Azərbaycan Respublikası adından QƏRARDAD Biləsuvar rayonu İş № 3(022)-181/2025 17.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə Azərbaycan Respublikası İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə 21 yanvar 2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Biləsuvar rayon məhkəməsinə göndərilmişdir. İş materiyallarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 342.9-cu maddəsi ilə İmişli Rayon Polis Şöbəsi tərəfindən 21 yanvar 2025-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, nəzərdə tutulmuş inzibati xəta haqqında material aidiyyəti üzrə göndərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İmişli Rayon Polis Şöbəsinin Şəxsnin barəsində tərtib etdiyi 21 yanvar 2025ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati xəta hadisəsi İmişli rayonu H.Əliyev prospekti 127 ünvanında baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əssasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İmişli Rayon Polis Şöbəsinin Şəxsnin barəsində tərtib etdiyi 21 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyatı üzrə İmişli Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 109 və 110-cu maddəsinin tələblərini rəhbər tutub QƏRARA ALDİM: Şəxs barəsində tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyatı üzrə İmişli Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. X3
Məhkəmə qərarları › İş №3(022)-181/2025
Biləsuvar Rayon Məhkəməsi Qərardad — İş №3(022)-181/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver