Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-189/2025 17.03.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X3, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi ilə, xx.xx.1966-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı ** JS *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı avtobusun salonunun arxa hissəsində yerləşən 42, 43 nömrəli sərnişin oturacaqlarının arxa hissəsində oturacağın üzlüyünün altında gömrük nəzarətindən gizlədilmiş 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər aşkar olunmuşdur. Nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikasının vətəndaşı X2 idarə etdiyi avtobusdan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona aid olmadığını və avtobusda olan sərnişinlərdən hər hansı birinə aid ola biləcəyini bildirmişdir. Bundan sonra sürücünün köməkliyi ilə 42, 43 nömrəli sərnişin oturacaqlarında əyləşmiş şəxslər müəyyən edilmişdir. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları Şəxs və X7 olduğu məlum olmuşdur. Şifahi sorğu-sual zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs aşkar olunan siqaretlərdən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası vətəndaşı X7 isə aşkar olunan siqaretlərdən 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir.Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı ** JS *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusundan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Biləsuvar Gömrük İdarəsi Əməliyyat və təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X4 07 fevral 2025-ci il tarixli 01200-00071/25 EP № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən, Biləsuvar Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsindən daxil olmuş 3-33-1500/012/002865 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən, xx.xx.2024- cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində İran İslam Respublikası- ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı avtobusun salonunun arxa hissəsində yerləşən 42, 43 nömrəli sərnişin oturacaqlarının arxa hissəsində oturacağın üzlüyünün altında gömrük nəzarətindən gizlədilmiş 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər aşkar olunmuşdur. Nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikasının vətəndaşı X5 idarə etdiyi avtobusdan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona aid olmadığını və avtobusda olan sərnişinlərdən hər hansı birinə aid ola biləcəyini bildirmişdir. Bundan sonra sürücünün köməkliyi ilə 42, 43 nömrəli sərnişin oturacaqlarında əyləşmiş şəxslər müəyyən edilmişdir. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları Şəxs və X7 olduğu məlum olmuşdur. Şifahi sorğu sual zamanı Azərbaycan Respublikası vətəndaşı Şəxs aşkar olunan siqaretlərdən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası vətəndaşı X7 isə, aşkar olunan siqaretlərdən 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı, ** JS *** dövlət qeydiyyat nişanlı sərnişin avtobusundan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X12” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Faktla bağlı xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsində müvafiq araşdırma başlanılmış və Şəxs barəsində 07 fevral 2025-ci il tarixdə İXM-in 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və inizibati materialı tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndələrini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxsnın hazırkı inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-in 480-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/1880-9/9339 nömrəli, xx.xx.2024-cü tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqata təqdim edilmiş aksiz markası olmayan tütün məmulatlarının xx.xx.2024-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 600,00 manat müəyyən edilir. İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, inzibati xəta törətmiş Şəxs barəsində malların müsadirəsi növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-in 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 30, 34, 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə təqsirli bilinsin və Şəxs götürülmüş 48 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan və 24 qutu üzərində “X12” markalanma yazısı olan siqaretlər müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nüsrət Mirzəyev
Məhkəmə qərarları › İş №3(022)-189/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-189/2025
17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver