Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-180/2024 14.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ İş № 3(022)-180/2024 Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsi hakiminin İnzibati xəta haqqında iş üzrə QƏRARİ 14 fevral 2024-cü il Biləsuvar şəhəri Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyən X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxx 2001-ci il tarixdə Astara rayonu, Kakalos kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati tənbeh tədbiri tətbiq edilməmiş, Astara rayonu, Kakalos kəndində qeydiyyatda olan və yaşayan, barəsində Biləsuvar rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs tədqiqata məlum olmayan mənbədən qanunsuz olaraq, 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan şəxsi istehlak miqdarında əldə etmiş, saxlamış və daşıyarkən, Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 02 fevral 2024-cü il tarixdə, saat 22:25-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında üzərinə keçirilmiş baxış zamanı həmin narkotik narkotik vasitə qurudulmuş marixuana gümüşü rəngli siqaret kağızı bükümündə olmaqla, əynindəki gödəkçənin sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsində sahə rəisi vəzifəsində işləyir. Şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin şəxs Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində piyada hərəkətdə olduğu vaxt əməliyyat müşahidəsinə götürülmüş və 02 fevral 2024-cü il tarixdə, saat 22:25-də Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış, Biləsuvar rayon polis şöbəsinə aparılmış, şöbənin inzibati binasında videoçəkiliş aparılmaqla Şəxs üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Şəxs üzərində qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış predmet varsa, təqdim etməsi təklif edilmiş və həmin şəxs üzərində gizlətdiyi gümüşü rəngli siqaret kağızı bükümünü polis əməkdaşlarına təqdim edərək, həmin bükülünü 01 fevral 2024-cü il tarixdə Astara rayonunda yerdən tapdığını və içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Daha sonra həmin şəxsin üzərinə baxış keçirilmiş və sonuncunun üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış başqa əşya aşkar edilməmişdir.Toplanmış məlumat əsasında Biləsuvar rayon polis şöbəsinin təhqiqatçısı Azər Qəmbərli tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi toplanmış materialda öz təsdiqini tapmışdır. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Astara rayonu, Kakalos kəndindəq eydiyyatda olmaqla yaşayır. O, 01 fevral 2024-cü il tarixdə Astara rayonu ərazisində olduğu zaman yerdən bükülü tapmış və həmin bükümü açıb baxdığı zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin bükülünü sonradan istehlak etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra o, Biləsuvar rayonuna gəlmişdir. O, 02 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində yerləşən «Turist-5» kafesinin yaxınlığında piyada hərəkətdə olduğu vaxt polis əməkdaşları tərəfindən saxlanılmış və Biləsuvar rayon polis şöbəsinə gətirilmişdir. Şöbənin inzibati binasında onun üzərinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl ondan üzərində dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşyaların, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Bundan sonra baxışın keçirilməsinə dair protokol tərtib olunmuş, onun üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qablaşdırılmışdır. O və digər baxış iştirakçıları protokola və qablaşdırmanın üzərinə imza etmişlər. Sonda Şəxs əməlindən səmimi peşman olduğunu bildirərək, barəsində yüngül inzibati təbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tövsif olunmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 03 fevral 2024-cü il tarixli, 19/104 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxs üzərindən aşkar olunmuş bükülü...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadir. Tədqiqata 0,05 qram sərf olunmuş, qalıq – 0,287 qram qalmışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və cavanlığını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədinə nail olunmasına kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı və inzibati həbsin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Həmçinin hesab edirəm ki, iş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar rayon polis şöbəsində saxlanılan, xalis çəkisi 0,287 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 33 (otuz üç) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 14 fevral 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar inzibati həbs növündə inzibati tənbeh tətbiqinə dair hissədə dərhal icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Biləsuvar Rayon Polis Şöbəsində saxlanılan, xalis çəkisi 0,287 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev AZƏRBAYCAN RESPUBLİKASİ BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ AZ1300, Biləsuvar şəhəri, 28 may küçəsi 1mailto:contact@bilasuvarcourt.gov.azElektron ünvan Tel/Faks: (0 25) 295 22 14 № 3(022)-1036/2022 23 dekabr 2022-ci il Biləsuvar Rayon Polis Şöbəsinin rəisi cənab Nəsib Məmmədova Hörmətli Nəsib müəllim! Biləsuvar Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 3(022)-1036/2022 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərirəm və qərarın icrası barədə məhkəməyə məlumat verməyinizi xahiş edirəm. Qoşma: qərarın surəti - 3 vərəqədə, AZE16376511 saylı şəxsiyyət vəsiqəsi – 1 ədəd. Hörmətlə, Biləsuvar Rayon Məhkəməsinin sədri R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-180/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-180/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver