Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-183/2023 30.01.2023 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, Hakim köməkçisi Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1977-ci ildə Biləsuvar rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Biləsuvar Rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 13 yanvar 2023-cü il tarixdə saat 12:00 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində özünə məxsus Mersedes markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan Lexus markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilə arxadan toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon Polis Şöbəsinin DYPB -nin polis kapitanı X4 göstərdi ki, o, Biləsuvar Rayon Polis Şöbəsinin DYPB-də çalışır. Şəxs 13 yanvar 2023-cü il tarixdə saat 12:00 radələrində Biləsuvar şəhəri M.İbrahimov küçəsində özünə məxsus Mersedes markalı ** BE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək, qarşıda hərəkətdə olan Lexus markalı ** RH *** dövlət nömrə nişanlı avtomobilə arxadan toqquşmuş və nəticədə zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, törətdiyi əməldən səmimi peşman olduğunu, bir daha qanun pozuntusuna və ictimai qaydanın pozulmasına səbəb olan əməllərə yol verməyəcəyini bildirdi. Odur ki, barəsində yungül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəməyə teleqram ünvanlayaraq, Şəxs qarşı heç bir tələb və iddiasının olmamasını bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif olunmuşdur. İşdə olan 13 yanvar 2023-cü il tarixli 28 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, müayinə nəticəsində Şəxs hadisə baş verən zaman sərxoşluğun olması müəyyən edilməmişdir. İşdə olan “Cəsur” avtotəmir müəssisəsinin 13 yanvar 2023-cü il tarixli 207 saylı Aktına əsasən “Lexus LX570” minik markall **-RH-*** dövlət nömrə nişanlı avtomobilə cəmi 865 (səkkiz yüz altmış beş) manat dəyərində maddi zərər dəymişdir. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxsin ondan heç bir tələıb və iddiasının olmaması iş üzrə məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət edir və ona İXM-in 332.4-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X8
Məhkəmə qərarları › İş №3(022)-183/2023
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-183/2023
30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver