Məhkəmə qərarları › İş №3(022)-19/2025

Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-19/2025

17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-19/2025 17.01.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin hakimi X7, məsləhətçi (iclas katibi) Abdullazadə Həsən Abdulla oğlunun katibliyi, barəsində qərar qəbul edilmiş şəxs X2, 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsinin 16 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər idarəsinin 16 noyabr 2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərarının qanunsuz, ədalətsiz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər idarəsinin 16 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, 1000 manat cərimə edilmişdir.O, həmin qərarı poçt vasitəsi ilə 11 dekabr 2024-cü il tarixdə almışdır. Hesab edir ki, adı şəkilən qərar qanunsuz və əsassızdır. Belə ki, özünə məxsus ov silahı vardır. Yaşadığı Xırmandalı kəndi yaxınlığında Mahmudçala adlanan ərazidə balıq gölündə qarovulçu işləyir. Gölü qoruyarkən ov silahını da özü ilə aparır ki, vəhşi heyvanlardan qorunsun. Orada ümumiyyətlə ov etməyə yer də yoxdur. 01 noyabr 2024-cü il tarixdə balıq gölündə mühafizədə olarkən ekologiyanın işçiləri ona yaxınlaşaraq orada nə etdiyini soruşduqda, o, gölü qoruduğunu bildirmişdir. Sənədlərinə baxaraq getmişlər. Həmin gün silahdan atəş belə açmamışdır. Bu günlərdə ona qərar göndərmişlər ki, guya o, ov etmişdir. Əgər ov etmişdirsə nəyi vurmuşdur. Onlar bunu sübut etməlidirlər. Bu günlərdə ona Azərbaycan Respublikasının Ekologiya və Təbi Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər idarəsinin 16 noyabr 2024-cü il tarix MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı gəlmişdir ki, onun barəsində İXM-nin 272.3-cü maddəsi ilə o, 1000 manat cərimə edilmişdir.Həmin qərarın müəyyən etdi hissəsində göstərilir ki, guya o, ov etmişdir. Halbuki o, ov etməmişdir.Buna görə də 16 noyabr 2024-cü il tarix MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi, əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında 3 X10 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 şikayıti qəbul etməyərək Azərbaycan Respublikası Ekologiya və Təbi Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər idarəsinin 16 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanuni olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 noyabr 2024-cü il tarixli MN ******* saylı qərardan X4 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən və X2 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə ov quşlarını qorxutmaq üçün güllə atmışdır. İstifadə etdiyi silah X6 məxsus olmuş və silahdan o istifadə etmişdir. Onu saxlayan zaman ekologiya işçilərini aldatmış və onlar da polisə müraciət etdiklərindən polis işçiləri onu şöbəyə çağırmış və silahı ondan almışlar.Törətdiyi əməldən səmimi peşiman olmaqla, bir daha belə hərəktlərə yol verməyəcəyini göstərmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında 16 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarın ləğv edilməsi üçün X2 şikayətində qanuni əsaslar müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 noyabr 2024-cü il tarixli MN ******* saylı qərarı qanuni və əsaslıdır. İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunanlara əsasən və İXM-in 130-134-cü maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X10 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 16 noyabr 2024cü il tarixli MN ******* saylı qərar qanuni və əsaslı hesab edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Biləsuvar Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X14

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar