Məhkəmə qərarları › İş №3(022)-181/2024

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-181/2024

16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-181/2024 16.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi X3 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımının yol-patrul xidməti inspektoru X1, Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxxxx 1988-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikah münasibətlərində olan, himayəsində 1 uşağı olan, bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, orta təhsilli, fərdi əməklə məşğul olan, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.İmanov küçəsi, 2 nömrəli evin 4 nömrəli mənzilində yaşayan, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi Yol-Patrul Xidməti Alayının 10-cu tağımından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 20:30-da Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 107-ci kilometrliyində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi «Samand SE» markalı, **- RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşaraq, «Opel Astra» markalı, **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişi Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətinə pozulmasına səbəb olmuş yüngül dərəcəli bədən xəsarəti yetirmiş, «Samand SE» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Zərərçəkmiş şəxs2 isə maddi zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, Şəxs 13 yanvar 2024-cü il tarixdə, saat 20:30-da, sürücülük vəsiqəsi olmadan idarə etdiyi «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə manevr qaydasını pozaraq Zərərçəkmiş şəxs2 idarə etdiyi «Samand SE» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almış, «Samand SE» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Zərərçəkmiş şəxs2 isə təxminən 4.000 manat məbləğində maddi zərər vurulmuşdur. Buna görə də inzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış araşdırma ilə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibinin olması müəyyən edilmiş və onun tərəfindən həmin şəxs barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilərək, göstərdi ki, o, avtomaşın idarə edə bilsə də, maddi vəziyyəti imkan vermədiyi üçün sürücülük vəsiqəsi almamışdır. Bununla belə o, vaxtaşırı olaraq, atasına məxsus «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 13 yanvar 2024-cü il tarixdə o, işləri ilə əlaqədar getdiyi Fizuli rayonundan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Masallı rayonuna gedərkən, yolda gördüyü, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 və sonuncunun azyaşlı övladını sərnişin qismində avtomobilə götürmüşdür. O, Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 107-ci kilometrliyində hərəkətdə olarkən, hava və yol şəraiti qarlı olduğuna görə, idarə etdiyi «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə Zərərçəkmiş şəxs2 idarə etdiyi «Samand SE» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşmuşdur. O, hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs1 maddi ziyanın əvəzi qismində 300 manat ödəyərək, barışıq əldə etməyə cəhd göstərsə də, həmin şəxs ondan əlavə olaraq 1000 manat istədiyinə görə barışıq əldə olunmamışdır. Digər Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyana görə 400 manat təklif etsə də, həmin şəxs ondan real olmayan məbləğlər tələb etmişdir. Onun isə həmin vəsaiti ödəmək imkanı yoxdur. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu, ailəsini dolandıran yeganə şəxs olduğunu, himayəsində bir övladının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirdi ki, 13 yanvar 2024-cü il tarixdə, saat 20:30-da radələrində idarə etdiyi «Samand SE» markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ələt-Astara-İran sərhəd yolunun Biləsuvar rayonu ərazisindən keçən 107-ci kilometrliyində hərəkətdə olduğu zaman arxa tərəfdən Şəxs idarə etdiyi «Opel Astra» markalı, **-VP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində ona 4.355 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs ona vurulmuş maddi zərəri ödəmək üçün heç bir tədbir görməmişdir. O, Şəxs ona vurduğu maddi zərərin əvəzini mülki qaydada məhkəmədə iddia qaldırmaqla, Şəxs tələb edəcəkdir. Sonda, Zərərçəkmiş şəxs2 Şəxs barəsində qanuna uyğun inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və Zərərçəkmiş şəxs2 dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş Zərərçəkmiş şəxs1 vurulmuş maddi zərərin bir hissəsini aradan qaldıraraq, həmin şəxslə barışıq əldə etməyə cəhd göstərməsini və himayəsində 1 uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. İşin hallarını və Şəxs şəxsiyyətini və vurulmuş maddi zərəri ödəməməsini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə hakim baxa bilər. Buna görə də məhkəmə hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında, Şəxs qeydə alındığı yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ zərərçəkmiş şəxslərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 16 fevral 2024-cü il tarixdən, saat 13:20-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında Şəxs qeydiyyatda olduğun yerin məhkəməsində iddia qaldırmaq hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar