Məhkəmə qərarları › İş №3(022)-187/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-187/2025

04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-187/2025 04.04.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X11, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X7, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X7 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli qərarından X12 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X12 göstərmişdir ki, o, 1983-cü ildən Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində işləyir. 1993-cü ildən direktor vəzifəsinə təyin olmuş və bu günə qədər həmin vəzifədə çalışır.Məktəbin qarmon müəllimi X8 dərs saatının azaldılması ilə əlaqədar müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X10 X4 İdarəsinin 09 dekabr 2024-cü il tarixli 3-24-17/3-1-k-10/24 saylı əmrilə 69 saylı X15 Dairə Seçki Komissiyasının tərkibində iştirak etdiyinə görə əmək funksiyalarının digər əməkdaşa həvalə edilərək işdə hesab edilməməyinə baxmayaraq 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək barəsində 700 (yeddi yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq etmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir. X4 İdarəsinin müvafiq əmrilə xx.xx.2024- xx.xx.2024-cü il tarixlərdə məktəbdə keçirilən monitorinqin nəticələrinə və valideynlərin ərizəsinə əsasən təhsillərini davam etdirmək istəmədiklərinə görə 8 (səkkiz) nəfər təhsilalan, o cümlədən qarmon müəllimi X1 təhsilalan X22 “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnamə”sinin İV hissəsinin 4.35-ci bəndinə uyğun olaraq məktəb direktorunun xx.xx.2024-cü il tarixli 57 saylı əmri ilə xx.xx.2024- cü il tarixdən məktəbdən xaric edilmişdir. Beləliklə, 15 (on beş) müəllimin ümumilikdə 36 (otuz altı) saat və eyni zamanda qarmon müəllimi X8 dərs saatında “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnamə”sinin İV hissəsinin 4.3-ci bəndinə əsasən dəyişiklik aparılmış, maliyyə pozuntusuna yol verməmək məqsədilə əmək haqqı dərs saatına görə tənzimlənmişdir. Belə ki, 15 (on beş) müəllimin ümumilikdə dərs yükü 36 (otuz altı) saat azaldılaraq aylıq 1875 (min səkkiz yüz yetmiş beş) manat dövlət büdcəsinə qənaət edilmişdir.“Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəsi Əsasnaməsinin Vİ hissəsinin 6.13. bəndinə əsasən şagirdlərinin digər fənlər üzrə dərsə davamiyyətinə ixtisas müəllimləri nəzarət etməli olduğu halda X3 təhsilalan X16 dərslərdə iştirak etmədiyinə görə fənn müəllimlərinin təqdimatına əsasən məktəbdən xaric ediləcəyi və dərs saatının azaldılacağı barədə məktəb rəhbərliyi tərəfindən qabaqcadan dəfələrlə məlumatlandırılmışdır.Buna baxmayaraq dərs saatı azalan bütün müəllimlər 02 dekabr 2024-cü il tarixdə elektron qaydada onlara göndərilmiş əmək müqaviləsini təsdiq etsə də, X13 əmək müqaviləsində dəyişikliyi təsdiq etməkdən imtina etdiyinə görə yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra X13 əmək müqaviləsindəki 02 dekabr 2024-cü il tarixdə edilmiş dəyişikliyi sima imza ilə həmin tarixdən imzalamışdır. Belə ki, o, 42 ildir pedaqoji fəaliyyətlə məşğuldur, 32 ildir məktəb direktoru vəzifəsində çalışır. Qeyd edir ki, təhsil sahəsində təhsilalan valideynin ərizəsilə məktəbdən xaric edildilirsə bir ay qabaqcadan müəllimin məlumatlandırılması və onun razılığının alınması tələb oluna bilməz. Ona görə ki, valideynin ərizəsilə təhsilalan təhsilini davam etdirmək istəmədiyinə görə məktəbdən xaric edilirsə məktəb direktorunun qərarından asılı olmayaraq dərs saatı azaldığından maliyyə pozuntusuna yol verməmək məqsədilə dərhal əmək haqqı dərs saatına görə tənzimlənərək əmək müqaviləsində dəyişiklik edilməlidir və buna görə məktəb direktoru heç bir məsuliyyət daşımır, əksinə olaraq valideynin ərizəsilə təhsilalan məktəbdən xaric edildiyinə görə dərs saatını azaltmadığına və əmək haqqını dərs saatına görə tənzimləmədiyinə görə büdcə vəsaitini mənimsəmə maddəsilə məsuliyyət daşıyır. Əgər məktəb direktoru müəyyən səbəblərdən “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəsi Əsasnaməsi”nə uyğun olaraq (məs. tədris proqramını yerinə yetirə bilmədiyinə və yaxıd üzrsüz səbəbdən müntəzəm olaraq dərslərdə iştirak etmədiyinə görə və s.) təhsilalanı məktəbdən xaric edirsə müəllimin əmək haqqı ilə bağlı əmək şəraitinin şərtlərində dəyişiklik edilməsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələbləri tətbiq edilə bilər.Təhsilalan valideyninin ərizəsilə təhsilini davam etdirmək istəmədiyindən məktəbdən xaric edildikdən sonra müəllimə tədris etmədiyi dərs saatına görə əmək haqqı ödənilməsi ciddi maliyyə pozuntusudur. Çoxillik təcrübəsində belə halla rastlaşmamışdır ki, valideynin ərizəsilə təhsilalan təhsilini davam etdirmək istəmədiyindən məktəbdən xaric edildiyinə görə dərs saatının azalmasına və maliyyə pozuntusunun qarşısını almaq məqsədilə əmək haqqının dərs saatına uyğun tənzilmlənməsinə görə məktəb direktoru cərimə edilsin. Ona görə də bu qərar absurddur və ləğv edilməlidir.Ona görə də o, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X7 şikayətinin əsassız olduğuna görə təmin edilməməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 27 yanvar 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərardan şikayət vermiş X9 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin nümayəndəsini dinləyərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsinə dair X12 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsi sərbəst bağlanır. Əmək münavsibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəqndinə əsasən istehsalın və əməyin təşkilində dəyişiklik edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirlməsinə yol verilir. Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nzərədə tutulan şərtlərdən başqa) dəyişdirilməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərədə tutulan əsasla xitam verilə bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, X13 ilə əmək müqaviləsi bağlanmaqla o, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbində qarmon müəllimi vəzifəsinə təyin edilməklə aylıq əmək haqqı 717,33 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə edilmiş dəyişikliklərdən görünür ki, Biləsuvar şəhər Orxan Əkbərov adına Uşaq İncəsənət Məkətində qarmon müəllimi vəzifəsində işləyən X8 həmin əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən onun aylıq əmək haqqı azaldılaraq 582,83 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan DƏMX-nin X5 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 razılığı olmadan əmək müqaviləsinə dəyişiklik edilmiş və əmək haqqı azaldılmışdır.Buna görə də X12 barəsidə İXM-nin 192.4-cü maddəsi ilə 700 manat məbləğdə inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı iş materiallarında olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarının qanunsuz olmasına dair hər hansı əsas müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün X7 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti X5 inzibati tənbeh vermə haqqında 27 yanvar 2025-ci il tarixli MN № ******* saylı qərarı qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X24

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar