Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-190/2025 25.02.2025 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Rəsulova Mədinə Camal qızı, X4 məhkəmə-iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının vətəndaşı Şəxs 02 noyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxış zamanı avtobusun salonunun arxa hissəsində yerləşən 42 və 43 nömrəli sərnişin oturacaqlarının arxa hissəsində oturacağın üzlüyünün altında gömrük nəzarətindən gizlədilmiş 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər aşkar olunmuşdur. Nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikasının vətəndaşı X2 idarə etdiyi avtobusdan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0" markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona aid olmadığını və avtobusda olan sərnişinlərdən hər hansı birinə aid ola biləcəyini bildirmişdir. Bundan sonra sürücünün köməkliyi ilə 42 və 43 nömrəli sərnişin oturacaqlarında əyləşmiş şəxslər müəyyən edilmişdir. Həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşları X3 və Şəxs Talib oğlu olduğu məlum olmuşdur. Şifahi sorğu sual zamanı Azərbaycan Respublikası vətəndaşı X3 aşkar olunan siqaretlərdən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikası vətəndaşı Şəxs Talib oğlu isə aşkar olunan siqaretlərdən 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusundan aşkar edilən 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Buna görə də Şəxs barəsində 07 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 26 fevral 2025-ci il tarixdə Biləsuvar Rayon Məhkəməsinə “Teleqram poçt rabitə” vasitəsi ilə müraciət edərək məhkəmə prosesində üzrlü səbəblərə görə iştirak eləyə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Malların yoxlanılması haqqında” 02 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, 02 oktyabr 2024-cü il tarixdə, Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı, 99-JS8-29 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzinin 1-ci bölməsində gömrük nəzarəti qaydasında, tütün məmulatlarının axtarışı zamanı aşkar edilmiş, aksiz markası ilə markalanmayan gömrük nəzarətindən gizlədilmiş ümumilikdə 52 qutu üzərində “KENT NANOTEK 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan və 30 qutu üzərində “MARLBORO Touch” markalanma yazısı olan siqaretlər aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18 dekabr 2024-cü il tarixli, 3-16-16/2-7/1880-9/9339 nömrəli rəyindən gorünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan “KENT NANOTEK 2.0” markalı (ağ), ştrix koduna görə (ilk üç rəqəmi 594) Rumuniya İstehsalı olan, 1 qutusunun qiyməti 4 manat olan 52 qutu, aksiz markası olmayan “X9” markalı (qara), ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə İstehsalı olan 1 qutusunun qiyməti 7 manat olan 26 qutu, aksiz markası olmayan “MARLBORO Touch” markalı (ağ), ştrix koduna görə (ilk üç rəqəmi 762) İsveçrə İstehsalı olan, 1 qutusunun qiyməti 7 manat olan 30 qutu siqaretlər istifadəyə yararlıdırlar və həmin tütün məmulatlarının 02 noyabr 2024-cü il tarixə olan orta bazar qiyməti ümumilikdə 600 manatdır Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 05 fevral 2025-ci il 23 S/2025 nömrəli aktından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 28 qutu “MARLBORO Touch” markalı siqaret araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 213-1.1-ci maddələrinin tərkib əlamətləri olmadığına görə cinayət işinin başlanılması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində toplanmı 3-33-1500/012/002865 nömrəli materialda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkibi olması səbəbindən inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərar və zəruri sənədlərin surəti aidiyyatı üzrə təhqiqat orqanına göndərilmişdir. “İnzibati xəta haqqında” 07 fevral 2025-ci il tarixli 01200-00072/25 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs məxsus 02 noyabr 2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsinin Biləsuvar keçid məntəqəsində iran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikasının vətəndaşı X1 idarə etdiyi “DAEWOO” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxış zamanı avtobusun salonunun arxa hissəsində yerləşən 42 və 43 nömrəli sərnişin oturacaqlarının arxa hissəsində oturacağın üzlüyünün altında gömrük nəzarətindən gizlədilmiş 52 qutu üzərində “Kent Nanotek 2.0” markalanma yazısı olan, 26 qutu üzərində “X9” markalanma yazısı olan və 30 qutu üzərində “Marlboro Touch” markalanma yazısı olan siqaretlər aşkar olunmuşdur. Bununla da Şəxs barəsində 07 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” 07 fevral 2025-ci il tarixli 01200/00098 nömrəli qərardaddan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Şəxs barəsində tərtib olunmuş “İnzibati xəta haqqında” 07 fevral 2025-ci il tarixli 01200-00072/25 nömrəli protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Biləsuvar Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 43.1-ci maddəsinə əsasən həmin Məcəllənin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri tərəfindən baxılır; 43.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır; 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir; 479-cu maddəsinin “Qeyd” hissəsinə görə həmin Məcəllənin 479 - 481, 482.1 və 482.2-ci maddələrində “az miqdarda olduqda” dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. İşə baxan məhkəmənin mövqeyi: İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən iş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İşin hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olan malların müsadirə edilməsi növündə inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati qaydada cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 05 fevral 2025-ci il 23 S/2025 nömrəli aktına əsasən Şəxs hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28 qutu “MARLBORO Touch” markalı siqaret Şəxs geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində inzibati xətanın bilavasitə obyekti olan, ümumilikdə 210 (iki yüz on) manat malların dəyərinin 40 (qırx) faizi miqdarında – 84 (səksən dörd) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin 05 fevral 2025-ci il 23 S/2025 nömrəli aktına əsasən Şəxs hüquqpozma predmeti kimi götürülmüş, araşdırma müddətində saxlanılması üçün birliyin anbarına qəbul edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 28 qutu “MARLBORO Touch” markalı siqaret Şəxs geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Mədinə Rəsulova
Məhkəmə qərarları › İş №3(022)-190/2025
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-190/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver