Məhkəmə qərarları › İş №3(022)-182/2023

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-182/2023

13.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-182/2023 13.02.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X4 oğlunun iclas katibliyi ilə, Şəxs, xx xxxxxx 1981-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç Yerdə işləməyən, Naxçıvan Muxtar Respublikası Babək rayonu Babək şəhəri 20 Yanvar küçəsi,mənzil 49-da qeydiyyatda olan və yaşayan, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİM: 16 dekabr 2022-ci il tarixdə Biləsuvar gömrük postunda İran İslam Respublikasından keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Rspublikasına idarə etdiyi “DAF” markalı 77JB576/99ZE376 qeydiyyat nişanlı yük avtomobili ilə gələn Azərbaycan Respublikası vətəndaşı Şəxs gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmış, gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmentləriin olub-olmaması soruşülmuşdur. O isə öz idarə etdiyi avtomobildə bəyan edilməli və gömük nəzarətindən gizlədilmiş heç bir predmenin olmadığını bldirmişdir. Bundan sonra gömrük nəzarəti məqsədilə Azərbaycan Respublikası vətəndaşı Şəxs idarə etdiyi “DAF” markalı 77JB 576/99ZE376 qeydiyyat nişanlı yuk avtomobilinə əsaslı gömrük yoxlaması tətbiq edilmişdir.Yoxlama zamanı avtomobilin kabinində olan sürücü oturaxağının arxa hissəsndən gömrük nəzarətindən gizlədilmiş hər birində 10 qutu olmaqla 3 blok “Kent” əmtəə nişanlı siqaret aşkar edilmişdir. Daha sonra yoxlama davam etdirilmiş və avtomobilin ön cihazlar panelinin sağ tərəfində olan zavod konstruksyasında nəzərdə tutulmuş əşyaların qorunması üçün nəzərdə tutulmuş yerdən gömrük nəzarətində tutulmuş yerdən gömrük nəzarətindən gizlədilmiş hər birində 10 qutu olmaqla 2 blok “Kent” əmtəə nişanlı siqaretlər aşkar edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin baş təhqiqatçısı X3 tərəfindən 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında 12000-10999/2022 saylı protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan şəxsə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, hesab edirəm ki, toplanmış sübutlarla, Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 480-cı maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsi, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsuldan istifadə etməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsi, bu az miqdarda olduqda inzibati xəta kimi müəyyən edilmişdir. İşdə olan maddi sübutların təhvil verilməsinə dair 16 dekabr 2022-ci il tarixli aktdan görünür ki, Şəxs aşkar edilərək götürülmüş 50 qutu “Kent” əmtəə nişanlı siqaretlər 1 ədəd karton qutuda qablaşdırılmış vəziyyətdə Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirlkiyi Məıhkəmə Ekspertiza X1 Bölməsinin 05 yanvar 20923-cü il tarixli 19/1300 saylı ekspert rəyindən görünür ki, siqaret “Kent Nanotek 2.” əmtə nişanlı siqaretin hər bir qutusunun qiyməti 3,50 manat, 50 qutunun qiyməti isə 175 manat müəyyən edilmişdir. İş üzrə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini yüngünləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdir İşin hallarını və Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati müsadirə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan, cəmi 175 (bir yüz yetmiş beş) manat dəyərində “Kent Nanotek 2.” əmtə nişanlı 50 (əlli) qutu siqaret müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri Rəfayil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar