Məhkəmə qərarları › İş №3(022)-182/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-182/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-182/2025 07.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Biləsuvar Rayon Məhkəməsinin hakimi X5, məsləhətçi (iclas katibi) X1 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, 25 oktyabr 1983-cü il tarixdə Biləsuvar rayonu, Dərvişli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, İİİ dərəcəli əlil, heç yerdə işləməyən, boşanmış, himayəsində 2 uşağı və 1-ci dərəcə əlil olan qardaşı olan, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmış, Biləsuvar rayonu, Dərvişli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahından 14 dekabr 2013-cü il tarixdə doğulmuş X7 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə günü, saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü saat 18:00dək görüşməklə ünsiyyət hüququ Şəxs tərəfindən təmin edilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbləri və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və buna görə də Şəxs barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 07 fevral 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X10 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Biləsuvar rayon məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs Şəxs ilə birgə nikahından 14 dekabr 2013-cü il tarixdə doğulmuş X7 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar saat 18:00-dək görüşməklə ünsiyyət hüququ Şəxs tərəfindən təmin edilməlidir. Həmin icra sənədi icraata daxil oldudan sonra icra sənədinin icrası istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, tələbkar və borclu dəfələrlə icra şöbəsinə dəvət edilərək, onlardan izahatlar alınmış, borcluya icra sənədinin icra edilməli olması izah edilməklə, tələbkarın uşaqları ilə ünsiyyətinə mane olmaması borcluya izah edilmişdir. Lakin Şəxs müxtəlif əsaslar gətirməklə icra sənədini icra etməkdən qəsdən boyun qaçırmış, tələbkarın öz uşaqları ilə ünsiyyətdə olmasına şərait yaratmamışdır. Şəxs həmin icra sənədinin icrasından boyun qaçırmasını tələbkar Zərərçəkmiş şəxs ilə ailə münasibətlərində olduqları zaman anaları tərəfindən uşaqların psixi və fiziki təzyiqlərə məruz qalmaları, ona görə də uşaqların öz istəkləri ilə anaları ilə görüşmək istəməmələri ilə izah etmişdir. Ona görə də icra sənədi icraata daxii olduqdan sonra hazırki tarixədək uşaqların anası ilə ünsiyyətdə olmaq hüququnu təmin etmək mümkün olmamışdır. Belə ki, onun və Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyanın üzvlərinin iştirakı ilə 11 mart 2024-cü il tarixdə tələbkar və borclu ilə görüş təşkil edilmişdir. Onun və komissiya üzvlərinin səyi nəticəsində uşaqlarların iştirakı ilə Şəxs və Zərərçəkmiş şəxs ilə profilaktik söhbətlər aparılmış və həmin vaxt uşaqlar analarının yanında olmuşlar. Tərəflərin birgə nikahından doğulmuş Məhəmməd adlı uşağa anası ilə ünsiyyət saxlamaq istəyi barədə soruşulduğu vaxt həmin uşaq anası ilə getmək istədiyini bildirmişdir. Lakin Şəxs həmin vaxt dərhal yerindən qalxaraq, uşağın yanına getmiş və onun üzərinə əsəbi halda qışqırmışdır. Buna görə də Məhəmməd ağlamağa başlamışdır. Daha sonra isə Şəxs və sonuncunun valideynləri komissiya üzvlərinə hədə-qorxu gələrək, prosesin davam etməsinə imkan verməmişlər. Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyanın 11 mart 2024-cü il tarixli rəyi ilə Biləsuvar rayon məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı icra sənədi üzrə tələbkarın uşaqları ilə ünsiyyət hüququnun təmin edilməsinin ünsiyyətə mane olan hallar aradan qaldırılanadək, uşaqların hazırki psixoloji durumunda mümkün olmaması və uşaqların mənafeyinə zidd olduğu qənaətinə gəlinmişdir. Hazırda borclu uşaqlara psixoloji təsir göstərməklə, faktiki olaraq İcra sənədini icra etməkdən imtina edir. X16 borclu Şəxs barəsində qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikah pozulduqdan sonra həmin nikahdan14 dekabr 2013-cü il tarixdə doğulmuş X7 və 19 yanvar 2015-ci il tarixdə doğulmuş X3 adlı uşaqlarının hər ikisinin analarının yanında saxlanmaları məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Lakin həmin uşaqlar anaları ilə qalmaqdan imtina etmiş və onun yanında yaşamağa davam etmişlər. Belə ki, Zərərçəkmiş şəxs onun uşaqlarına fiziki və psixi təzyiq göstərmiş və uşaqları dəfələrlə döymüşdür. Buna görə də uşaqlar analaları ilə ünsiyyətdən imtina edirlər. Hətta uşaqların oxuduğu məktəbə tələbkar bir neçə dəfə gəlmiş və məktəb müdiriyyətinin vasitəçiliyi ilə uşaqlarla gizli şəkildə görüşmüşdür. Həmin görüşdən sonra uşaqları qorxaraq onun yanına gəlmiş və məktəbə bir daha getmək istəmədiklərini bildirmişlər. Hazırda onun tərəfindən tələbkarın uşaqlarla ünsiyyətinə mane olan hərəkətlərə yol verməsə də, uşaqlar anaları ilə ünsiyyət saxlamaq istəmirlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Biləsuvar rayon məhkəməsininnin 17 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ona uşaqları ilə hər həftənin şənbə günü saat 10:00-dan, uşaqlar gecə iddiaçının yanında qalmaqla, bazar günü saat 12-dək görüş hüququ verilsə də, keçmiş əri onun bu hüququnu təmin etmir. Belə ki, Şəxs onun uşaqlara işgəncə verdiyini bəhanə edərək, onunla uşaqlarını gorüşdürmür. Şəxs və həmin şəxsin valideynləri onun uşaqlarına həm fiziki, həm də psixi şiddət göstərir və uşaqlarını onunla görüşməkdən imtina etməyə məcbur edirlər. Bir valideyn olaraq uşaqları ilə görüşmək, onlara qayğı göstərmək, onların tərbiyə olunmasında iştirak etmək istəyir. Lakin hər dəfə borclu tərəfindən bu hüququ kobud şəkildə pozulur. Sonda Zərərçəkmiş şəxs Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyətək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(022)-782/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. Belə ki, iş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 3(022)-358/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 15 may 2024-cü il tarixli 3(106)-202/2024 saylı qərarından görünür ki, Şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 22 aprel 2024-cü il tarixli 3(022)- 358/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X2 İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiaysının 17 iyul 2024-cü il tarixli rəyindən görünür ki, yaranmış çətinlik səbəbindən yenidən Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin müraciəti əsasında bu prosesin Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın nümayəndəsinin təkrar iştirakı ilə təmin edilməsinə cəhd edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 15:00-a təyin edilmiş icra prosesində Komissiyanın nümayəndəsi iştirak etmişdir. Ata tərəfdən baba və nənə uşaqların anası ilə ünsiyyətinə mane olmaq üçün qeyri-rəsmi icra prosesində iştirak etmək məqsədi ilə məhkəmə binasına daxil olmuşdur, icra prosesi başlayanadək akt zalında nəvəsinin əlindən tutmaqla orada oturmuş və bu səbəbdən də babanın nəvəsinə qarşı olan təzyiqinə görə uşaq dayanmadan ağlamışdır. Komissiyanın əməkdaşı uşaqlarla profilaktiki söhbət apararkən böyük uşaq suallara cavab verməyəcəyini bildirmişdir. Sonradan uşaq suallara cavab versə də, öz başına akt zalını tərk etmişdir. Həmçinin bir neçə dəqiqə sonra ikinci uşaq da akt zalını tərk etmişdir. Atanın nəzərinə çatdırılmışdır ki, uşaqlann üzərində onun hüquq və vəzifələri var. O, uşaqlarla ananın ünsiyyətinin təmin edilməsi istiqamətində söhbət aparılmalıdır və bu ünsiyyətin təmin edilməsinə köməklik etməlidir. O, isə elə davranmışdır ki, uşaqlar əksinə akt zalından icazəsiz çıxıb getmişlər. Öz məqsədlərinə çata bilməyən baba və nənə Rayon İcra Hakimiyyətinə gələrək prosesdə iştirak etmiş Komissiyanın əməkdaşının ünvanına şər-böhtan xarakteridi fikirlər söyləmişlər. Onların bu hərəkəti qəbul zamanı aktlaşdınlmışdır. Odur ki, uşaqların mənafeyini, onlann təzyiq altında olduğunu nəzərə alsaq, Biləsuvar Rayon Məhkəməsinin 2(022)-782/2023 nömrəli xx.xx.2023-cü tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ilə birgə nikahından xx.xx.2013-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015ci il tarixdə doğuämuş X3 ilə hər həftənin şənbə günü sat 10:00-dan uşaqlar gecə tələbkarın yanında qalmaqla bazar günü saat 18:00-dək ünsiyyətdə olmasının təmin edilməsi üçün uşaqları təzyiq altında saxlamaqla ünsiyyətə maneə yaradan uşaqların atası, ata tərəfdən baba və nənəsi barəsində qanunamüvafiq tədbirlər görülməsi məqsədəuyğundur. İş materiallarında olan Biləsuvarda Qadınların Sosial X12 Birliyinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 2(002)-782/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ilə birgə nikahlarından 14 dekabr 2013-cü ildə doğulmuş X7 və 19 yanvar 2015-ci ildə doğulmuş X3 ilə hər həftənin şənbə günü saat 10:00-dan uşaqlar gecə tələbkarın yanında qalmaqla bazar günü saat 18:00-dək görüşməklə ünsiyyət hüquqi təmin edilməlidir, qərarının icra edilməməsi səbəbindən Biləsuvar rayon İcra və probasiya şöbəsinin Biləsuvarda Qadınların Sosial X9 Birliyinə 09 avqust 2024-cu il tarixli №300374/2023 nömrəli məktubuna əsasən 16 avqust 2024- cü il tarixində Biləsuvar rayon İcra və probasiya şöbəsində yuxarıda adları qeyd edilən şəxslərin övladları Qulamov Məhəmməd, Qulamov Zeynalabidin atası Şəxs tərəfindən psixoloji basqı altında saxlanıldığı aşkar edilmişdir.Şəxs uşaqların hal-hazırki psixoloji gərginlikdən çıxması üçün mərkəzdə ananın iştirakı və uşaqlarla ayrı şəkildə ödənişsiz psixoloji terapiya təklif edilmiş, lakin müsbət cavab alınmamışdır. Buradan aydın görünür ki, ata Şəxs övladlarının sabahı üçün təhlükəli şəraiti təmin edir. İXM-nin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Himayəsində 2 uşağının və 1-ci dərəcəli əlil olan qardaşının olmasını, özünün də 3cü dərəcəli əlil olması inzibati xətaya görə Şəxs məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X7 və xx.xx.2015ci il tarixdə doğuämuş X3 borclu ilə birlikdə yaşayırlar və heç biri 14 yaşına çatmamışlar. İşin hallarını və Şəxs şəxsiyyətini, 3-cü dərəcəli əlil olmasını, habelə həmin şəxsin on dörd yaşına çatmayan uşaqlarını təkbaşına böyütməsini, habelə Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs inzibati həbs tətbiq oluna biməz və həmin şəxs barəsində Azərbaycan Respublikası İXMnin 528.1-1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar