Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-188/2025 17.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X2, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 275.4cü maddəsi ilə Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Biləsuvar Gömrük İdarəsindən vəzifəli şəxs Şəxs (VÖEN: **********) barəsində İXM-in 275.4-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. 07 fevral 2025-ci il tarixli 01200-00092/25 nömrəli EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1500/012/002932 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən, 6 noyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsi X1 İran İslam Respublikası ərazisindən transit keçməklə Azərbaycan Respublikasına ** BG ***/67ZA148 dövlət qeydiyyat nişanlı “Scania” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı X4 (Pasport № C03499424, verilmə tarixi: xx.xx.2023-cü il, Azərbaycan Respublikası) idarə etdiyi nəqliyyat vasitəsi gömrük nəzarətindən keçən zaman onunla şifahi sorğu-sual aparılmışdır. Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan edilməli olan hər hansı predmetlərin olub-olmaması soruşulmuşdur. O, isə öz növbəsində idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilmiş gömrük nəzarətinə bəyan edilməli heç bir predmetin olmadığını bildirmişdir. Yoxlama zamanı avtomobilin yük yerində olan yüklərin 028205 saylı CMR-də geyd olunan yüklərlə eyniləşdirilməsi aparılmışdır. Eyniləşdirmə zamanı “Scania” markalı, ** BG ***/67ZA148 dövlət geydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 028205 saylı CMR-də geyd edilmiş yüklərin “Polietilen torbalar”, “Hyundai Elantra”, “Ev yükü və ərzag” və “avto ehtiyat hissəsi” yüklərindən ibarət olduğu məlum olmuşdur. “Polietilen torbalar”a baxış zamanı həmin torbaların 4 markada - “Nazli” markalı, “Eftekhar” markalı, “Kosar” və “Rozhina” markalı olduğu müəyyən edilmişdir. Bundan sonra sözügedən polietilen torbaların qalınlığı şübhə doğurduğundan hər birindən nümunələr götürülmüş və xx.xx.2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin X3 İdarəsinə təqdim olunmuşdur. AR DGK X3 İdarəsindən daxil olmuş ekspert rəyinə əsasən 028205 saylı xx.xx.2024-cü il tarixli CMR-lə gətirilən yükdən təqdim olunmuş nümunələr aşağıdakı texniki göstəricilərə malikdirlər: 1 .“Nazlı” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 9,4 mikron (0.094 mm) olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, qulpsuz torbalardır.
2. “Eftekhar” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 9,04 mikron (0.0904 mm) olan düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri şap olunmamış, qulpsuz torbalardır. 3.“Kosar” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 12,84 mikron (0.01284 mm) olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, qulpsuz torbalardır. 4.“Kosar” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 7,27 mikron (0.0727 mm) olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, qulpsuz torbalardır. 5.“Rozhina” nişanlı, polietilen (CAS 9002-88-4) əsaslı, qalınlığı 7,7 mikron (0.077 mm) olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, üzəri çap olunmamış, qulpsuz torbalardır. Bundan sonra “Scania” markalı, ** BG ***/67ZA148 dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük yerində olan 10000 kq “Polietilen torbalar” yükü protokol əsasında götürülmüşdür. 04 fevral 2025-ci il tarixdə Biləsuvar Gömrük İdarəsi Əməliyyat və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası vətəndaşı Şəxs barəsində İXM-nın 275.4-cü maddəsi ilə 01200-00092/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da, Şəxs tərəfindən İXM-in 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xətalar haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən inzibati xətanın törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 275.4-cü maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə müraciət olunmuş və Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 21 yanvar 2025-ci il tarixli, 6/5285-9/9604 saylı ekspert rəyinə əsasən: Tədqigat obyekti qismində tədgiq olunan 10 bağlamada düzbucaglı formalı, rəngsiz, şəffaf, “Nazlı” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 və 11 mikron təşkil edir. Tədqiqat obyekti qismində tədqiq olunan 5 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Eftekhar” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 10 mikron təşkil edir. Tədqiqat obyekti qismində tədqiq olunan 14 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Kosar” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 və 11 mikron təşkil edir. Tədqiqat obyekti qismində tədqiq olunan 6 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Rozhina” nişanlı, gulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 mikron təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2025-ci il tarixli, 6/5285-9/9604 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqat obyekti qismində tədqiq olunan “Nazlı”, “Eftekhar”, “Kosar” və “Rozhina” nişanlı polietilen torbalar “Ətraf mühitin mühafizəsi haqqnda” Qanunun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona gədər olan qadağan olunmuş polietilen torbalara aid hesab edilir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticəsinə əsasən, tədqiqata tədqim edilmiş polietilen əsaslı torbalar “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən qalınlığı 15 mikrona qədər olan qadağan olunmuş polietilen torbalara aid hesab edildiyindən qiymətini müəyyən etmək mümkün olmamışdır. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 17-ci maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşdən görünür ki, Şəxs məxsus - VÖEN: ********** hal-hazırda aktivdir. Buna görə də Şəxs vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunmalıdır. İnzibati xətalar haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs tərəfindən İXM-in 275.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 275.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan polietilen əsaslı materiallar müsadirə edilməklə, inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114- 117, 128-130-cu maddələrini rəhbər tutaraq
QƏRARA ALDİM:
Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə 10 bağlamada düzbucaglı formalı, rəngsiz, şəffaf, “Nazlı” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 və 11 mikron, 5 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Eftekhar” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 10 mikron, 14 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Kosar” nişanlı, qulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 və 11 mikron və 6 bağlamada düzbucaqlı formalı, rəngsiz, şəffaf, “Rozhina” nişanlı, gulpsuz torbalar polietilen əsaslı olub qalınlıqları 7 mikron olan torbalar müsadirə edilməklə 1000 (bir min) manat məbləğdə inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
X6