Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-185/2025 10.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən - Biləsuvar Rayon Məhkəməsinin hakimi X1, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X2, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlizamin oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, barəsində eyni inzibati xəta üzrə bir il müddətində inzibati tənbeh tədbiri tətbiq olunmuş, Biləsuvar şəhəri, Xəqani küçəsi, ev 58-də qeydiyyatda olan və yaşayan Şəxs Əlizamin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Biləsuvar Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(022)-115/2023 saylı icra sənədinə əsasən Şəxs Əlizamin oğlundan bir uşağa görə hər ay 160 manat aliment Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs Əlizamin oğlunun barəsində Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 tərəfindən 10 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin rəisi X4 məhkəmədə verdiyi izahatında bildirdi ki, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü ol tarixli 2(022)-115/2023 saylı icra sənədlərinə əsasən cavabdeh Şəxs Əlizamin oğlundan 19 iyul 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 26 oktyabr 2022-ci il tarixdən başlayaraq hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul etməklə icra sənədi icraata götürülmüş və həmin tarixdə tələbin könüllü icrası barədə bildiriş Şəxs Əlizamin oğlunun ünvanına göndərilmişdir. Borclu Şəxs Əlizamin oğlu borcundan heç bir ödəniş etməmişdir. Hazırda onun borcu 4480 manat təşkil edir. Hazırda icra sənədi tam şəkildə icra olunmadığına görə Şəxs Əlizamin oğlu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Biləsuvar Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclu Şəxs Əlizamin oğlunun barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs borclu Şəxs Əlizamin oğlu bildirmişdir ki, o, Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü ol tarixli 2(022)-115/2023 saylı qətnaməsinin icra edilməli olmasını və məhkəmə qətnaməsinin icra olunmamasına görə məsuliyyəti dərk edir. Hal-hazırda heç bir yerdə işləmir, ona görə də maddi imkansızlığı səbəbindən borcunu tam olaraq ödəyə bilmir. Borclu Şəxs Əlizamin oğlu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında borclu Şəxs Əlizamin oğlunun barəsində qanuna müvafiq tədbr görülməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Əlizamin oğlunun inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 528.1-1ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, işdə olan Biləsuvar rayon məhkəməsinin xx.xx.2023-cü ol tarixli 2(022)- 115/2023 saylı icra sənədinə əsasən icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmışdır. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs Əlizamin oğlunun şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs Əlizamin oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, Şəxs Əlizamin oğlunun icra sənədinin icrasının təmini istiqamətində ötən müddət ərzində heç bir tədbir görməməsini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimə olunmasının lüzumsuz olduğunu nəzərə alaraq hesab edirəm ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırıram ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Əlizamin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 10 fevral 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Şəxs Əlizamin oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X6
Məhkəmə qərarları › İş №3(022)-185/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-185/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver