Azərbaycan Respublikası adından QƏRAR Biləsuvar rayonu İş № 3(022)-198/2024 21.02.2024 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Mən, Biləsuvar Rayon Məhkəməsinin sədri Əliyev Rəfayil Əfraddin oğlu, məsləhətçi (iclas katibi) X8 oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs, xx xxxx 1982-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, faktiki nikah münasibətində olan, himayəsində 1 uşağı olan, ali təhsilli, fərdi əməklə məşğul olan, barəsində bir il müddətində eyni inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb olunmamış, Biləsuvar rayonu, Günəşli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində Biləsuvar Rayon Polis Şöbəsinin Səmədabad polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs 20 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində Biləsuvar rayonu, Günəşli kəndi ərazisində, mərkəzi yolun kənarında bacısı X6 ilə mübahisə etdiyi vaxt baş vermiş dava-dalaşa müdaxilə edən polis əməkdalarının mübahisəni sonlandırması və hadisə yerindən uzaqlaşması barədə tələbini icra etməyərək, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, o, Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsində sahə rəisi vəzifəsində işləyir. 20 fevral 2024-cü il tarixdə, saat 19:30 radələrində Biləsuvar rayonu, Günəşli kəndi ərazisində Biləsuvar rayon polis şöbəsinin Səmədabad polis bölməsinin əməkdaşları X3 və Kamilli Ceyhun Cəmil oğlu xidməti vəzifələrini icra etdikləri zaman kəndin mərkəzindən keçən yolun kənarında 2 nəfər şəxsin - Şəxs bacısı G.Şəxs ilə mübahisə etdiyini görmüşlər. Bundan sonra həmin polis nəfərləri baş vermiş dava-dalaşa müdaxilə edərək, Şəxs mübahisəni dayandırmasını tələb etsələr də, sonuncu onların tələbinə məhəl qoymayaraq, polis əməkdaşlarını hadisə yerindən uzaqlaşdırmağa cəhd etmişdir. Daha sonra isə polis əməkdaşları həmin şəxsi məcburi qaydada Biləsuvar rayon Polis Şöbəsinə gətirərək şöbənin növbətçi hissəsinə təhvil verilmişdir. Buna görə də onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək, izahatında bildirdi ki, G.Şəxs onun bacısıdır və Rusiya Federasiyasında yaşadığı vaxt o, bacısının təkidi ilə həmin şəxsin ərini öldürüərk, məhkum edilmişdir. O, cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasına geri qayıtmış və Biləsuvar rayonu, Günəşli kəndində yerləşən öz valideynlərinə məxsus evdə yaşamaq istəsə də, bacısı ona həmin evdə yaşamağa icazə verməmişdir. O, bununla bağlı məhkəməyə müraciət etmiş və onun iddiası təmin edilmişdir. Lakin həmin məhkəmə qətnaməsi hələ də icra edilmədiyinə görə o, öz valideynlərinin evinə köçə bilməmişdir. O, hazırda qardaşı Azadın evində yaşayır və G.Şəxs özü vaideynlərin evində yaşadığına görə onun həmin evdə yaşamasına imkan vermir. Buna görə də onlar arasında tez-tez münaqişələr yaranır. Sonuncu münaqişə isə 20 fevral 2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı kənddə ərzisində yaranmış və polis əməkdaşları onların mübahisəsinə müdaxilə etmişlər. O, həmin vaxt əsəbi olduğuna görə pols əməkdaşlarının qanuni tələblərini icra etməmişdir. Daha sonra polis əməkdaşları onların qanuni göstərişlərini icra etmədiyinə görə onu məcburi qaydada Biləsuvar rayon polis şöbəsinə gətirmişlər və şöbənin növbətçi hissəsinə təhvil vermişlər. Sonda, Şəxs əməlindən səmimi peşman olduğunu, etdiyi əməlinə görə polis əməkdaşlarından üzr istədiyini, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, məhkumluğunun olmamasını və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və himayəsində 1 azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edirəm. Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edirəm ki, Şəxs cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalı, inzibati həbsin əvvəli Şəxs faktiki tutulduğu vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 fevral 2024-cü il tarixdən, saat 20:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərar dərhal icra edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Biləsuvar Rayon Məhkəməsinin sədri vəzifəsini icra edən R.Ə.Əliyev
Məhkəmə qərarları › İş №3(022)-198/2024
Biləsuvar Rayon Məhkəməsi Qərar — İş №3(022)-198/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver