdıqlarını, yulğun kollarının qırılması və kanalın qazılmasını soruşduqda, həmin şəxsin həyətə su girdiyi üçün kanalı qazdıqlarını, yulğun kollarının da həmin vaxt qırılaraq məhv edildiyini gbstərmişdir. Belə ki, işdə iştirak edən tərəflərin və şahidin izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə X2 Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz olaraq kanalın təmizlənməsi işlərini apararkən 8 (səkkiz) ədəd yulğun kolunu məhv etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 05 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi üçün X13 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X13 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X20 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 05 noyabr 2024cü il tarixli MN ******* saylı qərarı qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X29
Məhkəmə qərarları › İş №3(022)-18/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-18/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver