Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-182/2024 16.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi Mirzəyev Nüsrət Fətulla oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, il ərzində inzibati tənbehi olmayan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X5 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndində ona yaxınlaşan polis əməkdaşlarının tələbinə tabe olmamışdır, üzərindəki kəsici alətlə özünə xəsarət yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis X2 Bölməsinin sahə rəisi X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Biləsuvar rayonu Xırmandalı kəndində xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşanda həmin şəxs özünü şübhəli aparmış və qaçmağa başlamışdır.Onlar ona yaxınlaşıb RPŞ-yə dəvət etdikdə, o, onlara tabe olmayaraq, gəlməkdəm imtina etmiş və cibindən lezva çıxararaq boyun və qol nahiyyəsinə xəsarət yetirmişdir. Bundan sonra onlar həmin şəxsi RPŞ-nə dəvət edərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər.Beləliklə, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonunda Elvin adlı əsgərlik yoldaşının evinə qonaq gəlmişdir. Elvinlə rayona gələndə Turist 5 adlı kafenin yanında görüşməli idi.Lakin, taksi sürücüsünün diqqətsizliyi səbəbindən kafeni keçərək yolun kənarında saxlamış və o, maşından düşmüşdür. Kafe istiqamətində piyada hərəkət edən zaman iki nəfır polis əməkdaşları ona yaxınlaşaraq, ondan adını və soyadını soruşmuşlar.Bu zaman o, ona yaxın olan polisi itələyərək qaçmağa başlamışdır.Polislər də onun arxasınca qaçaraq dayan deyə söylımişlər. Polislərdən birinin ona yaxışlaşdığını gördüyündən, özünü yaxınlığında olan kanala atmış və cibindən lezva çıxarıb qolunu kəsdikdən sonra, polislərin ona yaxınlaşacağı təqdirdə özünü doğrayacağını demişdir.Bu zaman polis əməkdaşları ona “sakit ol, əlindəkini yerə at, sənə köməklik edəcəyik, bizim səninlə problemimimiz yoxdur. Gəl xəstəxanaya gedək qolunu bağlasınlar” kimi sözlər demişlər.Bu zaman polis suyun içinə tullanaraq onun əlini tutmuş, lezvanı ondan alaraq, digəri isə onun digər qolunu tutaraq onun hərəkət etməsinə mane olmuşlar. Sonra onu sudan çıxarmışlar və polislərdən biri cibindəki dəsmalla onun qolunu bağlamışdır. Sonra onu xəstəxanaya gətirmişlər, xəstəxanada həkim müayinəsindən sonra onu polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər.Hazırda əməlindən peşman olduğunu, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Biləsuvar Rayon PŞ-nın DYPB-nin YPX inspektoru X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar rayonu Xırmandalı kəndi ərazi dairəsi üzrə xidməti vəzifələrini RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Xəzər Səfərli ilə icra edın zaman saat təqribən 21:30 radələrində Turist adlı kafe istiqamətində hərəkətdə olan zaman yol kənarında piyada hərəkətdə olan bir nəfər tanımadıqları şəxsin özünü şübhəli apardığını görərək, ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan kim olmasını və şəxsiyyyəti barədə məlumat verməsini istəmişlər.Bu zaman həmin şəxs qəfildən Xəzər Səfərlinin sinə nahiyyəsindən əli ilə itələyərək qaçıb uşaqlaşmağa çalışmışdır.Ona yaxınlaşan zaman o, dərhal özünü yaxınlıqda yerləşən şorlu suya atmış, üzərində kəsici alət olan lezva çıxararaq özünə xəsarət yetirməyə başlamışıdr.Onlar onu sakitləşdirməyə çalışsalar da, o, “yaxınlaşsanız özümü doğrayacam” sözlərini demişdir.Onlar isə suyun içəisinə girərək ona fiziki güc tətbiq edib əlindəki kəsici aləti alıb onun əlindən alaraq zərərsizləşdirmişlər. Bundan sonra dərhal onu xəsətxanaya aparmışlar, xəstəxanada tibbi yardım göstərildikdən sonra, onu gətirib RPŞnin növbətçi hissəsinə təhvil vermişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X7
Məhkəmə qərarları › İş №3(022)-182/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-182/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver